Tovuzlu gözü ilə dünyaya baxış

Allah keçənlərinizi bağışlasın, rəhmətlik babam Məşədi Rüstəm oğlu Qəşəm (1898-1969) ləyaqəti və ləngəri, danən¬dəliyi və hörməti, ağsaqqal nüfuzu ilə ətraf mahallarda da ad çıxarmışdı. Məclislərdə başında 50-60 adam olar, hikmət dolu söhbətləri ilə insanları valeh edər, ağzından çıxardığı kəlmələr yaddaşlara hopardı.

Köhnələr: “kişinin dahanından dürr tökülür”, - deyirdilər. Kişi, aşıqların və söz bilicilərinin də güvənc yeri idi. Ömründə məktəb üzü görməyən, necə deyərlər, hərf tanımayan kişi minillik sözləri, şəriəti sinədəftər eləmişdi. Ustad aşıqlar da ona üz tutar, qədimi şerləri ondan dəqiqləşdirərdilər. Məclislər yaraşığı olan babamın şirin söhbətlərinin müştağı, öyüd və nəsihət dolu ibrətamiz sözlərinin aşiqi lap çox idi. Kişi də heç yerdə olmayan, kitablarda rast gəlinməyən saxlanc sözləri, dastan qollarını nəsillərə çatdırmaq üçün bir ümumi dəftər açdırmışdı...
...Həmin dəftər azman sənətkarımız, vergili şairimiz (yaradıcılığı hələ də tədqiqatçılarını gözləyən) Xəyyat Mirzənin - (1885-1922) şairimizin adı əslində Ağamirzədir - “Millət” rədifli şeiri ilə açılırdı. Dəftərdə mən həmin qoşqunun 41 bəndini saymışdım. Babamın 1967-68-ci illərdə yerli-yataqlı söyləyə-söyləyə, olmuş əhvalatları açıqlaya-açıqlaya yazdırdığı həmin şeiri bu gün xatırlamağımız təsadüfi deyil. Tovuzlu Xəyyat Mirzə bir filosof, tarixçisayaq o keşməkeşli zamanın yaşantılarını, həyatımızda olmuş başıpozuqluğu, bolşevizmi, proletkultçuluğu, haqsızlıqları, istiqlal dövrümüzü, bəşər övladının tarixini çox gözəl ümumiləşdirə bilmişdir. Birinci Cahan hərbini, Avropada, ön Asiya və Şərqdə, Rusiyada baş

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə