/Azərbaycan
  Silahlı Qüvvələrinin
  giziri olan
  gənc şairdən
  çağırış:/ 
 
 Murov dağda duman bizi gözləyir,
 Qarabağda guman bizi gözləyir.
 Vaxt daralıb zaman bizi gözləyir,
 Gəl, atılaq son döyüşə, əsgərim.
 
Başımızı oyunlara qatmayaq,
Günü aya, ayı ilə satmayaq,
Ümidlərə arxalanıb yatmayaq, 
Gəl, atılaq son döyüşə, əsgərim.
 
 Türk ölməzdi, ölüm türkdən yayınıb,
 Şanlı zəfər türk tərəfdə dayanıb!
 Qəhrəmanlıq alovunda yuyunub,
 Gəl, atılaq son döyüşə, əsgərim.
                                        2013
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə