Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, prof.dr Nurullah Gənc may ayının 3-5-dək Azərbaycanda səfərdə olacaq.

Səfər “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu”nun dəvəti ilə baş tutacaq. Səfər, öz ölkəsində, özəlliklə sağduyulu insanlar arasında böyük nüfuzu türk ziyalısının respublikamızın çağdaş ədəbi, elmi-mədəni mühiti ilə, ümumən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması, eyni zamanda Azərbaycan oxucusunun onu yaxından tanıması məqsədinə xidmət edir. Qeyd edək ki, Nurullah Gənc hələ Azərbaycanda olmayıb və bu, onun respublikamıza ilk səfəri olacq. O, istər “20 Yanvar”, istərsə də, digər mövzularda Azərbaycan ünvanlı yaddaqalan şeirlərin, çıxışların müəllifi kimi də geniş ün qazanıb. 
 Qeyd edək ki, səfər çərçivəsində - 4 may 2012-ci il tarixdə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Nurullah Gəncin iştirakı ilə “”Şeir və onun fəlsəfəsi”  adlı gecə keçiriləcək. Gecədə tanınmış aşıqlar, şairlər, elm və mədəniyyət xadimlərinin çıxışı nəzərdə tutulub.

Şairin bir şeirini orijinal halı ilə DGTYB.ORG oxucularına təqdim edirik:

 Nurullah GENÇ. HIÇKIRIKLAR

 Saatler bitmiyor yapayalnızım
 Gülmek istiyorum,gülemiyorum
 Sensiz olmak mıdır hep alınyazım
 Bilmek istiyorum,bilemiyorum.

Esirgedin nazlı,hilal kaşını
Harap ettin çiçek kokan başını
Yüreğime akan gözüm yaşını
Silmek istiyorum,silemiyorum.

 Sanki her şey efsaneydi,masaldı
 Ayrılık ruhumu elimden aldı
 Gözlerim yollara takılıp kaldı
 Gelmek istiyorum,gelemiyorum.

Göğüs germek için acılarıma
Titreyişlerime,sancılarıma
Seni bir kez olsun avuçlarıma
Almak istiyorum,alamıyorum.

 Saçılan bir köpük olmak dilinde
 Boğulmak saçının ince telinde
 Sır gibi sonsuza değin kalbinde
 Kalmak istiyorum,kalamıyorum.

Unutuyor beni sırlı gözlerin
İçimde bir yara işliyor derin
Kulakların,dudakların,ellerin
Olmak istiyorum,olamıyorum.

 Bölerek uykunu rüyalarına
 O kucak dolusu hülyalarına
 Gece gündüz uçup aynalarına
 Konmak istiyorum,konamıyorum.

Deli gibi aşık olsa da güle
Kim acır çöllerde öten bülbüle
Bir gün alev alev yanıp da küle
Dönmek istiyorum,dönemiyorum.

 Hıçkıra hıçkıra ağlamaktansa
 Başına karalar bağlamaktansa
 Bu yüreği her gün dağlamaktansa
 Ölmek istiyorum ölemiyorum.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə