Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində 3 gün ərzində silsilə tədbirlər keçiriləcək.
Tədbirlər silsiləsi çərçivəsində
noyabrın 5-ində (saat 14.00) Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyinin ziyarəti, yenə həmin gün (saat 15:30) “HƏDƏF” Kurslarının baş ofisində “Estetik dəyərlərin harmoniyası” adlı konfrans;
noyabrın 6-ında (saat 13.00) Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə görüş, habelə (saat 15:00) Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına Konfrans Salonunda “Ədəbiyyat, Musiqi, Təsviri sənət: Gəncliyin peşəkarlıq arayışı” adlı “Dəyirmi Masa” , yenə həmin gün axşam (saat 18:0) Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan Təmsilçiliyinin “ART-Qalareya”sında sənət müzakirələri;
noyabrın 7-də isə (saat 12:00) Azərbaycanda Atatürk Mərkəzinin Konfrans Salonunda yekun dəyərləndirmə – “Qapanış Toplantısı” baş tutacaq.
Silsilə tədbirlər çərçivəsində paytaxtın bir sıra muzeylərində olmaq, habelə tanınmış sənət xadimləri ilə görüş-müzakirələr də nəzərdə tutulub.
Qeyd edək ki, Layihənin yekunu olaraq, gənc şair, bəstəçi və rəssamların yaradıcılıq örnəklərinin əks olunduğu toplu nəşr ediləcək, uyğunprofilli qurum və quruluşlara mövzu üzrə rəylər, təkliflər zərfi təqdim olunacaq.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə