Xanverdi Turaboğlu

İKİ ŞAİR – BİR ŞƏXS

I
Türkmən ədəbiyyatşünaslığında Seyidi və Seydi təxəllüslü şairlərin şəxsiyyəti haqqında dolaşıq fikirlər, mülahizələr mövcuddur. Bu barədə 1976-ci il “Türkmənistan” nəşriyyatının buraxdığı “Seydi” kitabındakı ön sözdə açıq-aydın etiraf edilir: “Seydinin doredijiliqi barada sankı on yıl içinde durli pikir yuze çıkdı. Şeyle pikirler esasen xem şaxırın doredijiliqini bolmek, Seydi atlı şaxır bir del-de, bir neçe bolupdır deymı tassıklamak bilen baqlanışıklı. Glbetde şeyle pikiri one suryen eldaşların delilleri ıllı taydan anında dine qipotezalıqında qalər. Onların ne suryən delillerinde faktiki materiallar ek, meselen dil, stil tarapını deneşdireninde tarıxı faktları qoz onunde tutanında Seyidinin iki bolmadı ı belli. Qoləzmalar fonundakı materiallar dine eke Seydinin adına. Gmma xer xalda one surulen pikiri ovrenmek qelejenin işidir. Şonun uçin xem bu mesele açıqlıqına qalər”.
Göründüyü kimi, türkmən ədəbiyyatşünaslığının müraciət etdiyi iki ədəbi-tarixi şəxsiyyətin bir adam kimi eyniləşdirməsinə baxmayaraq, təhlillərində də bir qədər ehtiyatla yanaşır, verdiyi mülahizələrin tamam həqiqət olması haqqında bəzi şübhəçilik meylləri duyulur. Türkmənistan SSR Elmlər akademiyasının Maqtımqulı adına Dil və Ədəbiyyat institutunun buraxdığı ən mötəbər kitabında belə XIX əsr türkmən poeziyasının iki görkəmli şairinin adlarının olmasına baxmayaraq yalnız biri haqqında danışılması da təəjjüb doğurur. Və həm də eyni ilə dövrün tanınmış şairinin Qurbandurdı Zəlili ilə dostluğundan söhbət açılması tamam yanlış faktdır. Yeri gəlmişkən qeyd edək ki, Türk¬mənistan Yazıçılar İttifaqının rəsmi orqanı olan “Edebiət ve Sunqat” qəzetinin 1977-ci il 29 yan¬varında çıxan sayı türkmən şairi Seydinin 200 illik yudileyi ilə bağlı olaraq bütünlükdə Seydi və onun yaradıcılığını işıqlandıran yazılar vermişdir.
Akademik Boymuxammed Qarrıyev “Qoşa çinar” məqaləsi ilə çıxış edərək Seydi ilə Zəlilinin həm qoşa yaradıjılıq xüsusiyyətindən, həm də onların arasında yaranan dostluq münasibətlərindən söhbət açmışdır.
Lakin yenə də onları birdləşdirən hansı dostluq münasibətlərin haradan əmələ gəldiyi barədə fikir o qədər də açıqlanmır. Başqa sözlə, iki Seyidi və Seydi təxəllüslü şairlər haqqında azca da olsa işıq üzü görünmür. Bunun əksinə olaraq “Ədebiət ve sunqat” qəzeti sanki bu problemin üstünə qalın pərdə çəkərək onu görünməz edir və qəzetin 3-cü səhifəsinin ortasında Zəlilidən 4 misralıq sitat götirir:
Bu otlara bu jan dozmez, men dozsem
Ört şirin zat, konul uzulmez, el uzsem
Tapmarın Xıvanı, Buxarı qezsem,
Senin dey ozume əran Seyidi!
Zəlili haqqında yazılmış monoqrafiyalarda Zəlili və onun dövrü barədə məlu-mat üçün bizdə hədsiz böyük maraq oyandı. Müəllif Saylav Mıradov problem kimi Seydi və Zəlili şəxsiyyətlərinin dostluğu, əsirliyi və onların qarşılıqlı yaradıcılıq xüsusiyyətlərini araşdırmağa cəhd göstərir. Zəlilinin “Nışan Seyidi” şeirindəki iki misrasını əsas götürərək yenə Seyidi və Seydi təxəllüslü şairlərin hansıları ilə dostluq münasibətləri saxlaması barədə dolaşıq, qarmaqarışıq fikirləri ilə oxujunu istər-istəməz çaşdırır. Zəlilinin “Nışan Seyidi”dəki həmin iki misraya diqqət yetirək:
Qurqenin duzunde toy-toy artlamın
Ene sursek bile dovran Seyidi
Göründüyü kimi Zəlili burada açıq aydın göstərir ki, Qürgenin düzündə birgə keçirdikləri dövranı, günləri yada salır və görünür ki, hər vaxt onunla birgə ünsiyyət saxlamağa o qədər də imkan məhdudluğu olmayıb. Türkmən ədəbiyyatşünaslığının nəzərdə tutduğu Seydi təxəllüslü şair isə əksinə tamam əks istiqamətdə həmçinin çox-çox uzaq məsafədə yaşadığından hər dəfə nəzərdə tutulan və dostu kimi qələmə verilən Zəlili ilə dostluq əlaqələrini geniş-ləndirmək üçün həmin yolu gedib gələ bilməzdi. Fikrimizi açıqlamaq üçün deməliyik ki, Azərbaycan ədəbiyyatşünası prof. Pənah Xəlilovun yazdığına görə “ədəbi proses ictimai mühitdən asılı olur. Dövrün feodal dağınıqlığı xanlıqlar çə¬kiş¬məsi, ölkələr arasında gedən vuruşmalar yaradıcı ziyalıları düşündürməyə bilməzdi. Bu düşüncələr də əlbəttə, milli məzmun daşımalı idi”. “O vaxtlar münbit torpaqlar, vadilər üçün tirələr arasında çə¬kişmələr gedirdi.Türkmənlərin Orta Asiya xanlıqları və əmirlikləri ilə İran və Əfqanıstanla hərbi ix¬tilafları olurdu, qəbilələr də bəzən öz aralarında çəkişir, bir-birini sıxışdırırdılar… Türkmən şairləri də türkmən tayfa və qəbilələrinin taleyini ümumiləşdirmişlər. Əgər Maqtımquluda “türkmən” anlayışı qismən genişdirsə, onun davamçılarının bu və ya digər qəbilə, tayfa birliklərinin talei, adət-ənənəsi, bu tayfaların qonşularla bəzi münasibətləriçərəivəsindən kənara çıxmır”. Prof. Pənah Xəlilovun araş¬dırmasına görə Zəlili və Xoca Seyidi ətrək türkmənlərinin , Sayatnazar Seydi əsasən Amu-dərya sa¬hillərində yaşayan ərsari tirəsinin həyatından yazmışlar. Və sonra Azərbaycan ədəbiyyatşünası P.Xəlilov tirələrin məskunlaşması və tədriji yerdəyişməsi xəritəsini təxminən belə müəy¬yən¬ləş¬dir¬mişdir: “Amu-Dəryanın bu axarına Ləbab deyirdilər. (Ləbab – çayın qırağı, qıyısı anlamını daşıyır) Ərsarilərin yaşadığı ərazinin bir ucu Murqab vadisinə çıxırdı. Əfqanıstanın sərhədinə doğru əlililər yerləşirdilər. Mərv tərəfdə Sarıq və Salırlar, Kopetdağ silsiləsində Nohurlular , Əxəldə təkələr, Ətrəs və Gürgen ətrafında göklənlər, onlardan da Xəzər sahillərinə doğru – Balxandan Xivəyə qədər yolutlar, Üstyurd və Monqışlaq tərəflərdə çovdurlar yerləşirdilər”.
Göründüyü kimi prof. P.Xəlilovun təxmin etdiyi xəritəyə əsaslanaraq Zəlil ilə Sayatnazar Seydinin yaşadığı yerlər arası böyk məsafələr təşkil edir. Qurbandurdı Zəlili göklən qəbiləsində dünyaya göz açıb. Anadan olduğu il müxtəlif tarixlərlə göstərilir. Əsasən 1798-1800-ci il Zəlilinin doğulduğu il kimi qeyd edilir. O, Ətrək, Barrıqalada yaşamış, əvvəlcə dini məktəbdə, sonra Xivədəki mədrəsələrin birində təhsil almışdır, Gənjliyində Döndi adlı qızı sevmiş və ona şeirlər həsr etmişdir. Şair onunla evlənə bilməmiş və Nuru adlı qızla ailə qurmuşdur. 1816-1817-ci illərdə Xivə xanı Muxxammetraxım xanın qoşunları ilə vuruşmada obanın sərkərdəsi kimi vuruşmuş, obasını düşmənlərdən qoruya bilmədiyinə görə Xivə xanına əsir düşmüşdü,
Əsirlik illərinin ağrı-acısını şeirə çevirən Zəlili dostu göklənli Xoca Seyidiyə mənzum məktublar göndərir.
Mənzum məktublarda vətən həsrəti, el-obada keçirdikləri günlərin xatirəsi ilə yaşayan şair doğma elə qovuşmaq eşqi ilə yaşayır. Ümumiyyətlə, Xoca Seyidi ilə bağlı şeirlərində (“Nışan Seyidi”, “Salam Seyidi”, “Seyle qideli”) Zəlil ayrılıq həsrəti ilə yanaşı bəndlərin heç bir yerində ərsari tayfasının adını çəkmir, yalnız Ətrək – Qarrıqala ərazisi ilə bağlı məhdud məkanların adını çəkməklə məhz həmin göklən tayfası ilə bağlılığını təsdiq etmiş və demək olar ki, Zəlili özünün tamamilə məhdud ijtimai siyasi baxışları ilə dayısı Məxtimqulunun bir qədər geniş “türkmən eli” anlayışı arasında kəskin fərqlər yaratmışdır . Başqa sözlə, əgər Zəlili ərsari tayfasından olan Seydini dostu kimi qəbul edirsə, heç olmasa ya şeirlərinin bir yerində ərsari tayfasının adını, yerini göstərər, bir söz, fikir, mülahizələrlə dostu ilə fikrini bölüşdürər, ya da Zəlili dostu bildiyi Seydi ilə birgə ərsari tayfalarının yaşadığı yerə gedib oranın adət, ənənəsi, gün-güzəranı yaxud ayrıca olaraq təbiət mənzərələrini vəsf edən bir neçə şeir həsr edə bilərdi. Sayatnazar Seydi də öz növbəsində fayfa birliyindən söhbət gedəndə göklən tayfa birliklərini əhatə edən ərazilərin birliyindən, ittifaqından söhbət açır.
Başdan ayaq kulli ersari qelip
Teke, salır, sarık, bisyari qelip
Demək Qurbandurdı Zəlilinin nəzərdə tutduğu Xoca Seyidi öz göklən tayfalarından olub özünəməxsus həyat tərzi keçirən tarixi şəxsiyyət olub ərsari Seydisindən fərqli olaraq dünya, aləm, axirət dünyası haqqında fikiləşməyə vadar edən şeirləri ilə prof. Pənah Xəlilovun mülahizələrinə jörə, Azərbaycan şairi Vidadini xatırladır. Əksinə Sayatnazar Seydinin şeirləri hərbi vətənpərvərlik mövzularına görəŞah İsmayıl Xətainin şeirlərini, bir qədər folklorla əlaqələri düşünsək, “Dədə Qorqud” qəhrəmanlarını, “Koroğlu”nu, dünya naz-nemətlərindən “gen-bol” istifadə etməyə çağıran şeirləri ümumi ab-havasına görə Molla Pənah Vaqifin şeirlərini xatırladır.
XIX yüzil türkmən poeziyvasının görkəmli nümayəndəsi olan Xoca Seyidi iki oğlunun ölümü haqqında “Qoşa budağım” silsilə şeirlər yazmışdır. Baxmayaraq ki, türkmən ədəbiyyatşynasları Xoca Seyidinin iki oğlunun ərsarili Seydinin oğlanları kimi qələmə verərək Seydinin dörd oğul atası olduğunu təsdiq etmişlər. Lakin “Qoşa budağım” şeirlər silsiləsindən aydın olur ki, 4 oğuldan ikisi Xoca Seidinindir. Xoca Seyidinin oğlanlarından birinin adı Mir Heydər, o birisinin adı Mir Həsəndir. Prof. P.Xəlilovun yazdığına görə Xoca Seyidi dindar olduğu üçün oğlanlarına yalnız belə ad qoya bilərdi. Sayatnazar Seydi isə əksinə ərsari tayfasının igid sərkərdəsi kimi oğlanlarına mətin adlar seçmiş, birini – Baynazar, ikincisini isə Pəhləvan adlandırmışdır. Hər iki sənətkarın oğlanlarının ölümünə həsr edilmiş şeirlərdə də kəskin fərqlər duyulur. Xoca Seyididə oğlunun ölümündən doğan kədər motivinə fikir verək:
Pılan oqlı pılan murze deyiklen,
Tur Xeydarım, ne iş qeldi başına?
Oten babaların adı qoölan,
Mir Xeydarım ne iş qeldi başına?
yaxud
Qozum nuri Mir Xesen, Mirxaydar jan
Biri kazı lukman, biri Suleyman
Bir qunde ikisi gyledim qurban
Bir qejede oçdi iki çıraqım
Duman basdı çıkabilmem umurden
Əndım, bişdim sıə boldum komurden
Baqrım qayım boldı damdan, demirden
Xanı sozler tilim, eşder qulaqım

Sayatnazar Seydi isə oğul itkisindən kədərləndiyini aşağıdakı kimi əks etdirir:
Bir jaxan içre qelip niçe maxallar yoruban,
Doymadı iki qozi, əqşı, əman qoruben
Akıbat başım uzre bir ulı mejlis qurıban
Qitdi sexrayı adamqe, ozi jovlan uruban
Yureqim bir, dereqim, barqereqim –Beqnazarım
Omrumun baqında bir teze qulum soldı bu qun
Neyleyin anı kaza gli tutup, eldı bu qun
Konlume uşbu jaxan, matam ile eldı bu qun
Yureqim, bir dereqim, bar qereqim - Beqnazarım
Göründüyü kimi hər iki sənətkarın oğullarının ölümündən doğan kədər motivi müxtəlif yöndə, müxtəlif biçimdədir. Xoca Seydidə hədsiz göz yaşı, ah-vay, dözümsüzlük üstünlük təşkil edirsə Sayatnazar Seydidə bunun əksinə, oğullarının itkisini, mətanətlə, səbirlə qarşılamasını görürük. Bu o demək deyil ki, Sayatnazar Seydi oğullarının ölümünə kədərlənmir. Kədərlənir, lakin ərsarili Seydi sərkərdəyə məxsus xüsusiyyətini ümumi məzmunundan çıxış edərək özündə dözüm, səbir, mətanət, iradə aşılayır, bunu özü üçün məqsədəuyğun hesab edir. Demək Xoca Seyidinin tarixən yaşayıb dövran sürməsi real həqiqətdir. Ölüm, axirət dünyası, qohum-əqraba, oğul itkisi motivində, fonunda şeirlər şeirlər yazması ilə özünün tarixi-ədəbi şəxsiyyət kimi mövcud olmasını təsdiq etdirən Xoca Seydinin yaşayıb yaratmasını ilk öncə gəgin araşdırmaları ilə sytuta yetirən Azərbaycan ədəbiyyatşynası prof. Pənaş Xəlilov ADU-nun “Elmi əsərləri”nin ayrıca çıxarılışı dil və ədəbiyyat seriyası-5, 1977-ci il tarixində, “Klassik türkmən şairi Seydi” adlı məqaləsində çox maraqlı faktlarla çıxış edib. O, göstərib ki, həqiqətən “klassik türkmən poeziyasında Seydi və Seyidi təxəllüslü ilə yazan iki görkəmli şair olmuşdur. Bunlardan Seydi ərsari tayfasından çıxmışdır”. Müəllif bu faktı son zamanlar çap etdirdiyi və yuxarıda təqdim etdiyimiz “Türk xalqları və Şərqi slavyanların ədəbiyyatı” dərsliyində də göstərir. İkinci fakt, yəni Xoca Seyidinin tarixən yaşayıb mövcud olması faktı İranda 1980-ci illərdə çıxan kitabdan da təsdiq edilir. Məqalənin müəllifləri A.Morodov, N.M.Aşurpur hətta İranın Qonbed deyilən yerində Xoca Seyidi və oğlanlarının qəbirlərini aşkar edir. Qəbirlər sıra ilə yanbayandır. Orta qəbirdə ata – Xoca Seyidi, sağ və sol tərəfdəki qəbirlərdə Xoca Seydinin oğulları uyuyur. Göründüyü kimi, fakt faktlığında qalır. Ərsari tayfasının igid sərkərdəsi oliuş Sayatnazar Seydinin həyat yolu isə tamam başqadır. Elinə, obasına daim bağlı olan igid sərkərdə Buxara əmiri Mirheydərin zorakılığına dözmür. Başına özü kimi igidlər toplayıb tayfasını düşmənlərdən qorumağa çıxarır. Tayfa məğlub olub geri çəkiləndən sərkərdə - şair təssüflənir. Seydinin aşağıdakı şeirinə diqqət yetirək:
İl birlik etmedi bize yiqitler
Qelin bu vatandan çıkıb qidelin!
Düşmanın ənına orqenin itler
Qitlise, boynuna kakın qidelin!
Sındırmanlar qoçaqların badını
Yitirdiniz ərsarının adını
İndi movlam berse ilin dadını
“Lovxa billanı”okıp qidelin
Beqlerin yuzine qara çekindi
Anın uçin abray ere dokuldi
Ustimize emir tuqı dikildi
Qoldan qelse onı yıkın qidelin!
Qun-qunden xalqımız bamondar xarap
Bir niçe xumsanın aqzına qarap
Seydi dier, xaram boldı bu lebap,
Bir əna sil kimin akıp qidelin!
Tədqiqat göstərir ki, ərsarili Seydini düşündürən problemlər, mövzular tamam ayrı səpkidədir. Bir nümunə kimi gətirdiyimiz bütöv bir şeirin ümumi məzmunundan görürük ki, el-oba igidləri ilə birgə vuruşmada məglubiyyət, tayfaların dağınıqlığı igid sərkərdəyə həddən artıq böyuk təsir edir. Lakin Seydi bunu istəmirdi. Tayfa birliyi yaradıb onların azad, əmin-amanlıq, asayişini qorumaq arzusu ilə yaşayırdı. Ümumiyyətlə, Sayatnazar Seydinin bu və ya buna bənzər şeirlərinin hamısı bütünlükdə hərbi-vətənpərvərlik hissi ilə yoğrulmuşdur. Sayatnazar Seydi türkmən ədəbiyyatşünaslığında ən çox tədqiq olunan şairlədəndir. Onun dövrü, yaradıcılığı haqqında türkmən ədəbiyyatşünaslığı lazımi qədər əsər çap etdirib. Seydinin anadan olduğu il adətən 1775-ci il göstərilir. O, Cərco vilayətinin Qa¬rəkovun rayonunda ərsari tayfasına mənsub olan ailədə doğulmuşdu. Şair ilk təhsilini Qarəkovunda aldıb sonra Xalaç, Xivə və Buxara mədrəsələrində təhsilini davam etdirmişdir. Şeirlərinin əksəriyyəti yuxarıda qeyd etdiyimiz kimi hərbi vətənpərvərlik, cəngavərlik mövzusu, motivində yazılmışdır:
Vatan uçun çıkdım qırat ustune
Te janım çıkınça donmenem, beqler!
Dikdir serim, duşmen duman astına
Sil dey aksa, qandan qanmanan, beqler!
“Er-men”dien çıksın bile yormeqe
Leşqer tartın, Mirxaydarı urmaqa
İl-qun uçun şirin janım bermeqe
Urdum başım, şeirtden sınmanam, beqler!
Seydi çıkdı atın, əraqın beslen,
Qan qordi qozlerim yirek xoveslep,
Qaçmanam oler men, kop leşqer islen,
Sovey uçun çıkdım, donmenem, beqler!
Seydi bu şeirində də özünəməxsus sərkərdə xüsusiyyətini biruzə verərək igid bəylərə birgə döyüşə sanki böyuk həvəslə hazırlaşıb hücuma keçməyi məsləhət bilir. Sedi üçün el-oba yolunda döyüşə getmək daxili- mənəvi ehtiyac sərkərdəlik borcudur. Buna görə də Seydinin yaradıcılığındakı bəzi motivlərin oxşar səslənməsinə, başqa sözlə, hərbi vətənpərvərlik, döyüşkənlik, mübarizə ruhuna görə, “Dədə Qorqud” qəhrəmanlarını, görkəmli Azərbaycan şairi, böyuk dövlət xadimi Şah İsmayıl Xətaini, bir qədər irəli getsək Koroğlunu, dünya naz-nemətlərindən qənimətlə istifadə etməyə çağırımına görə Seydinin şeirlərini Azərbaycan şairi Molla Pənah Vaqifin, Xoca Seydinin büsbütün kədər motivli şeirlərini isə Molla Vəli Vidadinin, Xurşudbanu Natəvanın misraları ilə yanaşı qoymaq olar.

II

Türkmən poeziyasında Xoca Seyidi və Sayatnazar Seydi təxəllüslü şairlər eyni tarixi-ədəbi şəxsiyyət olmamış, əksinə, şairlərin hər biri özünəməxsus həyat və düşüncə tərzi ilə seçilən və fərdi yaradıcılıq manerasına malik ayrı-ayrı tarixi ədəbi şəxsiyyətdirlər. Aydınlıq üçün fikrimizin, mülahizələrimizin doğruluğunu müxtəlif faktların köməyi ilə təsdiq edə bilərik. Deyək ki, Seyidi və Seydi təxəllüslü şairlərin həm ədəbi irslərinindəki müxtəlif fərqli xüsusiyyətlər, həm də İranın Qonded ərazisində tapılan Xoca Seyidiyə məxsus qəbir daşları tutarlı fakt, dəlil kimi fikrimizin, mülahizələrimizin doğruluğunu təsdiqləyir. Və əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Seydi və Seyidi təxəllüslü şairlərdən biri, daha doğrusu Xocv Seyidi türkmən poeziyasında həqiqətən öz yeri olan və orijinal yaradıcılıq xüsusiyyətləri ilə seçilən görkəmlim şair olmuşdur. Fəqət bu günə kimi türkmən ədəbiyyatşünaslığında Xoca Seyidini tarixi ədəbi şəxsiyyət kimi təs-diqləyən myxtəlif materiallar əsasında da olsa, işıq üzü görülən adicə məqalə çap etdirilmişdir. Halbuki Xoca Seyidiyə məxsus üzə çıxarılan istənilən qədər mənbə əldə etmək olur. Örnəyi, Xoca Seyidiyə məxsus bir şeirdə Xədicə adlı bir qız tükənməz məhəbbətlə yad edilir:
Qozi qara, qaşı qara
Zulpleri timar Xatıja!
Yureqime saldın əra
Gyledin bimar Xatıja!
Qozinde surme əraşar
Biline tirme əraşar
Saçına orme əraşar
Saçları şamar Xatıja!
Baqında totı—qumrular
Izında jaxım—jumrular
Qovsinde qoşa ömrular
Almamıdır, nar Xatıja!
Seydi(?) dier, bu şeirtlere
Başladın koçe örtlara
Meni tukenmez dertlere
Gyledin duçar Xatıja!
Şeiri bütünlükləişıqlandırmaqda məqsədimiz odur ki, Xocə Seydiyə məxsus bu poetik bəndlərin Seydi adına çap olunması bizdə maraq oyatdı. Xoca Seyidi göklənli Qurbandurdı Zəlili ilə bir el-obadan çıxmış və Zəlili ilə daim sıx dostluq əlaqələri yaratmışdı. Təsadüfi deyil ki, Zəlili məşhur şeirlərinin birində (“Salam Seyidi”) Xoca Seyidinin sevgilisi Xədicəni axtarıb görmək arzusunu təsvir edir. Digər tərəfdən elə əvvəlki yazımızda da qeyd etdiyimiz kimi 1980-ci ildə İran mətbuatında A.Morodov, N.A.Aşurpur İranın Qonbed deyilən ərazisində türkmən poeziyasının jörkəmli şairi Xoca Seyidiyə və onun oğullarına məxsus qəbir daşlarının aşkar edilməsi haqqında çıxış ediblər. Bununla yanaşı Xədicəyə həsr olunmuş şeirdə İran mətbuatında çap olunmuşdur. Bunlardan aydın olur ki, Xədicə ərsarili Seydinin deyil, Xoca Seyidinin sevgilisi olmuşdur. Deməli, həmin şeir Xoca Seyidinin ədəbi irsinə mənsubdur. Türkmən ədəbiyyatşünası Saylav Mıradovun verdiyi variantı düşünmək üçün maraqlıdır. Belə ki, müəllif Saylav Mıradov göstərir: “Alımların tersine, Zelili veli, Seydininadresini aydanak, ona nirede neme bolondıqını da duşundirenok. Yone onun başında axır zaman qapandıqını:
Azabı keçəmat çeken azabın
Xak bersin derdine şıpa, Seyidi
Gşitdim qidip sen, karrızar bolup
Xatıjanı bir qormeqe zor bolup
Mət illerde qarıplıkda xar bolup
Qoçe-qoçe ilden ile Seyidi
Satirleri bilen aç-açan edyer. “Karızdarlık”, “Xatıjanı qormeqe zarlık”, “Ət illerdeki xarlık”,”Qoçe-qoçluk”, - bunların xersi eqirt ulı vakanının bir uluşi, detalı. Bu detalların nexili emele qelin-diqini indi açıqlamalı”.
Doğrudan da yuxarıdakı şeirlə bağlı tədqiqata cəlb ediləcək müxtəlif detallar vardır. Lakin həmin detalları ərsarili Seydinin deyil, göklənli Xoca Seyidinin həyat və yaradıcılığını işıqlandıran maraqlı bir mövzu kimi tədqiqata cəlb etmək olar. Halbuki, “Xədicə” adlı şeir kimi başqa şeirlər də Türk¬mənistan EA-nın ən mötəbər kitabında Sayatnazar Seydinin adına çıxılır. Ərsari tirəsindən olan Seydi ilə Xədicə arasında yaranan sevgi münasibətləri barədə böyük səxavətlə yer ayrılaraq uzun-uzadı şərhlərlə çıxışlar göstərilir. Yeri gəlmişkən, “Seydi” kitabında da Xədicə Sayatnazar Seydinin arvadı kimi təqdim edilir. Beləliklə, bizə aydın olur ki, Xoca Seyidiyə məxsus “Xatıja” şeiri Ərsarili Seylinin əsəri kimi göstərilməsi iki görkəmli şairin həyat və yaradıcılığının özünəməxsus, fərdi, orijinal cə¬hətlərini qarışdırmaqla həm elmi, həm də tarixi nöqteyi-nəzərdən yanlışdır. Təəssüf ki, “Türk¬mənistan” nəşriyyatında 1976-cı ildə nəşr olunan “Seydi” kitabında Xoca Seyidiyə məxsus başqa ədəbi örnəklər də Seydi adına çap olunub. Örnək kimi həmin kibabda çap olunmuş “Qoşa pudaqım” dastanına diqqət yetirək. “Bar bolup”, “Oni ızları”, “Pisada dondi”, “Xum qider”, “Əz bolar”, “Seni ınjıtmaə”, “Qalana menzer”, “Xoş deqil”, “Tire menzedi”, “Adıdır-adı”, “Doludır dolı”, “Eldı da qitdi”, “Baqrın qerdi, bilmedi”, “Etişeir”, “Soltan Xatıja”, “Beter Xatıja”, “Timar Xatıja”, “Xabar ber, qardaşım” (Zəlili ilə Seyidinin deyişməsi), “Zelilim” şeirləri məhz Xoca Seyidinin özünəməxsus manerasından, üslubundan xəbər verir. Adları sadalanan Xoca Seyidiyə məxsus ədəbi örnəklər şairin keçdiyi həyat yolunun ağrı-acılıarının bədii ifadəsi, artıq dünyagörüşlü, bu dünyanın qeylü-qalını görüb dadmış və tükənməz həyat təcrübəsinə malik adamın məxsusi poetik düşüncələridir. “Seni ınjıtmaya” şeirində Xoca Seyidi həmin yaşadığı, gördüyü dünyanın faniliyindən söhbət açır:
Panıdır bu dunye, panı
Ekdur xiç kime paənı
Bedasılın bir nişanı
Yuz qorup, konul quytee
…Bilqil omur bibakanı
Çirk eyleli xoşlakanı
Ajal qer tutsa əkanı
Dadına xiç kim etmee
Seydi(?) (Seyidi) soyle rastını
Xoş qor movlanın xastını
Bakqıl aəqın astını
Qidejek elun yitmee

“Qalana menzer”, “Xoş deqil”, “Mazanı biler”, “Qert kopeldi”, “Qatmaq bile” və s. şeirlərində də Xoca Seyidi həmçinin dünyanın faniliyindən, “qeyli-qalından” söhbət açır:
Panı dunyede ayralık
Çol erde qalana menzer
Başda qalmaz akıl-qılık
Divana bolona menzer

Moxnet şeir, dovran otse
Veyran gder, kaza etse
Ata qalıp, oqul qitse
Bir daraxt qurana menzer
Adamzat gder teşvişi
Bilmez əqşı, əman işi
Panı dunyenin qerdişi
Xiç duypsuz əlana menzer
…Seydi(?) (Seyidi) dier xer iş bolsa
Çekmeli xudadan qilse
Xer kim ördundan ayrılsa
Ortenip olene menzer. (“Qalana menzer”)
Kim qorupdur bu dunyenin bakasın
Aparmış xemrasın, xuyrulukasın
Şol ajal barçanın tutar əkasın
Çunki ol xiç kime əqşı iş deqil
Nebe uçin yılmaqa dunyeni-malı
Qije qundiz çekmen kop keqlı-kalı
Bir qun qalajaqdır bu dunye malı
Qelen qider, gqlenmeli qoş deqil
…Qudrat bile ekdan bir olan kopdur
Bu dunyede ajsız-xar olan kopdur
Işk glinden aqlap, zar olan kopdur
Seydi(?) (Seyidi) dek xiç kimi jepakeş deqil. (“Xoş deqil”)
Adam olı dunye qelse
Suyt gmer, mazanı biler
Bem əşında oynan qulse
Çarx urup qezeni biler
…Seydi(?) (Seyidi) neyler imanı
Barça olur, ek qumanı
Adamın ayrılsa janı
Ol dunye uzanı biler. (“Mazanı biler”)
Dunye ilen adam oqlı
Munı muna qatmaq bile
Yureqine salıp xovlı
Oz qolunı çatmaq bile
…Nesixat bersen qaçarlar
Pısk bile nisat açarlar
Ovqat uçin ant içerler
Kimse iman satmak bile
Quralsa nebsin dukanı
Oda salar şirin janı
Mollalar tapsa xaramı
Nebsi daşar, övtmak bile…
Seydi(?)(Seyidi) diyr qoymasa panı
Ne beq qalar, ne soltanı
Adamzadın çıksa janı
Qara erde ətmak bile… (“Qatmaq bile”)

Tədqiqat gösitərir ki, yuxarıda göstərilən bütün bədii poetik nümunələrin ümumi ruhu, məzmunu bir adamın, birtarixi-ədəbi şəxsiyyətin fərdi-poetik düşüncələrinin məhsulu kimi diqqəti cəlb edir. Təqdim etdiyimiz bu şeirlərin ümumi ruhunda biz nəyi görür və hiss edirik? Hər şeydən əvvəl bu şeirlərdə dünya, insan problemi ön planda , diqqət mərkəzində dayanır.Göründüyü kimi, Xoca Seyidini daim məşğul edən bu nəhəng, qlobal məsələlər, problemlər qoca şairin mənəvi dünyasının dərinliyində köklənir, araşdırılır, “ələnir” və son anda dünya, aləm insan problemi, insanın, insanlığın əzəmi faciəsi bütün dolğunluğu, mənalılığı ilə daha qabarıq əks etdirildir. Bu predmet və hadisələr məhz əzəmi, nəhəng şəklində bütün əhatəliliyi, qabarıqlığı ilə canlandırılır. Sayatnazar Seydidə isə əksinə olaraq dövrün hazırki yürüşü, vuruşu, el-oba tayfa uğrunda savaşı və bu savaşın önündə sərkərdəlik vüqarı daha çox nəzərə çarpır. Örnəyi, bir neçə şeirə nəzər salaq:
Vatan uçin çıkdım qır at ustine
Te janım çıkınça, donmenem, beqler!
Dikdir serim, duşmen duşman astına
Sil dey olsa, qandan qanmanam, beqler!
Tamaşa gylenler kılan urşuma
Yuz min leşqer çıka bilmez qarşıma
Gr yiqit men, mertlik bilen durşuma
Oda urarlar, men xem ənmasam, beqler! (“Donmenem beqler”)
Yorsun qızılbaş ustune
Niçe bedesuvar indi
Lgş dokilsin lgş ustine
Alınsınxemme ar indi. (“Bedesuvar indi”)
Muxannesi bir qorkudan dındarın
Atın alıp bir qoçaqı mundurun
Kuffar leşqerini urun, sındırın
Xuday berse, abray alın yiqitler! (“İlin yiqitler!”)
Qorkı gde-gde rusvamız çıkdı
Xer ne nesip bolsa, qorulsin indi!
Zalim duşmanaxır ördımız yıkdı
Kop ətdık, əranlar, turılsın, indi! (“Qorulsin indi!”)
Göründüyü kimi,eyni kitabdan (“Seydi”, Saylanan eserler) təqdim olunan şeirlər arasında nə qədər fərq olduğu göz qabağındadır. Tədqiqat göstərir ki, əvvəlki şeirlər məhz Xoca Seyidiyə məxsus ədəbi nümunələrdir. Həminpoetik nümunələrdə isə şairin poetik “mən”ində araşdırılıb cilalanır, dünya, aləm, hadisə və proseslər özünəməxsus şəkildə mənalandırılıb üzə çıxarılır. Sayatnazar Seydiyə məxsus nümunələrdə isə tamam başqa mövzu – döyüşkənlik, sərkərdəlik vüqarı, el-obanın, tayfanın asayişini qorumaq naminə döyüşə çağırış motivi, hərbi-vətənpərvərlik mövzusu öndə dayanır. “Seydi” kitabını tərtib edən K.Jumaev, M.Qarrıev, S.Durdıev isə bütün bu fərqlərə baxmayaraq bir “Seydi”,, adına şeir nümunələri çap etdirmişlər. Halbuki, Xoca Seyidi ilə Sayatnazar Seydi yaradıcılığı arasındakı kəskin fərqləri görməmək mümkün deyildir. Buna baxmayaraq müəlliflər Xoca Seyidinin Zəliliyə həsr etdiyi “Zelilim” şeiri və ya Zəlili ilə deyişməsi (“Xabar ber, qardaşım”) şeirlərini Sayatnazar Seydiyə məxsus ədəbi nümunə kimi verməkdə davam edirlər.
Seydi(?) (Seyidi): Seydi(?) dier, ne binasız menzildir,
Ol ne qun bir quşdur ne qun bir yıldır,
Jan çıksa uzuler, ol xaysı qıldır
Ol ne xer kim içip baldan xabar ber!
Zelili: Zelili, binasız dunye menzildir.
Əqşı qun bir quşdur, əman qun yıldır.
Jan çıksa uzuler, dem-de bir qıldır,
Ajal baldır, xer kim içer, qardaşım. (“Xabar ber, qardaşım”)
Zəlili ilə Seyidi arasında gedən mövzu, fikir, dünya, aləm haqqında fikirlər, düşüncələr, zənnimizcə, göz qabağındadır. Başqa sözlə, mövzu, üslub,deyim tərzi məhz Xoca Seyidinin olduğunu təsdiqləyir. Xoca Seyidinin “Zelilim” şeirinə fikir verək:
Baray diysem, el uzakdır, etmez men,
Ne bir namart boldum, şol ən qitmez men,
Neçun dunyg idim, şu qun otmez men,
Qam-kulpet layına batdın, Zelilim
***
İt-quş aqlar, qorse menin xalıma
Senin uçin ser qoər men olume
Şum nesipden, gsir duşdun zalıma
Bu azat torpakdan otdun, Zelilim
***
Bala-baqa yurek daqlar zar bilen
Dunygde qaymazlar ərı ər bilen
Axırda barıp etdinxar bilen
Uzaq eldan Xıva qitdin, Zelilim
***
Seydi(?)-namart! Menim komeqim deqmez
Əlbardım neleqe, boynunı gqmez
Ol arşı aqladan bize nur əqmaz
Nesibe taqdırı çatmaz, Zelilim. (“Zelilim”)

“Qoşa pudaqım” dastanı haqqında əvvəldə qeyd etmişdik ki, dastan-dakı şeir nümunələrininçox hissəsi məhz Xoca Seyidiyə məxsusdur. “Bu qun”, “Dur bizim sarı”, “Qel bizim sarı”, “Bolmasın”, “Xalın balam”, “Atajan”, “Ne iş qeldi başına”, “Pida men”, “Novbaxarım Xaydar,
korpem Mirxesen”, “İki qozum nurı Mirxaydar jan”, “Xoş qalın”, “Qussa bilen bay indi”, “Qulim oqullar”, “Mirxesen – Seydi(?)”, “Oqlanlarım”, “Dunygm boy-boy”, “Başım boy-boy”, “Soverim menin”, “Başlar sındımı?”, “Yureqim lerzan menin “, “Merdanalıq-gr işidir”, “Kemalından ayrıldın”, “Neyledin”, “Qalın men” şeir nümunələri demək olar ki, eyni biçim, düşüncə tərzi eyni yaradıcılıq üslubu və manerasına malik bgdii sənət nümunələridir. Dastana daxil olan şeirlərə diqqət yetirək:
Xaydar çıkdı glden, jan xem tilimden,
Ayrılmadık oqlanlarım qoynumdan
Gy vay, boş qalıpdır dolı qujaqım
***
Duman basdı çıkabilmem umurden
Əndım, bişdim, sıə boldum komurden
Baqrım qayım boldı damdan, demirden
Xanı sozler tilim, gşder qulaqım
…Seydi(?) dier iki çeşmem qurıdı
Serv tapmadı, tebsiredi dodaqım. (“Qoşa pudaqım”)
Gy baxarın lelesi, vay, bakjaların ter quli
Qulleri aşən gden baqı-gremnin bilbili
Ax Mir Seyit Xesen, vax Mir Seyit Xeydar veli
Kekili-qulpakları sekiz bextin sunbili
Kayda barsa, ol eri bastan gden oqlanlarım
…Seydi(?)dier, men olarnın otuqa boldum kebap
Janların xak ışıkına qurban gden oqlanlarım. (“Oqlanlarım”)

Ağır itki qarşısında hədsiz göz yaşları axıdan ata – Xoca Seyidi bu itkinin verdiyi əzab əziyyətə dözə bilmir. Bunun əksinə Sayatnazar Seydinin iki oğul itkisindən təsirlənərək oğlanlarına həsr etdiyi şeir-lərində isə əvvəldə qeyd etdiyimiz kimi, igid əsgərini itirən sərkərdənin dəyanəti, sərkərdəlik vüqarı, dözüm, iradə, ölümü mərdliklə qarşılamaq əzmi duyulur. Səbr, mətanət Sayatnazar Seydinin şeirində daha böyük yer tutur.
Bu jaxan içre qelip, niçe maxallar yoruban,
Boymadı iki qozi, əqşı-əmanı qoruban
Akıbet başım uzre bir ulı mejlis quruban
Qitdi sgxrayı-adamqe, ozi jovlan uruban
Yureqim, bir dereqim, bar qereqim – Beqnazarım. (“Beqnazarım”)

Ümumiyyətlə, “Turkmənistan” nəşriyyatının 1976-cı ildə buraxdığı “Seydi” kitabı mübahisə do¬ğurur. Xoca Seyidinin konkret tarixi ədəbi şəxsiyyət kimi təsdiqləyən həyat və yaradıcılığı bu kitabda insafsızcasına kölgədə qalır. Bu tarixi, ədəbi bir səhvdir. Hər iki şairin haqqı özünə qaytarılmalıdır, XIX yüzil türkmən poeziyası hazırki ədəbi-tarixi ictimaiyyət tərəfindən onların mövqeyi, yeri müəyyənləşdirilməlidir.
Seydi. Saylanan eserler. Səh.234
Seydi. Saylanan eserler. Səh.235
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə