(Z.Əliyev. Bakı, “Adiloğlu”, 296 s. )

 Xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması bu gün xüsusi əhəmiyyət kəsb edir. Etnomədəni yaxınlıq, eyni zamanda ortaq iqtisadi, siyasi problemlər bu yanaşmanın zəruriliyini önə çəkməkdədir.

Azərbaycan və Türkiyə xalqlarına qarşı  yönəldilmiş əks təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir.
 Bu gün türk xalqlarının əməkdaşlığının elmi cəhətdən öyrənilməsinə və tədqiq edilməsinə ehtiyac vardır.  Xalqlar arasında əməkdaşlığın yaranması üçün mövcud problemlərin öyrənilərək həlli yollarının göstərilməsi yaxın gələcəkdə güclü türk birliyinin yaranmasını zəruri edir.
 Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyevin müəllif oldğu “Türkdilli xalqların diasporları”  kitabı öz aktuallığı ilə seçilir.
 Kitabda türkdilli xalqların diasporları, onların  məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar toplanmışdır.  Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulmuşdur. Kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulmuşdur.
 Diaspor və beynəlxalq münasbətlərin digər istiqamətləri üzrə Azərbaycanda və dünyanın bir neçə ölkəsibdə 50-dən çox məqaləsi dərc edilən müəllif 1976-cı ildə Ağdam rayonunda anadan olub. Bakı  Dövlət Universitetinin  “Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq” fakültəsinin bakalavr və magistr təhsil pillələrin bitirib. Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktoranturasında təhsil alıb. “Beynəlxalq münasibətlərdə diasporların rolu” - Bakı: Nurlan, 2001, 150s”, “Dünya diasporları” - Bakı: Qismət, 2005,349 s”  və “Diaspor: İzahlı Sözlük və Məlumat Kitabı” Bakı: Yazıçı, 2007, 308 s.” kitablarının müəllifidir.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə