Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Konsepsiyasının "məlumat dəstəyi" müddəasına uyğun olaraq, (qeyri-hökumət sektorunun sosial problemlərin həlli sahəsində fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması,

Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı haqqında xüsusi rubrikaların, radio və televiziya verilişlərinin yaradılması), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “QHTXEBER.AZ” saytı fəaliyyətə başlayıb. Şuradan Lent.az-a verilən məlumata görə, sayt ölkədə QHT inkişafının praktiki və nəzəri məsələlərini işıqlandıracaq.

 Sayt üçüncü sektora aid gündəlik informasiya mübadiləsinə əməli yardım etmək üçün bütün ölkə QHT-lərinin reallaşdırdığı layihələrin, o cümlədən Şura tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi prosesini hərtərəfli işıqlandıracaq.

 Saytda QHT-lərin fəaliyyətini əks etdirən bütün növ xəbərləri, elanları, hesabatları yerləşdirmək, QHT qanunvericiliyi, donor fəaliyyəti, QHT-lərin koalisiya və beynəlxalq əməkdaşlığı haqqında materialları ictimai müzakirəyə çıxarmaq mümkündür. Saytda, həmçinin, ayrı-ayrı QHT rəhbərlərinin müxtəlif mətbuat orqanlarında getmiş müsahibə və məqalələrinə də geniş yer veriləcək.

 Qeyd etmək lazımdır ki, layihələrin həyata keçirilməsində şəffaflığın artırılması üçün Şura növbəti maliyyə yardımı müsabiqələrində QHT-lər tərəfindən informasiya təminatını müqavilə şərtlərinə daxil etməyi planlaşdırır. Bu baxımdan, sayt həm təcrübə, həm də informasiya mübadiləsi üçün xüsusi əhəmiyyət daşıyır.

 Sayt ölkənin bütün QHT-ləri və jurnalistləri üçün açıq informasiya məkanı rolunu oynamağa çalışacaq. Burda hər kəs ölkəmizin ictimai həyatına aid fikirlərini bölüşə və gedən diskussiyalara öz münasibətini bildirə bilər.

 Saytın baş redaktoru Səfər Alışarlıdır.

 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə