Sevdamın

İl ilə tay oldu, gün günü çəkdi,
Bitmədi yarası naşı sevdamın.
Soyuq su calandı isti vaxtında,
Beləcə bişmədi aşı sevdamın.

 

Əli ürəyindən perik yürüyür,
Kədəri sevincə şərik yürüyür,
Bir də ayıldı ki,beşik yürüyür,
Qarışdı laylaya başı sevdamın.

Silindi, alnından yazısı çıxdı,
Elə yasaq oldu, qazısı çıxdı,
Köpək dişi çıxdı, azısı çıxdı,
Çıxmadı bir ağıl dişi sevdamın.

Kirpiyi altında çiy baxışları
Bir yol yetişmədi, bir yol bişmədi.
Göydən ağac yağdı xatirələrə,
Göydən üçcə alma düşmək bilmədi...

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə