Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ)

Azərbaycan Xalq Cümhuriyyəti - 93,
Dövlət Müstəqilliyimiz - 20
Xalq yazıçısı Mirzə İbrahimov - 100

Yeni virtual oxu mədəniyyətinə yiyələnək!

XI Bakı Kitab Bayramı

İllik Kulturoloji Tədbirlər silsiləsi

İLİN MİLLİ KULTUROLOJİ MÜKAFATI SƏNƏT MÜSABİQƏSİ

Müxtəlif nominasiyalar (ilin bədii, nəsr, poeziya, publisistika, elm, tərcümə, roman kitabı, qadın yazarı, gənc şairi, nasiri, mütərcimi, eləcə də dərgisi, qəzeti, TV-si, saytı, ədəbiyyat xeyriyyəçisi) üzrə İllik Milli Kulturoloji Mükafatlar, sərgi, görüşlər, təqdimat, dəyirmi masa və başqa tədbirlər!

 

2010-cu İLİN KİTABI VƏ MƏDƏNİYYƏT HADİSƏLƏRİNİN DƏYƏRLƏNDİRİLMƏSİ

Müsabiqə: aprel-may, əsas tədbir: 27 may 2011-ci il

Təşkilatçı - rəsmi dəstək: Azərbaycan Yazıçılar Birliyi İQƏAİM,  Yeni Yazarlar və Sənətçilər Qurumu, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundov adına Milli Kitabxana
Tel.: (+99412) 418 93 58; 438 03 17; (0-50) 213 40 43; (070) 317 80 01 Əlaqələndirici: YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov)
E-mail: aydinxan@mail.ru     Sayt: www.kitabxana.net
İştirakçı nəşriyyat, mətbəə və poliqrafiya müəssisələri, müəlliflər, yaradıcı QHT-lər mayın 20-nə (müsabiqə) və mayın 24-nə (sərgi) qədər TK-nə yazılı müraciət etməlidir. Sərgiyə son 5, müsabiqəyə isə son iki ilin kitabları, işləri buraxılır!

Diqqət: XI Baki Kitab Bayramı - İllik Milli Kulturoloji Layihəsinin ödüllərinə - Milli Kulturoloji Mukafatlaraa iddialılar mayın 20-a qədər Müsabiqə Komissiyasının Münsiflər Heyətinə yazılı müraciət (kitab və çap məhsulları ilə birlikdə) edə bilərlər.

XI Bakı Kitab Bayramı Barədə geniş məlumatlar

Yeni virtual oxu mədəniyyətinə yiyələnək!

Azərbaycanda  İllik Milli Kulturoloji Tədbirlər Silsiləsi

Azərbaycanda fəaliyyət göstərən Nəşriyyat-Poliqrafiya, kitab yayımı və satışı müəssisələrinin rəhbərlərinə, nümayəndələrinə, yazarlara, müəlliflərə

Hörmətli müəlliflər, yazarlar, naşirlər və kitab biliciləri!
Bildiyiniz kimi, dövlət qurumlarının dəstəyi iklə YYSQ artıq 13 ildir ki, ölkəmizdə Bakı Kitab Bayramı Tədbirlər silsiləsini həyata keçirir. YYSQ hər dəfə bu respublika əhəmiyyətli tədbirləri yüksək səviyyədə həyata keçirir. Bu barədə YYSQ-nin www.yysq.azeriblog.comwww.kitabxana.net  önvanlı rəsmi İnternet saytlarında geniş məlumatlarlar var.

Əsas məqsədimiz:
- Mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının iştirakıyla Dəyirmi masa, konfrans, yazarlarla oxucuların görüşlərini təşkil etmək;
- Son illərdə nəşr olunmuş kitabların sərgisi;
- Milli Kulturoloji Mükafat müsabiqəsini təşkil etmək;
- «İLİN KİTABI»müsabiqəsini keçirmək;
- yaradıcı gənclərin nəşr olunmum yeni kitablarının təqdimatı;
- Elektron kitablar və ədəbiyyat saytların nümayişi;
- Milli Ordunun "N" saylı Hərbi hissəsinin kитабханасына - əsgər və zabitlərə yeni kitabların
- Beynəlxalq kitab müsabiqələrinə və sərgilərinə dəyərli kitablarımızı hazırlamaq və yollamaq!.

Bu barədə sizə ünvanladığımız məktublarda, eləcə də illik ictimai hesabatlarda və mətbuatda getmiş materiallarda geniş məlumatlar öz əksini tapıb.

Əvvəlcədən təşəkkürlərimizi bildiririk!

XI Bakı Kitab Bayramın Təşkilat Komitəsinin rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov)
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə