Əkbər QOŞALI

 Bəlli olduğu kimi, XX yüzilin 80-ci illərinin ikinci yarısından başlayaraq keçmiş sovet məkanında baş verən qlobal dəyişikliklər Azərbaycanda da özünü bariz şəkildə göstərmişdir. Böyük ictimai-siyasi proseslər, bütün digər alanlarda olduğu kimi gənclər hərəkatından yan keçməmiş; olaylar hərəkatın xarakterini və əhatə dairəsini kökündən dəyişmişdir.


 Bilirik ki, vaxtı ilə 14-28 yaşlı yeniyetmə və gənclərin əksəriyyəti vahid gənclər təşkilatında – komsomolda birləşirdilər. 80-ci illərin əvvəllərində Azərbaycan komsomolunun sıralarında 1 milyondan çox gəncin adı keçirdi. Ancaq 1985-ci ildən başlayaraq durum tədricən dəyişməyə başladı və 90-cı illərin əvvəllərində sosialist sisteminin dağılması, Sov.İKP-nin, eləcə də ÜİLKGİ-nin süqutu qarşısıalınmaz prosesə çevrildi. Artıq 60-70-ci illərdən formalaşmağa başlayan intellektual potensial və dövrün gerçəklikləri Azərbaycanda nəzərəçarpacaq bir canlanmaya səbəb oldu. Gənclər hərəkatı bir sıra yeni qurumlar meydana çıxartdı. Şübhəsiz ki, çağdaş mili azadlıq hərəkatının başlanması, xalqın birlik və əzmkarlıq nümayiş etdirməsi, müstəqilliyimizin əldə olunması həm də gənc nəslin xidmətləri, vətənpərvərliyi hesabına təşəkkül tapdı. 1988-1993-cü illərə kimi gənclərin bir hissəsi müstəqillik və torpaqlarımızın azadlığı uğrunda mübarizələrdə həlak oldu. Bir çox gənclərdə bütövlükdə həyata sönük münasibət formalaşdı. Gənclər arasında aparılmış sorğuların nəticələri göstərir ki, onların ictimai-siyasi fəaliyyətindən uzaqlaşmaları əsasən aşağıdakı amillərlə şərtlənirdi:
- o vaxtkı sosial – iqtisadi durum şəraitində maddi vəziyyələri kəskin şəkildə pisləşmiş gənclərin əksəriyyəti öz gündəlik problemlərini həll etmək məcburiyyətində qaldığından, onlarda ictimai işlərə yönəldiləcək vaxt, enerji və həvəs azalmışdı;
- ali məqsədlər uğrunda mübarizə aparacaqlarını açıqlamış, bu yolla gənclərin xeyli hissəsini öz tərəflərinə çəkə bilmiş (“rəğbət qrupu”na çevrimiş) bir sıra partiya və təşkilat rəhbərlərinin əsl niyyətlərinin aşkarlanması, partiyalararası münasibətlərin qeyri-sağlam olması da gəncləri ictimai-siyasi həyatdan xeyli uzaq durmağa sövq edirdi;
- gənclər təşkilatlarının böyük əksəriyyətinin maddi-texniki bazasının zəifliyi, maliyyə imkanlarının məhdudluğu onların maraqlı tədbirlər təşkil etməsini, gəncləri cəlb edə biləcək proqram və layihələr hazırlayıb həyata keçirməsini müşkül işə çevirmişdi.
Bu və digər səbəblərdən, hərəkatın ilkin mərhələlərində öz mövcudluğunu elan etmiş gənclər birliklərinin sıralarında gənclərin az bir qismi birləşir və ya onların az hissəsi aktiv ictimai fəaliyyətlə məşğul olurdu. Təşkilatlanmağa daha çox tələbələr, keçmiş döyüşçülər və qismən də ayrı-ayrı peşə və sənət sahələrinin nümayəndələri meyl göstərirdilər. Əksər təşkilatların fəaliyyəti paytaxtdan kənara çıxmırdı (bu hal, çox təəsüflər ki, müəyyən qədər indi də davam etməkdədir). Əslində isə yerlərdə təşkilatlanmağa daha çox ehtiyac var. Keçmişdə komsomol və pioner təşkilatlarının həyata keçirdiyi bir çox funksiyalar, o cümlədən hüquq pozuntularının profilaktikası, yaşayış  yeri, iş, əmək kollektifvlərində həyata keçirilən müdafiə işləri, asudə vaxtın səmərəli təşkili və turizm bu gün 20-25 il qabaqıkı durumdan acınacaqlı surətdə fərqlənir. Çoxsaylı təşkilatlar isə problem həll etməkdənsə özləri problemə çevrilir (başqa sözlə, özləri problem içindədirlər). Daimi qərargahlarının olmaması, maddi-texniki bazalarının zəifliyi, gənc liderlərin (lider mövqeyinə qalxmış gənclərin) bir çoxunun xarici dilləri bilməməsi, qanunvericilik bazasındakı çatışmazlıqlar geniş fəaliyyətə əngəl törədirdi. Deyilməlidir ki, gənc¬lərin əksər hissəsinin bu və ya digər qurumdan kənarda qalması onlarla, necə deyərlər, mərkəzləşdirilmiş, sistemli iş aparılmasına əngəl törədir. Böyük əmək kollektivlərinin dağıldığı və hələ yenilərinin qurulmadığı vaxtlarda gənclərin özlərinin bir-biri ilə təmasda olması, qarşılıqlı yararlı əməkdaşlıq etmələri, fikir mübadiləsi aparması və s. üçün irimiqyaslı mədəni-kütləvi tədbirlərin, proqram və layihələrin həyata keçirilməsi, yuxarıda qeyd olunan boşluqların doldurulması zərurəti özünü göstərirdi.
Çağdaş dövrdə təşkilatlanma meylləri müəyyən qədər aşağıdakı məzmunda xarakterizə oluna bilər:
- cəmiyyətin, gənclərin müəyyən problemlərinin çözülməsində iştirak etmək;
-öz həmfikirləri ilə bir yerdə olmaq, əməkdaşlıq etmək;
- yaradıcılıq potensialını üzə çıxarmaq, tətbiq etmək;
- özünü dövlət idarəetmə işlərinə, o cümlədən bələdiyyə və parlament üzvlüyünə hazırlamaq üçün ictimai-siyasi mühitə yaxından nüfuz etmək;
- beynəlxalq əlaqələr qurmaq və xarici həmyaşıdlarla əməkdaşlıq etmək və s;

***
Gənclər təşkilatlarının sayının artması, yeni birliklərin yaranması ilə yanaşı bu təşkilatlar arasında əməkdaşlığa, inteqrasiyaya meyl də təbii olaraq xeyli güclənmiş, nəticədə hələ 15 il öncə Gənclər Təşkilatlarının Milli Şurası meydana gəlmişdir.
Milli Şura 1995-ci ildə 11 təşkilatın təsisçiliyi ilə yaradılmış konfederativ ictimai birlikdir. Hazırda Şura sıralarında 66 gənclər (və uşaq) təşkilatı birləşir. Şura öz üzvlərinin fəaliyyətini əlaqələndirir, onların inkişafına, milli və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışır. Gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaq da Milli Şuranın əsas məqsədlərindəndir.
Milli Şura nüfuzlu qitə təşkilatı olan AGF-nin və Dünya Türk Gəncləri Birliyinin tam hüquqlu və aparıcı üzvüdür.
Respublikada fəaliyyət göstərən gənclər qurumlarını şərti olaraq 3 qrupa bölmək olar:

Siyasi partiyaların gənclər birlikləri:
Bu qrupda ən kütləvi, fəal; yalnız respublikada deyil, respublikadan kənarda da kifayət qədər tanınmış birlik kimi  YAP GB-ni göstərmək olar.

Gənclərin ictimai birlikləri:
Bu qrupda öz fəaliyyətlərində gənclərin sosial problemlərinin həllinə, asudə vaxtın səmərəli təşkilinə, elmi-tədqiqat və mədəni-maarif məsələlrinə üstünlük verən təşkilatlar daxildir. Bu sırada Milli Şura, Dünya Gənc Türk Yazarlar Birliyi, “İrəli” İctimai Birliyi,  Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Gənclər İttifaqı, Gəncliyə Yardım Fondu, Demokratik Tələbə-Gənclər Təşkilatı, Tərxis olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Gənc Hüquqşünaslar Birliyi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, “Gələcək üçün Gənclər” İctimai Birliyi, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, Gənclər üçün Təhsil Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT), FASE, Azərbaycan Tələbə-Gənclər Təşkilatı və başqalarının adını fərqləndirmək olar.

Uşaq ictimai birlikləri:
Respublika Uşaq Təşkilatı, “Nur” Uşaq və Gənclər Birliyi, "Yuva", Skaut Assosiasiyası bu qrupun ən fəal qurumlarıdır. Bu ictimai birliklər uşaqların problemlərinin həlli, onların müstəqil həyata hazırlanması, istirahətlərinin  təşkili, valideyn himayəsindən məhrum olmuş uşaqların diqqət və qayğı ilə əhatə olun-ması üçün uyğun işlər aparırlar. “Nur” Uşaq və Gənclər Birliyi 2009-cu ildə “Uşaq ili” tədbirləri çərçivəsində Azərbaycan Uşaqlarının I Forumunu keçirmişdir.

***
Gənclər hərəkatının təsnifatı göstərir ki, ordu quruculuğunun, hərbi xidmətin, diplomatik etiketlərin, iqtisadi islahatların; bir sözlə, yeni yüzilliyin tələblərinə  uyğun gəncləri formalaşdırmaq çağdaş gənclər siyasətinin əsas məzmununu daxildir.
XX yüzilliyin II yarısında müxtəlif təşkilatların sıralarında idarəçilik və təşkilatçılıq məktəbi keçmiş gənclər, dövlət idarəetmə strukturlarının müxtəlif pillələrində fəaliyyət göstərərək öz imkan və bacarıqlarını gerçəkləşdirə bilmiş, yeni ideya və fikirləri ilə cəmiyyətin inkişafına təkan vermişlər. Beləliklə, tarixin təcrübəsi göstərir ki, gənclər dövlət strukturlarında özlərini layiqincə doğrultmuşlar. Eyni sözləri məmnuniyyətlə çağdaş dövrün gənclər hərəkatının yetirmələri haqqında da demək olar. Bir çox gənclər bu gün ən müxtəlif səviyyələrdə məsul vəzifələrin öhdəsindən layiqincə gəlməkdədirlər.
Deməliyik ki, 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu ictimaiyyətin diqqətini gənclərə, onların problemlərinə yönəltmiş və respublikada  mövcud olan gənclər hərəkatınının canlanmasına təkan vermişdir.
Gənclərin hər sonrakı Forumu keçən dövr ərizində görülən işlərin hesabatını dəyərləndirmiş, yeni vəzifələri müəyyənləşdirmişdir.
Bu gün Azərbaycan gəncliyi AGF, DTGB, GUAM, Qara Dəniz Hövzəsi, İslam Konfransı GB, BMT ECOSOC kimi gənclər (əməkdaşlığı) məkanlarında, gənclik platformalarında layiqincə təmsil olunurlar.

***
Gənclər Hərəkatı! – Böyük ifadədir! “Gənc” və “Hərəkat”-dan oluşan bir ifadənin mahiyyəti, böyüklüyü özü-özünü ifadə etməkdədir. Keçən dövr ərzində bu hərəkatdan gəlmiş, keç¬miş və bir çoxu bugün də aktiv gənclik fəaliyyəti ilə məşğul olan, başqa sözlə, gənclərlə işləyən isimləri (imzaları) xatırlamağa çalışaq:
Heç şübhəsiz ki, çağdaş Azərbaycanda dövlət gənclər siyasətinə hərəkatla paralel diqqət yetirilməlidir, başqa sözlə, dövlət siyasəti ilə hərəkat, bəlkə doğru olar desək, iç-içədir, birinin uğuru digərinin uğurunu tamamlayır, birinin tərəqqisi digərinin tərəqqisini doğurur. Yəni Azərbaycanda gənclərin ictimai fəallığı, gəncliyin istək və arzuları dövlətin gənclər siyasəti ilə nəinki ziddiyyət təşkil etmiş, tam tərsinə, artıq dediyimiz kimi bir-birini tamamlamışdır. Bu anlamda, heç şübhəsiz, dövlət gənclər siyasətinin memarı, ümummilli liderimiz Heydər Əliyevi bir daha minnətdarlıqla anır, ruhu şad olsun deyirik! Fikrimizcə, “Heydər Əliyev və Gənclik” mövzusu hələ zaman-zaman araşdırma mövzusu olacaq və hər dəfə o böyük insanın gənclik adına gördüyü, gəncliyə ünvanladığı tövsiyyə, göstəriş, qərar, sərəncam və fərmanların; imzaladığı qanunların yeni qatları üzə çıxacaq, gəncliyin əbədi dostunun nə qədər uzaqvadili düşüncələrə sahib olduğu yeni-yeni keyfiyyətləri ilə aydınlaşacaqdır! Onu da deyək ki, “gənclər hərəkatı” sözünü müstəqil respublikamızın rəsmi dövlət sənədində ilk dəfə ümummilli lider işlətmişdir. – “Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi haqqında” respublika Prezidentinin 26 yanvar 1996-cı il tarixli Sərəncamının girişi “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, gənclər hərəkatının 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi haqqında təkliflərini nəzərə alaraq” kimi ifadə olunmuşdur. Ümummilli lider respublikaya ikinci rəhbərliyi dövründə gənclərə, gənclər birliklərinə, hərəkata yönəlik ümumilikdə 19 fərman, sərəncam, qanun və proqram imzalamışdır.
Böyük məmnuniyyətlə vurğulayırıq ki, ümummilli liderdən sonra da onun daxili və xarici siyasəti uğurla davam etdirilir və bu siyasətdə gənclərə yönəlik siyasətin xüsusi yeri, çəkisi var! Özü də nə xoşdur ki, gənclik möhtərəm İlham Əliyev cənabları hələ respublika Prezidenti seçilmədiyi dönəmdən – illər öncədən, haqlı olaraq ona inanmış, onu özünün lideri kimi qəbul etmişdir!
Son illər ölkə həyatının ən böyük hadisələrindən olan Heydər Əliyev Fondunun təsis olunması, Fondun fəaliyyətinin günü-gündən genişlənməsi; Fondun Prezidenti, millət vəkili, xoşməramlı səfir xanım Mehriban Əliyevanın təşəbbüsü ilə, mədəniyyətə, təhsilə; gənclərlə, uşaqlarla işə yönəlik layihələr bu yerdə xüsusi məhəbbətlə vurğulanmalıdır.
Nəhayət, gənclər siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanının fəaliyyətə başladığı 90-cı illərdəki əsas simaları: başda keçmiş gənclər və idman naziri Əbülfəz Qarayev olmaqla, Vaqif Əliyev, Cəfər Cəfərov, rəhmətlik Nazim İsayev, Tahir Süleymanov, Abdin Fərzəliyev, Tağı Tağıyev, Firudin Qurbanov, İlham Mədətov, Nazim Nəbiyev, Cavanşir Cəfərov və Qönçə Əsədovanın;
İndiki dövrdə dövlət gənclər siyasətini həyata keçirən nazirliyin rəhbəri Azad Rəhimov başda olmaqla, İntiqam Babayev (o, həm də Milli Şuranın ilk sədri olub), Firudin Hacıyev, Asif  Quliyev, Fərhad Hacıyev, Vüqar Əhmədov, Fuad Babayev, Əli Məmmədov, Rəna Musayeva, Qədəmşah Sadıqov, Altay Paşayev və Ramin Məmmədlinin adlarını bu yerdə hörmətlə çəkməliyik. Azad müəllim nazir təyin olunduqdan sonra istər nazirliyin fəaliyyəti, istərsə də gənclərin ictimai fəallığı öncəki dövrün uğurlarını daha da irəli aparmış, yeni başarılarla zənginləşmişdir.
İctimai platformadan isə, gənclər hərəkatının (gənclərin təşkilatlanmasının, başqa sözlə, təşkilatlanmış gəncliyin hüquqa əsaslanan fəaliyyətinin təşəkkül tapdığı (gücləndiyi) və beynəlxalq əlaqələrin qurulduğu vaxtın), şərti olaraq,
I mərhələsi adlandırdığımız (bu sətirlərin müəllifinin də aid olduğu) dönəmində Siyavuş Novruzov, Azay Quliyev, Elşad İsgəndərov, Ağacan Əhmədov, Vüqar Yaqubov, Ağaəli Əhmədov,  Əkrəm Abdullayev, Rufiz Qonaqov,  İlqar Mustafayev, Gündüz Nəzərəliyev, Eldar Aslanov, Azər Əmiraslanov, Azər Həsrət, Faiq Qürbətov, Elnur Aslanov, Davud Rəhimov,  Kamil Seyidov, Mirhəsən Həsənov, Məhluqə Rəhimova, Gülər Əhmədova, Kəmaləddin Rəhimli, Şahin Rəcəb, Əvəz Həsənov, Qurbanxan Müslümov, rəhmətlik Kəmalə Zeynalova, Elmar Qasımov, Tofiq Əlizadə, Nədim Kaya, Salman Əliyev, Veysi Yüsə, Hacı Elçin, Hacı Teymur, İlqar Məmmədli (Avşar), Cəsarət Valehov, Elşən Hüseynov, Altay Məmmədov, Vüqar Bəyturan, Samir Adıgözəlli, Bakir Həsənbəyli, Oqtay Gülalıyev, Rüstəm Əliyev, Müğan Qaramanlı, Məzahir Əfəndiyev, Əliş Mövliyev, Eldar Əliyev, Fikrət Abdullayev, Yalçın Cabbarov, Sərraf Oruclu, Elşən Məmmədli, Vüqar Qədirov, Şahin Ülvi, Mikayıl Cabbarov, Sadiq Qurbanov, Telman Qasımlı, Nöyzalı Əliyev, Elçin Əlbəyli, rəhmətlik Hamlet Kazımoğlu, Talehə Əliyeva, Əfqan Cəfərli, Cahangir Qasımov, Ceyhun Bayramlı, Ağadur Müslümov, Tahir Məmmədov, Natiq Əhmədov, Asif Rəhmanov, Valeh Nəsibov, Rauf Zeyni, Pərvanə Kazımzadə, Yolçu Hüseynov, Salman Umudov, Mətləb Kəbirli, Asif Əsgərli, Gülnarə Bağırlı,  Solmaz Əzizova, Teyyub Əzizli, Nadir Azəri, Etimad Əsədov, Rey Kərimoğlu, Vüqar Müseyibov, Müzəffər Bağırov, Vüsal Qasımlı, Seymur Əliyev, Vüqar Əliyev, Nadir Adilov, Eldar Səmədov, Elvira Myasoutova, Əli Əliyev, Rəşad Bayramlı,  Ramil İsgəndərov, Anar Cahangirli, Mətin Kərimli, Anar Əliyev (Turan), Vüqar Zifəroğlu, Aydın Xan, Aygün Həsənoğlu, İlqar İlkin, Rəsmiyyə Sabir, Həyat Şəmi, Arzu Hüseyinli, Zaur Adıgözəlov, Zahir Əliyev, Elşad Abdullayev, Sülhiyyə Şirin, Xumar Hüseynova, Şamilə Muradova, Xəqani Quliyev, Nurəddin Mehdiyev, Afiq Səfərov, Elçin Mehdizadə, Fuad Babayev, Elnurə Kazımzadə, Elmari Məmişov, Ruslan Atakişiyev, Yusif Osmanlı, Surxan Lətifov, Anar Məmmədli, Anar Aslanov, Fərman Salmanlı, Surəddin Məmmədli və Mirteyyub Mirhadıyevin;

II mərhələdə: Leyla Əliyeva, Ceyhun Osmanlı, Sevinc Məsiyeva, Fuad Muradov,  Ramil Həsənov, Emin Həsənli, Mayis Musayev, Anar Xəlilov, İbrahim Əsədli, Aqil Camal, Şöhrət Eyvazlı, Nailə İsmayılova, Nəsimi Zeynalov, İlqar Orucov,  Aysel Rəcəbli, Elməddin Behbud, Əsli Əliyeva, Vüsalə Hüseynova, Raqif Nəsibli, Çingiz Bayramlı, Yolçu Həsənli, Vüqar Əhmədov, Seymur Verdizadə, Əvəz Zeynallı, Əhməd Tecim, Nəcməddin Akbulut, Alpay Əhməd, Mahirə Əmirhüseynova, Vəsilə Əfqanqızı, Solmaz Əliyeva, rəhmətlik Emin Allahverdiyev, Elməddin Hacıyev, Qurban Kərimbəyli, Namiq Hacıheydərli, Bənövşə Əzizova, Mübariz Aşırlı, Tariyel Faziloğlu, Gülsel Səfərova və Nərgiz Eyvazovanın;

III mərhələdə: Orxan Ərəbov, Heydər Atayev, Şahin İsmayılov, Seymur Orucov, Həsən Seyidov, Ziya Ağayev, Hafiz Hacxalıl, Nail Abdulov, Əlizadə Nəcəfov, Ülviyyə Yaqubova, Sitarə Aldostova, Sədat Dəmir, Elnur Eltürk, Anar Qaraxancallı, Elçin Manafov, Eldar Kərimov, Elçin Bayramlı, Lalə Mehralı, Nəsimi Qədirov, Seymur Həsənli, Ruslan İzzətli, Seymur Bayramov, Tural İrfan və Habil Yaşarın adlarını burada xatırlamağı uyğun bildik.
Bu yerdə bir maraqlı halı da demək yerinə düşərdi. – Hərəkatda tanış olan bir neçə gənc lider öz xoşbəxtliyini, ailə səadətlini məhz burada tapmışdır. Buna misal olaraq Əkrəm Abdullayev və Səbinə Mahmudova, Vüqar Qədirov və Arzu Hüseyinli, Asif Əsgərli və Gülnarə Bağırlı, Cəsarət Valehov və Ruhiyyə Məmmədli, Fuad Muradov və Sevinc Məsiyeva, Fuad Babayev və Leyla İbrahimovanın qurduqları ailələri göstərə bilərik.

***
Sonda onu demək istərdim ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin, 1995-ci ildə Gənclər Təşkilatları Milli Şurasının təsis edilməsi, 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi faktları (yenədəlik olmasın) gənclər hərəkatı mövzusuna təsirsiz ötüşməmişdir. Təsadüfi deyil ki, bu sətirlərin müəllifinin hazırladığı “Azərbaycanda Gənclər Hərəkatı” kitabında verilmiş  məqalələrin önəmli hissəsinin yazılma səbəbi, haqqında vurğu yapdığımız hadisələr və ya adıkeçən təsisatların fəaliyyəti ilə bağlı olmuşdur. Yeri gəlmişkən, “Azərbaycan gənclər hərəkatı”nda Hərəkatın müəyyən bir hissəsini əhatə edən bilgilər, münasibətlər oxucuların ixtiyarına verilir. Bu toplu elmi araşdırma deyil, ancaq mövzu üzrə araşdırma aparan gənc tədqiqatçılar, ümumiyyətlə, mövzu ilə maraqlanan insanlar, gənclər təşkilatı rəhbərləri, gənclər təşkilatlarına yeni qoşulanlar üçün maraq kəsb edəcək (və yarar sağlayacaq) bir vəsait olduğuna ümid edirik.
2 fevral – Azərbaycan Gənclər Günü ərəfəsində, gənclik ictimaiyyətinə, Siz oxuculara müraciət edərək, toplunun 2-ci cildini hazırlayarkən Sizlərdən gələcək olumlu təklifləri nəzərə alacağımızı qeyd edir, irad və təkliflərinizi, mövzuya dair fikir və mülahizələrinizi gözlədiyimizi məmnuniyyətlə ifadə edirəm.
Fürsətdən istifadə edib, Azərbaycan Gənclər hərəkatının veteranlarını, hazırda gənclər sektorunda çalışanları, bütün gənclərimizi Azərbaycan Gənclər Günü münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Necə bayramlara! Sıradakı Gənclər Gününü Şuşada keçirmək diləkləri ilə...

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə