Sayğıdəyər Umud müəllim!

 Sizi, tanınmış şair-publisisti, görkəmli ictimai xadimi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm.

 

 Sizin resbublikamızda müstəqil mətbuatın, qeyri-hökumət təşkilatlarının (ümumən vətəndaş cəmiyyətinin) qalxınması yönündə təqdirəlayiq xidmətləri olan qardaşımızın, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolundakı çalışmalarınız ən xoş sözlərə layiqdir! 

 Bir daha, doğum günü münasibəti ilə Sizi təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq uğurları və ictimai çalışmalarınızda yeni-yeni başarılara çatmağınızı diləyirəm!

Sayğılarımla, Əkbər QOŞALI

 ***

  Umud Rəhim oğlu (Mirzəyev) 1 fevral 1961-ci ildə Füzuli elində doğulub. 1987-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib. 1988-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin (indiki adı ilə desək, “Ədəbiyyat qəzeti”nin) əməkdaşı olub, qəzetin elm, publisistika və məktublar şöbəsinə rəhbərlik edib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu qurub. Həmin fondun, eyni zamanda Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin başqanı, Milli Qeyri-hökumət Təşkilatları Forumu İdarə Heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının başqan yardımçısı, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının başçısıdır.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə