Novruz (YeniGün) Bayramı ərəfəsində baş tutacaq tədbirin sonunda “Novruz çiçəkləri”nin imza günü keçiriləcək
 

Martın 18-də (saat 14.00) Azərbaycan Yazıçılar Birliyinin NATAVAN Klubunda “İraq-Türkman Ədəbiyyatı” mövzulu konfrans düzənlənəcəkdir. Konfransı “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu“ İctimai Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkil etdiyi, İraqdan Dr. Mustafa Ziya və Dr. Şəmsətdin Küzəcinin məruzə edəcəyi konfransda, Azərbaycandan Prof. Dr. Qəzənfər Paşayev, millət vəkili Qənirə Paşayeva, DGTYB Məsləhət Şurası başqanı Əkbər Qoşalı və b.nın çıxışları nəzərdə tutulub.
Proqramın ikinci bölümündə Kərkük Kültür Dərnəyi tərəfindən nəşr edilən, Dr. Şəmsətdin Kuzəci tərəfindən hazırlanan “Novruz çiçəkləri” (Türk Dünyası Qadın Şairlər Antolojisi) kitabının tanıtımı, “imza günü” gerçəkləşəcəkdir. 
Ayrıca, kitadda yer alan Azərbaycan şairələrinə Kərkük Kültür Dərnəyinin “Fəxri Fərman”ı veriləcək, habelə bir
sıra başqa yazarlar təltiflər olunacaqdır.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə