Bu gün 90-cılar Azərbaycan ədəbi nəslinin görkəmli nümayəndəsi, şair-ədəbiyyatşünas, çevirmən Elxan Zal Qaraxanlının 50 yaşı tamam olur.  Sayğıdəyər şairimizi əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimizi yetiririk!

Elxan Zal Qaraxanlının hər bir əsəri ədəbi ictimaiyyətdə əks-səda doğurur; heç təsadüfi deyil ki, onun “Savaş ayələri”, “Türk əsrinin türküləri”, “Polonez”, “Torqovı peyzajı” və b. əsərləri haqqında bir sıra tanınmış ədiblər yüksək fikirlər söyləmiş, məqalələr  yazmışlar.
E.Z.Qaraxanlı xarici dillərdən bir sıra  ünlü əsərləri doğma dilimizə çevirmiş, o cümlədən dünyaca ünlü Oljas Süleymenovun bir çox əsərini azərbaycancaya uyğunlaşdıraraq Bakıda kitablaşdırmışdır. Həmçinin Elxanın şeirləri bir sıra xarici dillərə çevrilmişdir.
O, “Ulu Çinar” kültür, sənət, ədəbiyyat dərgisinin baş redaktoru, “Türk Törə Ocağı”nın başqanı, Mahmud Kaşğarlı Fondunun Yürütmə Kurulu başqanıdır.
Yubilyarı bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!

DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə