Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Qarabağ dərsləri – yay məktəbi” layihəsini həyata keçirmişdir.
Məcburi köçkün məktəblilərin asudə vaxtını səmərəli təşkil etməklə bərabər Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımız, bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandalizm hərəkətləri, məhv edilmiş tarix və mədəniyyət abidələrimiz və s. mövzularda maarifləndirici seminarların keçirilməsi layihənin əsas məqsədi olmuşdur.
Seminarlarda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrlə bərabər ermənistanın Azərbaycana silahlı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması, ölkəmizdə nizami ordunun yaradılması və s. istiqamətində gördüyü məqsədyönlü fəaliyyəti haqqında seminar iştirakçılarına müfəssəl məlumatlar verildi. Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, Azərbaycan ordusuna ayrılan vəsaitin ermənistanın dövlət büscəsini bir-neçə dəfə üstələməsi, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, ölkəmizdə həyata keçirilə mənqsədyönlü gənclər siyasəti və s. mövzularda ekspertlər tərəfindən geniş məruzələr edildi. Respublikamızın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyeva və Fondun Vitese Prezidenti Leyla Xanım Əliyeva tərəfindən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində həyata keçirilən beynəlxalq layihələr, “Xocalıya adalət” beynəlxalq kompaniyası çərçivəsində görülən işlər haqqında layihə iştirakçıları müfəssəl məlumatlandırıldı.
Eyni zamanda layihədə iştirak edən məktəblilər Goranboy rayonunun Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş qəsəbəyə ekskursiya çərçivəsində Xocalı abidəsini ziyarət etdilər. Həmyaşıdlarının, eyni məcburi köçkünlük həyatı yaşayan uşaqların təhsil aldıqları orta məktəblə tanış oldular.
10 gün davam edən düşərgədə layihə iştirakçıları arasında müxtəlif intellektual oyunlar, idman yarışları, diskussiyalar və s. təşkil edildi.
Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin və Cavad Xanın Məqbərələrinə, Şah Abbas Məscidinə, Xan Bağına və s. edilən ekskursiyalar isə layihə iştirakçıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.
Layihənin sonunda müxtəlif orta məktəbləri təmsil edən məcburi köçkün məktəblilər layihə müddətində öyrəndiklərini, xoş təəssüratlarını və s. öz həmyaşıdları ilə bölüşəcəklərini bildirdilər. Bu mövzuda layihələrin onların həyatlarında və dünyagörüşlərində böyük bir iz buraxdığını qeyd edərək belə layihələrin davamlı olmasını arzuladılar..
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə