Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və DGTYB Məclisinin bir qrup üzvü bugünlərdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakıdakı yeni təmsilçisi xanım Ufuk Turqanərlə görüşərək, adadakı türk ədəbi qurumları ilə əlaqələrin gücləndirilməsi yönündə və qarşılıqlı maraq doğuran digər ədəbi-mədəni mövzularda fikir mübadiləsi aparıblar. 

Xanım Turqanərlə tanışlıq və nəzakət görüşündə Azərbaycanda “Klassiklərdən çağdaşlara Kıprıs Türk Ədəbiyyatı” antologiyasının nəşri ideyası səsləndirilib və maraqla qarşılanıb.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə