Elxan Zal QARAXANLI
(Tarixin sirli türkləri - Etrusklar. II məqalə)
 Bu günə qədər etruskların mənşəyi mübahisə mövzusudur. Dünya etruskşünaslığında onların dili və mənşəyi barədə yekdil fikir yoxdur. E.ə. V əsrdə yaşamış Herodot “tirren” və ya “tirsen” adlanan etruskların Lidiyadan (indiki Tütkiyə ərazisi) gəldiyini bildirir. Herodota görə, onlar Apennin yarımadasına Troya müharibəsi zamanı köçüblər. Lesboslu Gellanik (e.ə. VI əsr), İtaliyada tirren adlanan pelasqlar haqqında rəvayət nəql edir. Herodot Lidiyadan gəlmiş eruskları və Yunanıstanın ən qədim əhalisi adlandırdığı pelaskları eyni xalq sayır. (Herrodot.II.51). Yunan müəllifi Miletli Hekati də etruskların pelasklardan törədiyini yazır. Misir mənbələrində isə onlar “turuşa” adlandırırlar.Z. Mayane “Etrusklar danışmağa başlayır” kitbında yazır: Beləliklə, özlərini rasena(arsena) adlandıran “turşalar” ilk dəfə İtaliyada e.ə.VIII-IX əsrlərdə göründülər və Anadolu sivilizasiyası ilə bağlı bür çox yeni elementlər gətirdilər.Bunlar rituallar və məzar arxitekturası, incəsənətdə yeni motivlər, Şərq dəbdəbəsi, həmçinin yaranması yalnız ticari əlaqələrlə izahı mümkün olmayan “Tarkon” adıdır”. (З. Майани. “Этрусски начинают говорить” М.1966).Biz növbəti fəsillərdə Tarkonl və Tarkuinlər sülaləsi barədə geniş bəhs edəcəyik.    Roma şairi Vergili “Eneida” poemasında məğlub olan troyalıların şahzadə Eneyin başçılığı altında  İtaliyaya köçməsini və burada dövlət qurmasını nəql edir. 1972-ci ildə italiya arxeoloqları  Eneyə həsr olunmuş etrusk sərdabəsi tapdılar və bu fakt nəql olunan əfsanənin, özlərini Eneyin nəslindən sayan və ona səcdə edən etrusklara aid bir əfsanə olduğunu göstərir. 
Plutarx öz “Pomul” əsərində Romanın Romul tərəfindən təməlinin qoyulmasını təsvir edir. (Plut.Romul. 11). Burada maraqlı məqam odur ki, təməlqoymanın müqəddəs ayinləri sırasında (bu ayinlər Romula Etruriyadan gələnlər tərəfindən anladılmışdır) o, şəhərin ətrafını xışla əkir.      Tark ilə bağlı əfsanədən göründüyü kimi, şumlama mərasimini etrusk şaman - hökmdarları, Tarklar icra etmişlər. Demək, Romul da belə bir ruhani rəhbərdir, tarkdır. Əks halda o Etruriyanin hər yerindən adam çağıra bilməzdi.  (Tarkon da yer şumlayan zaman torpaqdan peyda olan tanrıça Taqın vəhylərini dinləmək üçün Etruriyanın hər yerindən adamlar çağırır). Zənnimcə, tarklar kahin- hökmdar lukumonların içindən çıxdığı özəl bir nəsildir.(yahudi Levitləri kimi).
Etrusklar barədə Firon Merneptax (b.e.ə. 1230-cu il), III Ramzes (b.e.ə. 1190-cı il),  İsgəndəriyyəli şair Likofron, Strabon, Tit Livi, Sicilialı Liador, Siseron kimi müalliflər də yazılı məlumat vermişlər.  
Qədim tarixçilərin dəniz xalqı adlandırdığı etruskların Avropaya II minilliyin sonlarında miqrasiya etdikləri barədə mülahizələr vardır.   İmperator Avqustun müasiri olan yunan tarixçisi Dionisi Qalikarnasın fikrinə görə isə etrusk xalqı heç yerə köçməmiş və həmişə İtaliyada yaşamışdır. 
Uzun illər Etrusk problemi ilə məşğul olmuş V. Brandenşteyn onların Şərq kökənli olduğnu qeyd edirdi. O etruskların dilinin türk mənşəli olduğunu bildirirdi. Seneka da onların Asiyalı olduqlarını hesab edir:  “Tuscos Asia sibi vindicat” – “Asiya” hesab edir ki, tuskiləri o doğurub”.   Bu sirli xalq haqqında biliklər bu gün də məhdud və ziddiyətlidir. Məlum olan odur ki, özlərini rasna, razena,- arsena adlandıran Etrusklar Apennin yarmadasının şimal-qərbində (indiki Tockana) yaşamışlar. Onlar romalılardan əvvəl inkişaf etmiş mədəniyyət yaratmışlar. Roma tarixçisi Tit Livi “Təməlindən bu yana Roma tarixi” kitabında yazır: “Tusklar hələ Roma bina olunmamışdan quruda və dənizdə böyük ərazilərə malik idilər. İtaliya sahillərini yuyan alt və üst dənizlər onların əski əzəmətindən xəbər verir, çünki italik xaqları onların birinə Tusski dənizi, digərinə tusk koloniyası olan Atrinin adıyla Atriatik dənizis adlandırır”
Etruskların 10 mindən artıq yazılı abidələri məlumdur. Yazı nümunələri əsasən qəbir daşları, keramika, zinət əşyaları və tunc güzgülər üzərində qalmışdır. Antik müəlliflər imperator Klavdinin (e.ə.I əsr) etrusk dili barədə 12 cildlik əsəri olduğunu bildirirlər, lakin bu əsər dövrümüzə gəlib çatmamışdır.  
Etrusk mədəniyyətinin öyrənilməsi müasir tədqiqatçıların da diqqət mərkəzində olsa da, onların tarixi, dini, dili haqqında müxtəlif ziddiyətlər var. Bəziləri onları İtaliyanın avtoxton (yerli) əhalisi hesab edir, digərləri Hind- Avropalı olduqlarını bildirir, bir başqaları isə türk mənşəli hesab edirlər. Etruskları türk mənşəli hesab edənlər sırasında ingilis alimi İsaak Teyloru, fransız baron Karl de Bauksu, Avstriya alimi Vilhelm Brandenşteyni göstərə bilərik.
Etrusk mətnlərini deşifrə edən Türkiyə alimi Kazim Mirşan da onların prototürk mənşəli olduğunu, lakin roman dillərinin güclü təsirinə məruz qalaraq türk dillərindən çox  aralandığını söyləyir.
Oljas Suleymenov Etrusk federasiyasını müxtəlif dilli xalqların - romanların,  keltlərin, yunanların, slavyanların, germanların, baltların, uqro-finlərin və türklərin federasiyası hesab edir. Onun fikrincə, etrusk mətnlərinin oxunuşu zamanı yaranan çətinliklər də bununla bağlıdır. Çünki mətnlər müxtəlif dillərdə yazılmışdır. İllər uzunu müxtəlif alimlər bu mətnləri deşifrə edərkən, onları ayrı - ayrı dillərdə oxumuşlar.  Etruskların mifologiyasına və dininə eyni adlı əsər həsr etmiş rus tədqiqatçısı A.E. Naqovitsin də Etruskları sirli xalq adlandırır, “Onların dili məlum deyil, yazıları açılmamışdır, etnik mənsubiyyətinin mənşəyi aydın deyil”.- fikrini söyləyir. (A.E. Naqovitsin, Etruskların mifologiyası və dini S-Pet. 2000, səh 12). (Onun son yazılarında etrusklarıları slavyanlaşdırmaq cəhdləri görünür). Etruskların dilinin mənşəyi barədə də  indiyə qədər köklü bilgilər yoxdur və onların 10.000-ə yaxın olan yazılarının hələ də açıla bilməməsi onlar haqda geniş məlumata yiyələnməyin qarşısına sipər çəkir. Bu yazıların oxunmasının çətinliyi ondadır ki, etrusklar yazını eyni zamanda həm soldan sağa, həm də sağdan sola yazırdılar. Avropa etruskoloqları arasında türkoloqların olmaması da mətnlərin onlar tərfindən anlaşılmasını mümkünsüz edir. Etrusk mətnlərinin durğu işarələri ilə ayrılmaması da onların deşifrə edilməsini çətinləşdirir. (Bir çox mətnlər Türk runik yaılarında olduğu kimi, iki-üç nöqtə ilə ayrılır).  Bütün bunlarla bərabər, etrusk dilində Şumer dilində olduğu kimi çoxsaylı  türkizmlərin olduğu şübhəsizdir və biz “Etrusk dili” bölməsində bu barədə bəhs edəcəyik. A.E. Naqovitsin öz kitabında e.ə. V-III əsirlərə aid edilən bir təsvir üzərindəki yazıda “ikisifətli ilahə təsviri üzərində “Vic, Vinti arnt, alpen turce…” yazıldığını qeyd edir. Öncə qeyd etdiyumiz kimi, qədim Misir mənbələri etruskları “turuşe” adlandırırlar. Maraqlı görünən burasıdır kı, etrusk mətnində “turşe” sözünə“alpen”-alp epiteti əlavə edilib. Mətnlərdə və təsvirlərdə “alpan” epitetindən demonik varlıq Lazadan bəhs edilən yerlərdə daha çox istifadə olunur.
 Əsrlər boyu yad xalqların əhatəsində yaşamış etruskların dil sisteminin böyük dəyişikliklərə məruz qaldığı şübhəsizdir, amma “alp”, “al¬pan” epiteti türk xalqları tərəfindən son dövrlərə qədər işlədilirdi. Mətnlərdə etruskların ən azından türklərlə mədəni təmasda olmaları barədə çox saylı dəlillər var. Mən bir etrusk güzgüsünün üzərində bir yazını misal göstərmək istəyirəm.  Yazı sağdan sola belə oxunur: “PAFA TARCHIE”.  Burada “baba tark” yazıldığını anlamaq üçün sadəcə türk dillərini bilmək lazımdır. Şəkildə, kahin qaruspiklər təsvir olunub və baş kahin tark onlara dərs keçir. Etrusk cəmiyyəti kimi mistik düşüncələrlə yaşayan bir cəmiyyərdə, kahinlərə dərs keçən tarkın gərək ki, mərtəbəsi çox yüksək olmalıydı. Yəni o xalqın atasıydı (papasıydı). “Papa” sözünü etrusklardan mənimsəyən romalılar, kisə ierarxiyasında ən yuxarıda dayanan şəxsi, bu adla çağırırlar. Bu gün bu söz Roma papasına şamil olunur. Qərb alımləri bu cür mətnləri təxayüllərinin prizmasından oxuyurlar. Məsələn rus V. Çudinov bu mətni  belə tərcümə edir: «положил, варил тарх, гимн пел ей ». Yəni,“qoydum, tarx bişirdim, ona himn oxudum”.  Etrusk mətnlərini əsasən bu şəkildə oxuyurlar.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə