Musa Ələkbərlinin 2010-cu ildə qələmə aldığı “Mübarizlik dərsi” poeması proloqla başlayır. Poema qəhrəmanlıq sözünü qəhr olmaqdan qorumaq üçün düşmən üstünə təkbaşına yürüyən Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub. Poemada öz qanıyla bizlərə səfərbərliyi diktə edən bir məğlubedilməz obrazı yaradılmışdır. Həmin obrazmübarizliyi ilə Koroğlunu, Nəbini şüarlıqdan qurtararaq onların ənənəsinin həqiqət olduğunu sübut edə bildi.

Ardını oxu...

Aynurə N. PAŞAYEVA
AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və Publisistika şöbəsinin elmi işçisi


1944-cü ilə qədər soyqırım anlayışı dünya ictimaiyyətinə məlum deyildi. Bu termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. Müasir ingilis dilində işlədilən “genocide”, yəni “soyqırım” sözü mənşə etibari ilə qədim yunan sözü olub, genos “nəsil, kök, soy” sözü ilə latın dilindən “caedo” “öldürürəm” sözlərinin birləşməsindən meydana gəlmişdir. Genosid terminini ilk dəfə təklif edən hüquqşünas Lemkin belə əsaslandırdı ki, soyqırımı-müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra beynəlxalq hərbi tribunalı faşist liderlərini “bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Tribunalın ittiham aktında “soyqırım” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlənilmişdir. 
9 dekabr 1948-ci ildə BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alın¬ması və cəzalandırılması haqqında” Konvensiya qəbul edildi, ancaq bu konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə mindi. Bununla da, ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edil¬məsinə yönələn cinayətlər soyqırım adlandırılmaqla, Konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qarşıya qoyuldu. Azərbaycan Respublikası Milli Məc¬lisi tərəfindən qəbul olunmuş BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmışdır. (Soyqırım cinayəti: beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu, CBS, 2010, s.3.).
Çox böyük təəssüflə qeyd edirik ki, bu gün soyqırıma məruz qalan xalqlar sırasında Azərbaycan xalqı da yer alır. Azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə öz siyasi qiymətini aldı.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağla bağlı yaranmış gərgin siyasi vəziyyət eyni zamanda güclənən milli özünüdərk prosesi nəticəsində ictimai rəyə daha operativ münasibət bildirən bədii publisistikada erməni separatçılarının törətdikləri qırğınların tarixi köklərinin araşdırılmasına qarşı böyük maraq oyandı. 1953-cü ildən bəri “Azərbaycan” jurnalında Müstəqillik illərində soyqırım termini işlənməyə başlanıldı və soyqırımın tarixi kökləri, yaranma səbəbləri publisistləri düşündürən əsas məsələlərdən biri oldu.
1918-1920-ci illərdə Zəngəzur, Bakı, Quba, Şuşa, Şamaxı və digər bölgələrdə həyata keçirilən soyqırımlar Nəriman Həsənlinin “Tayqulaq «xalq qəhrəmanı» və ya quldur Andronik...”, Teymur Əhmədovun “Erməni xəyanəti (Andranik Ozanyanın vəhşiliyi)”, Əbülfət Qasımovun “Genosid”, Şəmistan Nəzirlinin “Azərbaycan sərkərdələrinin faciəsi (1918-1920-ci illər)” və s. publisistik məqalələrdə özünə yer almışdır. Bu məqalələr real faktalara, tarixi xronikalara, müxtəlif mətbu orqanlara əsaslandığından erməni soyqırımının araşdırılması baxımından əhəmiyyət daşıyır.
1918-1920-ci illərdə türklərə qarşı soyqırım siyasəti yürüdən Çar Rusiyasının uydurduğu “Böyük Ermənistan” xülyasının ləyaqətli icraçılarından olan erməni qul¬duru Andronik publisistlərimiz tərəfindən ikiüzlülüyü, xəyanətkarlığı ilə daim ifşa olunmuşdur. Müasir dövr Fransa mətbuatında Androniki “milli qəhrəmanı” elan edərən yazılara etiraz edən N.Həsənlinin “Tayqulaq «xalq qəhrəmanı» və ya quldur Andronik...” məqaləsində Andronikin Türkiyənin Ərzurum, Muş, Van, Qars cəbhəsində, 1912-1913-cü illər Balkan müharibəsində, Şaumyanın dəstəyi ilə Naxçıvanda, Zəngəzurda törətdiyi qırğınların tarixinə nəzər salır, 1927-ci ildə xəyanətkalığı ilə Daşnaksütyun partiyasından qovulsa da, Androniki erməni xalqının milli qəhrəmanı səviyyəsinə yüksəldən Şaumyan olduğunu qeyd edir. Publisist Andronikin Şərqi Anadoluda, Naxçıvanda törətdiyi qırğınların arxasında dayanan dəstəyi oxucuya çatdırır: “Ümumiyyətlə, 1918-21-ci illərdə Azərbaycana dişini qıcayan amerikan-ingilis işğalçıları başda olmaqla (sonralar Sovet Rusiyası da onlardan daha qəddar canavar olduğunu sübuta yetirdi) Antanda dövlətləri daşnak qoşunlarını silahlandırır, milli qırğınlar törədirdilər, həmin qırğınlar nəticəsində Ordubad, Naxçıvan, Şərur-Dərələyəz qəzalarında 60 minə yaxın əhali qılıncdan keçirildi. Üç yüzə yaxın kənd odlara qalandı, talan və qarət edildi” (Həsənli Nəriman. Tayqulaq «Xalq qəhrəmanı» və ya quldur Andronik... //“Azərbaycan” jurnalı, Bakı, 1997, №7-8, s. 140).
Andronikin başçılığı ilə Zəngəzurda törədilən qırğınları konkret mətbu orqanlara, arxiv materiallarına istinadən sübuta yetirməyə çalışan prof. Teymur Əhmədov Şaumyanın Andronika məhz V.İ.Lenin tövsiyəsi ilə yardım etdiyini qeyd edir. Andronikin güc mənbəyi yerli erməni əhalisi idisə, digər güc mənbəyi ingilis–amerikan qüvvələrinin dayandığını qeyd edir, onun ABŞ konsulluğuna yazdığı teleqramı ilə sübuta yetirməyə çalışır: “Teleqramda deyilir: Xainlər və satqınlar əhatəsinə düşdüyüm üçün xahiş edirəm məni dəstə rəisi vəzifəsindən azad edəsiniz” (Əhmədov Teymur. Erməni xəyanəti. //“Azərbaycan” jurnalı, Bakı, 1999, №8, s.149).
Publisist Ə.Qasımov XIX əsrin 80-90-cı illərində yaradılan Armenakan, Hnçak, Daşnaksütyun partiyalarının qarşısında qoyduğu vəzifələri açıqlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri terrorun məqsədini aydınlaşdırır. Belə ki, “ermənilər niyyətlərinə çatmağın mümkünsüzlüyünü dərk edərək, türklərə. Azərbaycanlılara qarşı soydaşlarında nifrət ruhu aşılamaq, havadarlarının köməyilə soyqırımı həyata keçirmək, etnik təmizləmə yolu ilə boşaldılmış ərazilərdə erməni dövləti yaratmaq qərarına gəlmişlər” (Qasımov Əbülfət. Genosid. //“Azərbaycan” jurnalı, Bakı, 2007, №11, s.169).
1917-ci il fevral inqilabı nəticəsində yaranmış qarışıq şəraitdən istifadə edən ermənilərin öz maraqlarına uyğun ardıcıl soyqırımlar həyata keçirirdilər. Ə. Qasımov öz məqaləsində 1918-ci il mart-aprel soyqırımlarında Qubada 162, Şamaxıda 53 kəndin viran edilməsi, yarım milyonluq ölkə əhalisinin 180 min nəfərinin həlak olmasını statik nəticələrlə qeyd edir. 1920-ci illərdə həyata keçirilmiş soyqırımlara qarşı duran yüzlərlə azərbaycanlı yüksək rütbəli hərbi məmurlar haqqında Ş. Nəzirli “Azərbaycan sərkərdələrinin faciəsi (1918-1920-ci illər)” məqaləsində 1920-ci ildə Əsgəranda ermənilərin hücumunu dəf edən, ölkənin baş qərargah rəisi general-mayor Həbib bəy Səlimovun, general-mayor Murad Gəray bəy Tlexas, İbrahim ağa Usubov və s. güllələnməsi, general-mayor Cavad bəy Şıxlınskinin və s. xarici dövlətlərə mühacirətə getməsi haqqında məlumatlar öz informativliyi ilə maraq doğurur.
Adları çəkilən publisistik məqalələrdə müəlliflər törədilən qırğınlarda əsas məqsəd “Böyük Ermənistan” dövləti yaratmaq siyasətinin durduğunu aydınlaşdırırdılar. “Böyük Ermənistan” siyasətinin uydurma olduğunu real faktlara və mənbələrlə sübuta yetirməyə çalışan görkəmli tarixçimiz, AMEA-nın müxbir üzvü Yaqub Mahmudlunun elmi qənaətləri öz əksini tapmışdır: “Min təəssüflər olsun ki, böyük dövlətlər öz siyasi maraqları naminə ermənilərdən bir vasitə kimi istifadə etmək üçün “Böyük Ermənistan” uydurmasından həmişə məharətlə istifadə etmişlər. Xaricdən verilən vədlərdən çirniklənən və “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər isə bi siyasətin yedəyində gedərək Türkiyə, Azərbaycan və Gürcüstandan ərazilər qoparmaq üçün XIX əsrin əvəllərindən başlayaraq Azərbaycana, Şərqi Anadolu və Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər-kütləvi qırğınlar, soyqırımları törətmiş, deportasiyalar həyata keçirmişlər” (Mahmudov Yaqub. Real tarix və “Böyük Ermənistan” uydurması.Bakı, Turxan NPB, 2014, s.125-126).
İllər ötdükdən sonra ermənilərin xalqımıza törətdiyi soqırım siyasəti ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə öz siyasi qiymətini aldı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. “1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı cinayətkar hərbi əməliyyat həyata keçirildi. Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı, SSRİ rəhbərliyinin Azərbaycan xalqı barəsində apardığı qərəzli siyasətə, yerli rəhbərliyin sazişçilik, əslində isə xəyanətkar fəaliyyətinə qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir sıra rayonlarına qanunsuz surətdə sovet hərbi hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 137 adam öldürüldü və 612 nəfər yaralandı” [Mehdiyev Ramiz. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri.Bakı, Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsi, 2000, s. 11].
Tarixin bu dəhşətli faciəsi Azərbaycan publisistlərində siyasi hadisələrə qarşı operativ maraq və münasibət oyatdı. Çünki “bədii-publisist yaradıcılıq sənətkardan qələmə aldığı mövzu-problemlə bağlı reallıqları konkret şəkildə ifadə etməyi, hadisələri, situasiyaları canlı, xarakterik fakt, ad, ünvanlarla, elmi-məntiqi dəlil və sübutlarla əks etdirməyi tələb edir. Bununla belə, yazıçı-publisist öz yaradıcılıq vəzifəsini dil, üslub, süjet, kompozisiya baxımından özünəməxsus bir ustalıqla, obrazlı şəkildə yerinə yetirməli, bədii sözün gücündən məharətlə istifadə edərək emosional təsir oyatmağı bacarmalıdır” [Ədəbi proses 2013.Bakı:Hədəf nəşrləri, 2014, s. 161].
Xalqımız müstəqilliyini bərpa etdikdən sonra “Azərbaycan” ədəbi-bədii jurnalının bütün nömrələrində (əsasən hər il dərc olunan ilk nömrəsində) Qanlı 20 Yanvar faciəsi öz əksini tapmışdır. Musa Mərcanlının “Təcavüz”, İsa İsmayılzadənin “Üç il də belə gəlib keçdi..”, “Gözü yolda qalan şəhid ruhları”, “Şəhid ucalığı”, Faiq Balabəylinin “Dəryada gəmim qalıb”, Tofiq Abdinin “Dövlət çevrilişi”, İntiqam Qasımzadənin “Narahat ruhlar”, “Şəhidlik mək¬təbi”, Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” və s. publi¬sitik məqalələrində azərbaycanlılara qarşı törədilən Qanlı Yan¬var soyqırımı müəlliflərin iştirakçısı, şahidi olduqları hadisələr fonunda öz əksini tapmışdır. Bu publisistik məqalələrdə xarakterlərin daxili aləmlərinin açılmasına xidmət edən konflikt, süjet və obrazların təsviri yox, faciəyə qarşı müəllif obrazı, müəllif emosional hissi ifadəsinin təsir gücü daha çox öndədir. Adı çəkilən publisistik məqalələrdə faktoqrafiyaya meyillilik daha çox müşahidə olunsa da, fəlsəfi düşüncə, müla¬hizələr, analogiyalara da yer verilmişdir.
Musa Mərcanlının “Təcavüz” publisistik məqaləsində müəllif bir publisistdən çox tarixçi kimi çıxış edərək qısa xroni¬kalarla 20 Yanvar faciəsinin tarixi köklərini, tö¬rədilmə səbəblərini araşdırır, proses¬ləri analitik təhlil süzgəcindən keçirdikdən sonra sübuta yetirir ki, 1988-ci ildə Dağlıq Qarabağ Muxtar vilayə¬tinin Ermə¬nistana birləşdirilən zaman Sovet dövrünün təşviqatçılıq, təbliğatçılıq prinsipinin təsiri altında fəaliyyət göstərən Azərbaycan mətbuatı ictimaiyyətimizdə baş verən siyasi proseslərdən xəbərsiz buraxmışdı: “Ermənilər qan-qan deyən vaxt nə dostluq? Azərİnform xüsusilə canfəşanlıq edir. Məlumat yayır ki, Qorbaçovun müraciəti hər yerdə, həm də ermənilərin arasında böyük razılıqla qarşılanmışdır.” [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8, s. 170].
Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanların “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə hələ o zamandan cəsarət etmirdi.
Publisist Musa Mərcanlı məqalədə Dağlıq Qarabağın Azərbaycandan verilməsi xəbərinin mətbuatdan gizlədilməsi, kütləni siyasi baş verən informasiyalardan məhrum olması kütləvi qırğınların baş verməsinə səbəb olan amil kimi dəyərləndirir: “”Moskovskie novosti” qəzetinin 14-cü nömrəsində A.Saxarovun məqaləsi çıxır. Məqalədən belə aydın olur ki, hörmətli akademik DQMV-in Ermənistana birləşdirilməsi üçün heç də ermənilərdən az çalışmır.
Bakı qəzetləri hələ dostluqdan dəm vurur... [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8,, s. 172]”
Hətta bəzən xalq kütəsinin informasiyadan məhrum olması bir yana, fiziki təcavüzə məruz qalması publisisti olduqca dərindən sarsıdır. Öz söz silahını səbəbkarlarına qarşı yönəldir: “Sentyabrın 22-də hadisələrdən, informasiya qıtlığından cana doymuş bir qrup adam Bakıda-Dənizkənarı parkda dinc yürüş keçirmək istəyib. Azərbaycan SSR DİN xəbər verir ki, milis işçiləri yürüşü “uğurla dəf etmişdir”. Bərəkallah, DİN! Bakıda 20 nəfərə qarşı bu cür uğurlu əməliyyat keçirirsən, amma Stepanakertdə qayda-qanun yarada bilmirsən. Gərək tarixə düşə sənin bu “operasiyan” [Mərcanlı Musa. Təcavüz // Azərbaycan, Bakı, 1991, №8, s. 176] ”
İsa İsmayılzadənin bədii publisistik janrda qələmə aldığı “Üç il də belə gəlib keçdi..”, “Gözü yolda qalan şəhid ruhları”, “Şəhid ucalığı” publisistik məqalələrində müəllif sanki şəhidlərin gözü önündə xalq tribunasında çıxış edir. 20 Yanvar faciəsinin rəhbər vəzifə tutan erməni cinayətkarlarının cəzasız qalması müəllifi daha çox düşündürsə də, xalqın qəhrəmanlıq yaddaşı, əzmkarlığı, mübarizliyinə qarşı olan sonsuz inam qələbəyə doğru nikbin ümidlərini sarsıtmır. Bəzən publisistin bu adı çəkilən mə¬qalələrində pessimist bir ruh duyulsa da, xalqımızın milli yaddaşına qarşı olan arxayınlıq hissi onun gələcək qələbəsinə böyük ümidlər oyadır: “HEÇ VAXT qaysaq bağlamayacaq yaralarımız o gecədən üzü bəri baxışımızda, ürəyimizdə, qan yaddaşı¬mızda, torpağımızın hər qarışında göyüm-göyüm göynədikcə, bir balaca təsəllidən toxtaqlıq tapırıq: tarix boyu itirə-itirə gələn, qanı su ilə yumağa adətkər olan bir xalqın indi müqəddəs and yeri var-onu həmişə səfərbər eləməyə, Vətən hissini, qeyrət hissini başı üstündə bayraq kimi qaldırmağa gücü çatan müqəddəs qəbir¬lər var, ŞƏHİD QƏBİRLƏRİ! Özü də, şəhərin ən uca, ən görümlü yerində..” [İsmayılzadə İsa. Şəhid ucalığı //Azərbaycan, Bakı, 2010, №1,, s. 3].
Baş verən gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli özünüdərkində, milli ruhunun oyanışında, həmçinin bədii-fəlsəfi, poetik fikir tariximizin inkişafında özünəməxsus xidmətləri olan, əsərlərini böyük vətəndaşlıq narahatlığı ilə qələmə alan xalq şairi Bəxtiyar Vahab¬zadə xalqımıza qarşı törədilən ağır genosid siyasətinə hiddətli etiraz səsini qaldırdı. Siyasi proseslərə ayıq münasibət bildirən, ötən əsrin 50-ci illərindən qələmi ilə mübarizə aparan, ən yüksək kürsülərdə, Azərbaycan SSR Ali Sovetinin sessiyalarında öz sözünü deməkdən çəkinməyən, döyüşən şair, publisist Bəxtiyar Vahabzadə baş verən faciələrə qarşı hiddətli münasibətini 1990-cı ildə yazdığı “Şənbə gecəsinə gedən yol” məqaləsində qəzəbli şəkildə bildirdi.
B.Vahabzadə erməni genosidinin tarixi köklərini araşdırıb onun ideoloji yönlərini, istiqamətlərini həmin adı çəkilən məqalədə oxucusuna böyük vətən yanğısı ilə çatdırdı. Erməni lobbisinin dəstəyi ilə bütün dünya mətbuatında çıxış edərək 1988-ci ildən bu yana azərbaycanlılara qarşı törətdikləri müsibətlərin üstündən xətt çəkib ədalətin xilafına çıxaraq bizi “vəhşi”, “mədəniyyətsiz” millət adlandırıb özlərini “əzilən xalq” kimi qələmə verən ermənilərə qarşı sonsuz qəzəbini publisist bu əsərində açıq şəkildə, böyük cəsarətlə bildirdi. Çünki sərt senzura nəzarəti, mətbu orqanlara “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi o dövrdə çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Ancaq “Azərbaycan” jurnalının 1990-cı il 9 və 10-cu saylarında çap olunan “Şənbə gecəsinə gedən yol” məqaləsində müəllif 20 Yanvar faciəsinin yüzlərlə dəhşətli epizodları fonunda sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi genosid aktını ifşa etmişdir. Müəllifin genosid barədə informasiyası müşahidə etdiyi, şahidi olduğu hadisələr, gündəlik izlədiyi mətbuat orqanlarından qaynaqlanırdı. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, B.Vahabzadə bu əsəri qələmə alan zaman hələ xalqın taleyinə qara hərflərlə yazılacaq Xocalı soyqırımından, itiriləcək Azərbaycan torpaqlarından xəbərsiz idi.
Genosidə tarixilik aspektindən yanaşan B.Vahabzadə öz xalqının başına gətirilən dəhşətli faciəni araşdıran zaman şəxsi mühakimələrində genosidi mənəvi və fiziki adlandırmaqla iki yerə ayırır. Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımıza qarşı yürüdülən hiylə, böhtan dolu yazılara etiraz edən, erməni və erməni yönlü mətbu informasiya mənbələrinə qarşı müqavimət göstərməyə çalışan, xarici mətbuatın bizə qarşı çıxışlarına vaxtlı-vaxtında layiqli cavab verən B.Vahab¬zadənin ruhunu mənəvi genosid daha çox sarsıdırdı. Ancaq o, ermənipərəst çıxışlarla mətbuatda iştirak edənlərə, erməni əhalisini açıq-aşkar azərbaycanlılara qarşı qoyanları, milli münaqişənin gedişinə göz yumanları görəcək qədər ayıq, ona qarşı dayanan qüvvələr içərisində belə baş verən prosesləri oxucusuna çatdıra biləcək qədər cəsarətli qələm sahibi idi. Əsərdə mənəvi genosid tarixi saxtalaş¬dıran, Qafqazda əsassız ideoloji bünövrə yaratmağa çalışan ermənilərin uzun illərdən bəri bizə qarşı yürütdükləri məkrli məqsədlərinin məcmusunu təşkil edir. Mənəvi genosidin gücləndiyi vaxta təsadüf edən yenidənqurma və aşkarlıq dövrünün “geniş imkanlar” açdığı bir zamanda ermənilər üçün öz mənfur niyyət¬lərini açıq şəkildə ifadə etməyə münbit zəmin yarandı. Mənəvi genosidin əsas hissəsini təşkil edən ekoloji genosid anlayışının mahiyyətini aydınlaşdıran publisist vaxtilə xalqın böyük səadəti kimi qələmə verilən “ölü zona”ya çevrilən Sumqayıt zavodları, zəhərli dərmanlarla yetişdirilən pambıq əkinini göstərərək səbəbkarları Moskvadan alqışlar qazanmaq üçün çalışan öz rəhbərlərimizi də bu hadisədə qınayır: “Yenə plan xatirinə məktəbli balalarımızı pambıq tarlalarında min cür əzab-əziyyətə qatlaşmağa məcbur etmək, ilin dörd-beş ayını təhsildən məhrum etmək mənəvi genosid deyilmi? “Genosid” deyəndə ağzına çullu dovşan sığışmayan, vay-şivəni ilə dünyaya səs salan qonşularımız bəs bizim genosidi niyə görmürlər? Niyə SSRİ-də yaşayan xalqlar içərisində yalnız türkdilli xalqlar pambıq əkib-becərməlidir” [Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s.13].
Vahid ideoloji konsepsiyanın olmadığı 1990-cı illərdə mənəvi ge¬nosidə qarşı cəsarətlə mübarizə aparan, xalqın milli heysiyyətini tapdalayanlara qarşı etiraz səsini ucaldan B.Vahabzadə X.Rzanın, A.Zamanovun və başqalarının cəzalandırılmasını böyük təəssüf hissi ilə qeyd edir, oxucuda vətənpərvərlik, təəssübkeşlik hissini daha da artırırdı.
Azərbaycanın çətin iqtisadi şəraitində 250 min köçkünün Türkiyə Bolqa¬rıstanın¬dan, 40 min məhsəti türkünün Özbəkistandan ölkəmizə köçürülməsi xalqımızın assimilyasiyaya uğraması məqalədə mənəvi genosidin örnəklərindən biri kimi diqqəti cəlb edir. “Şənbə gecəsinə gedən yol” məqaləsində Moskva tərə¬findən Azərbaycanın siyasi səhnəsindən sıxışdırılması, kölgədə saxlanılması, ancaq ermə¬nilərə yüksək maddi və mənəvi imtiyazların tətbiq olunması bizə qarşı qərəzli, ayrıseçkili münasibət kimi mənalandırılır. Mənəvi genosidin daha çox dərinləşməsinə səbəb olan amil isə xalqımıza qarşı səsləndirilən “vəhşi”, “genosid cəlladları” kimi təhqirləri qarşısında öz rəhbərlərimizin susmaq mövqeyini tutması¬dır.
B.Vahabzadə əsərdə 1918-ci ildə Azərbaycanda törədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız S.Şaumyan, onun havadarı S.Lalayanı lənətləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdırmaq cəhdləri, xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qarbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çə¬kinmirdi. Publisist faciənin səbəbkarlarını aydın şəkildə görür: “Bizə çoxdan məlumdur ki, başımıza açılan bu oyunlar təkcə balaca xalqın, erməni lobbisinin işi deyil. Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən M.S. Qarbaçov özü durur” [Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı, 1990, №9, s. 17].
Genosidin arxasında dayanan əsil həqiqəti araşdıran publisist gəldiyi qənaətləri tarixi faktlar əsasında təsdiq edir. Baş verən siyasi proseslərə ağlın, məntiqin gözü ilə baxan B.Vahabzadə bu doğru qənaətini tarixşünaslığımızda öz əksini tapan faktlarla müqayisə etdikdə publisitin düzgün qərar verdiyinin şahidi olarıq: “Və əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqa¬nıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, Azərbaycandakı sovet hərbi hissə¬lərində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki «zəngin» tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı” [6, s.4].
B.Vahabzadə əsərdə Azərbaycan xalqını nahaq günahlandıranlar, Qarabağ hadisələrini 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərlə əlaqələndirənləri sorğu-suala çəkir, haqlı olaraq onları ittiham edir: “Bəs Xocalı faciəsindən niyə danışmırsan? Bəs Ermənistanın Quqark rayonunda 12 nəfər azərbaycanlının başının kəsilib yandırılmasından niyə danışmırsan? Sumqayıt hadisəsinin genosid hesab edən cənablar vaxtilə Ermənistan əhalisinin 43 faizinin azərbaycanlılar oldu¬ğu halda, bu gün orda bir nəfər də azərbaycanlının qalmasını niyə genosid adlandır¬mırlar? Niyə bu faktı danırlar ki, Ermənistandan qovulan zaman öldürülən azərbaycanlıların sayı Sumqayıtda öldürülən ermənilərin sayından on qat çoxdur” [Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı, 1990, №9, s. 24-25].
Publisist ermənilərin mənəvi genosid iddialarına məhəl qoymur. B.Vahabzadənin genosidi əyani faktlardan çıxış edərək canlandırmaqda əsas məqsədi xalqın milli şüur və düşüncə tərzinə təsir etmək, milli yaddaşı dirçəltmək, geniş oxucu kütləsi arasında azadlıq, müstəqillik toxumu səpmək, fiziki genosidi təsvir etməklə məqsədi cinayətkarları ittiham etmək, meydan oxumaqdır. Bəxtiyar Vahabzadə qarşı düşmən tərəfin tarixini, keçmiş mənfur siyasətini anlayacaq qədər ayıq düşüncə sahibi idi.
Onun genosid yaddaşı ötəri, keçici deyil, bu yaddaş özündə milliliyi və həqiqəti əks edən bədii ruhu, mənəvi özünəməxsusluğu yaşadır. Genosidə qarşı nifrətli emosiyalarla çıxış edən publisist bütün diletant yanaşmalar, böhtanlar içərisində ictimai mezaxizm xəstəliyinə tutulan ermənilərə qarşı millətin yeganə çıxış yolunu öz gedəcəyi yolda qibləsini düzgün təyin etməkdə, Azərbaycan xalqının milli istiqlal mübarizəsinin mənəvi-ideoloji hazırlıq mərhələsində görürdü. Əsrlərdən bəri dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan, dünya xəzinəsinə Ü.Hacıbəyov, Niyazi, Nizami, Füzuli kimi böyük simalar bəxş eləmiş milləti “vəhşi”, “qeyri-mədəni” adlandırmaqla törətdikləri cinayətləri ört-basdır edən erməniləri publisist kəskin şəkildə ifşa etmişdir.
Ancaq emosiya ilə məntiqin sərhədini çətin müəyyənləşdiyi “Şənbə gecəsinə gedən yol” məqaləsində publisist qanlı faciənin törədildiyi şənbə gecəsindən sonra millətinin bu ağır baryerlər qarşısında qələbəsinə qarşı əminlik hissi oyadır. B.Vahabzadə qəzəbini tək qələmi ilə bildirmir, o dövrdə siyasi proseslərə müdaxilə etmiş, bir neçə ziyalı şəxslərlə birlikdə Qırmızı Ordunun Bakıdan çıxarılmasını Azərbaycan SSR Ali Sovetindən tələb etmiş, öz qəzəb və hiddətini M.Qarbaçova göndərdiyi teleqramda da açıq bildirmişdir: “Xalqımın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram” [Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s. 15].
Xalq şairi emosional ifadələrlə oxucuda tarixi prosesə, siyasi hadisələrə qarşı fikir formalaşdırır, analitik təhlili polemik keyfiyyətlərlə zənginləşdirir. B.Vahab¬zadə əsər boyu xal¬qına doğru yönələn tarixin səhnə ekranından üsyankar hiddətini, cavabını bədii suallarla kütləyə aydınlaşdırmağa çalışır: “Nə idi çiçəyi burnunda ölən yeniyetmələrimizin, torpağımızın bütövlüyünü qorumaq istəyən cavanlarımızın, qız-gəlinlərimizin günahı? Vətən torpağını sevmək, onu qorumaq istəmək haçandan günah hesab olunmuşdur? 40-45 il bundan əvvəl indi sizin əlinizlə şəhid düşən bu gənclərin ata-babaları məgər rus torpağı yolunda öz canlarından keçməmişdimi? Ata-babaların o zaman sizə göstərdiyi o xidmətin, fədakarlığın cavabını beləmi qaytararlar ey nankorlar? 200 ildir mən sənin qulun oldum, nökərin oldum, gün çıxandan gün batana qədər mən sənin üçün əlləşdim, sənə canım və qanım bahasına neft verdim, pambıq verdim, taxıl verdim özüm becərdiyim məhsulu özüm sənə göndərdim. Sən mənim hesabıma dünyanın ən qüdrətli dövləti oldun, dünyaya meydan oxudun, ölkələrə hədə-qorxu gəldin, indi bu idi mənim yaxşılıqlarımın əvəzi? Biz bu sitəmi götürdük, Allah götürməsin!” [10, s. 11-12]. “Bu suallar isə xalqının, bəşəriyyətin dünyanın dərdləri ilə yaşayan sənətkarın fəlsəfi düşüncələrinin, narahat duyğularının əks sədasıdır” [Gündoğdu Bayram. Bəxtiyar Vahabzadənin publisistikası: filologiya üzrə fəlsəfə dok. Dissertasiyasının avtoreferatı, Avtoreferat, Bakı, 2010, s.4].
AMEA-nın müxbir üzvü Nizami Cəfərov “Azərbaycan” jurnalının 2000-ci il 8-ci sayında nəşr etdirdiyi “Millət şairi, yaxud B.Vahabzadə fenomeni” məqaləsində yazırdı: “Bəxtiyar öz böyük poeziyası, müdrik fəlsəfəsi, coşğun publisistikası üçün birinci növbədə narahat ehtiraslarına borcludur, narahat ehtiraslar insanı dağa-daşa sala bilər, onu “normal” həyatdan məhrum edər, ancaq həmin insanı, hər necə olursa-olsun, nəticə etibarilə həqiqətin astanasına gətirib çıxarır.” [Nizami Cəfərov. Millət şairi, yaxud B.Vahabzadə fenomeni. //Azərbaycan, Bakı, 2000, №8, s.39].
Böyük həqiqətə sədaqətlə xidmət edən B.Vahabzadə məqalədə faktların mahiyyəti, özünəməxsus keyfiyyətləri, çevrəsi və analogiyaları, bədii suallarla açılır, dəyərləndirilir. Təhlil etdiyi hadisə və faktın gerçəkliyə uyğunluğu aydınlaşır. Bəzən təhlil dərinləşdikcə, faktın ümumiləşdirmə miqyası da böyüyür. Genosidin mahiyyətini aydınlaşdırmaqdan ötrü publisistin tez-tez səsləndirdiyi suallar onun siyasi və elmi hazırlığını, polemika ustalığını, kəskin məntiqini, inandırma qüvvəsini sübuta yetirir. O, mətbuatda əsassız dəlillərlə çıxış edən ermə¬ni genosid cəlladlarına cavab vermək, susdurmaq istəyi müəllifin əsərin sonuna kimi rahat buraxmır. B.Vahabzadə 20 Yanvar faciəsinin dəhşətli epizodlarını deyil, daha çox onun arxasında duran genosid aktını həyata keçirən məkrli məqsədləri məntiqi inandırma yolu ilə ifşa etmişdir.
Milli oyanışımızda, milli dirçəlişin xalq ruhuna yol tapmasında, “insanlardakı buz bağlamış vicdanların” donunu açmaqda, yatmış ruhlarda itib-batmış milli qeyrətin tapılma¬sında, soydaşlarımıza xalqın keçmişini, kökünü anlatmaqda” böyük rolu olan B.Vahabzadənin genosidə qarşı fəal publisistik kəsər və prinsipial vətəndaşlıq mövqeyi məqalədə aydın bir şəkildə görünməkdədir. Ona görə də milli özünüdərkin ilkin rüşeymlərini ədəbiyyatımıza gətirən, qan yaddaşımızın bərpasında xüsusi rolu olan Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə gedən yol” məqaləsi tarixşünaslığımızda, ədəbiyyatşünaslığımızda, publisitikamızda tədqiqata cəlb olunub erməni soyqırımının araşdırılması baxımından əhəmiyyət kəsb edir.
Maraqlı informativ xarakteri ilə seçilən Faiq Balabəylinin “Dəryada gəmim qalıb” məqaləsi 20 Yanvar hadisələrinin iştirakçısı olan dənizçilərin müsahibələrindən toplanmışdır. Bakıdakı qırğınların qarşısını alan Xəzər Neft Donanmasının dənizçi qəhrəmanları müxtəlif təqiblərə məruz qalsalar da, gəmilərin “SOS” siqnalı ilə dünyanın 50-dən çox ölkəsinə faciəmizin səsini bəyan etmişdilər.
Əvvəldə sadalanan publisistik məqalələrdə publisistlərimiz bəzən “20 Yanvar gecəsi olmaya bilərdimi?” sualına cavab ax¬tar¬mağa çalışmışdılar. Daha çox emosiya ilə hərəkətə keçən xalqın vahid idaredici qüvvəsinin olmadığını qeyd edən İntiqam Qasımzadə “Narahat ruhlar” məqlaəsində bu sualı belə cavablandırır: “20YANVAR gecəsi qurbansız keçinmək olmazdımı?! - məzəmmət və ittiham dolu bu sual sonralar tez-tez eşidilirdi; ara söhbətlərində də, ali məclislərdə də. Əlbəttə başa düşüləndir, itkiləri¬mizə görə keçirdiyimiz sarsıntıdan doğurdu bu sual. Lakin gəlin hissə qapılmayaq, yaxın keçmişə müraciət edək: Macarıstan və Çexoslavakiya hadisələrini xatırlayaq. Məgər həmin ölkələrdə də-birində çox, birində az-qan tökülməmişdimi?!” [Qasımzadə İntiqam. Narahat ruhlar. //Azərbaycan, Bakı, 2010, №1, s.4].
Faciənin törədildiyi gün Azərbaycan dənizçilərinin şücaətindən bəhs edən publisist Faiq Balabəyli respondenti o zamankı Xəzər Neft Donanmasının rəisi işləmiş Yaşar Cabbarovla pardığı müsahibəsində yazırdı.“Yanvar faciəsi olmaya bilərdimi? Birmənalı şəkildə deyim ki, bu hadisə gec-tez olmalı idi. Ola bilsin ki, gecikəydi bu hadisə, amma mütləq olacaqdı. Çünki çürüməkdə olan, özülü çat verən, imperiya son gücünü toplayıb nə isə etməli, çabalayıb yaşamaq eşqini büruzə verməli idi. Çünki imperiyanın son nəfəsi idi. Pribaltika respublikalarının, onlardan qabaq Qazaxıstan olaylarının məntiqi davamı kimi də başa düşmək olar Bakı qırğınını” [Balabəyli Faiq. Dəryada gəmim qalıb. //Azərbaycan, Bakı, 2004, №1, s. 8]”.
Vahid ideologiyanın olmadığı, lakin böyük qəhrəmanlıq keçmişə malik olan xalqın düşmən qarşısında nümayiş etdirdiyi birliyi, böyük əzmkarlığı publisistlərin yaradıcılıqlarında böyük fərəh hissi ilə qeyd olunmuşdu: “Uzun illər azadlıq mücadiləsini yadırğamış xalqımız QAN YADDAŞının fəhmi ilə ayağa qalxmışdı, qollarındakı buxovdan qurtulmaq istəmişdi və olduqca yırtıcı, son dərəcə amansız düşmənlə üz-üzə gəlmişdi. Onu irəli aparan azadlıq eşqi, müstəqillik yanğısı idi;məhz müstəqillik yanğısı. Təcrübə isə yox idi. Fəhlə, kəndli, müəllim, elmi işçi, mühəndis, yazıçı, müəllim, tələbə, bir sözlə cəmiyyətin bütün təbəqələri ayağa qalxıb minbir fitnə ilə torpaqlarımızı ermənilərə satan imperiya dəllallarına: “Yox!”-deyirdi” [Qasımzadə İntiqam. Narahat ruhlar. //Azərbaycan, Bakı, 2010, №1, s. 3].
Milli şüurun güclənməsində böyük rolu olan, həqiqətpərəstliyə sadiq, 20 Yanvar faciəsinin ağrılarınını, kədərini dərindən duyan B.Vahabzadə publisist B.Vahabzadə gərgin siyasi burulğanların içərisində “Şənbə gecəsinə gedən yol” məqaləsində xalqın əzmkarlığına, mətanəti qarşısında səcdə edir: “Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz.
Ey mənim dözümlü xalqım, görə bilmədiyiniz, qiymətləndirə bilmədiyimiz ürəyinə, bu ürəkdə yatan namusuna, qeyrətinə qurban olum!Sən nə qədər böyüksənmiş!”[10, Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, s. 20].
20 Yanvar faciəsi ilə bağlı yazılan publisistik məqlalələrdə bəzən adı çəkilən faciə ilə bağlı gələcək proqnozlar da verilir. Həmin proqnozlarda qəlbi vətən yanğısı ilə döyünən İsa İsmayılzadənin nikbin ümidləri “Gözü yolda qalan şəhid ucalığı”, “Üç il də belə gəlib keçdi..” məqalələrində xüsusi vurğulanır: “Zaman hər şeyə məlhəm qoyur. Hər ağrı-acını ovudur, unutdurur-deyirlər. Amma 20 Yanvar faciəmiz heç cür ovudulan, ovunan deyil-dünyanın bütün loğmanlarını məlhəmlərini bir yerə yığsan belə...” [İsmayılzadə İsa. Gözü yolda qalan şəhid ruhları. //Azərbaycan, Bakı, 1997, №1-2, s. 4]; “Nə qədər ki, müqəddəs torpaqlarımız var, nə qədər ki, yağı düşmənlərimiz bölgələrimizdə, onun sinirlərində at oynadır-and yerlrimizin çoxalacağına hazır olmalıyır...
Şəhidlərimizin ruhunu sevindirəcəyimiz günü necə böyük intizarla gözlədiyimizi ifadə eləməyə sözün gücü çatmaz” [İsmayılzadə İsa. Üç il də belə gəlib keçdi... //Azərbaycan, Bakı, 1993, №1, s. 4].
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı Soyqırımı Nurəddin Qənbərin “Gözün aydına Bakı, Xocalı Bakıya gəlir” (“Azərbaycan”, 1999, №6) məqaləsində yer almışdır. Əsərdə qəhrəman hadisələri yaşayıb nəql edən müəllifin özüdür. Müəllif Xocalının yerlə yeksan olunmasının səbəbkarı kimi mövcud müharibə şəraitindən şəxsi qazancları üçün istifadə edən, vətəndaşlıq hislərindən məhrum olmuş dövlət məmurlarında görür. “Böyük qardaşımız”ın verdiyi vertol¬yot Xocalıya enə bilmədi. Bakı Xocalıya gedə bilmədi, Xocalı Bakıya gəlir, gözün aydın Bakı! Ona görə ki, aşağıda “Böyük qardaşımız”ın 366-cı alayı fəsad qurubmuş, ona görə ki Gəncədəki rus polkovniki ilə 366-nın polkovniki öz aralarında razılaşıblarmış. Ona görə ki, Ağdamdakı bir-biriylə didişən, dartışan bölük-bölük dəstələrin özbaşınalıq edən nadan başçılarının sözləri bir-birinə düz gəlmirdi” (Nurəddin Qənbər. Gözün aydın Bakı, Xocalı Bakıya gəlir... //“Azərbaycan” jurnalı, № 6, 1999, s.155).
Real tarixi faktlardan çıxış edərək erməni yalanlarına qarşı mübarizə müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edir. Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 1918-1920-ci illər soyqırımı, 20 Yanvar faciəsi, Xocalı soyqırımı milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi. Milli yaddaşımızda əbədi həkk olunan bu qanlı faciələr üzərindən illər ötsə də, öz tarixi tipologiyasını qoruyub saxlayacaq, publisistik məqalələrdə böyük kədər, qürur, şərəf hissi ilə xatırlanacaq, gələcək nəsillər dəhşətli soyqırımlardan nəticə çıxarıb Azərbaycan ədəbiyyatını orijinal və sanballı əsərlərlə zənginləşdirib bütün dünyaya tanıdacaqdır.

Bugünlərdə Türk Dünyası Bakı Atatürk Liseyi, "Müasir İnkişaf" İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi "Türk Keneşi: görülmüş işlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirilib. Konfrans 2009-cu ildə yaradılmış və qərargahı İstanbulda yerləşən Türk Konseyi - Türk Keneşi - Türk Şurası adlandırılan və dörd türk dövlətini (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) sıralarında birləşdirən beynəlxalq təşkilatın gördüyü işlərə həsr olunmuşdu. Konfrans eyni zamanda türk dövlətlərinin inteqrasiyası istiqamətində görülən işlərin təhlilinə, bununla bağlı yaradılmış qurumların tanıtımına da həsr olunmuşdu.
Konfransı giriş sözü ilə "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev açaraq Türk Keneşi ilə bağlı qısa məlumat vermişdir. O, hazırkı dövrdə Türk Birliyinin çox vacib olduğuna diqqət çəkərək bu istiqamətdə görülən işlərə əstək olmağın əhəmiyyətini önə çəkib. A.Vəliyev türk dövlətlərinin inteqrasiyasını dəstəklədiklərini, dövlət başçılarını gördükləri işləri təqdir etdiklərini də açıqlayıb.
Daha sonra çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü slaydlı təqdimat etmişdir. O, Turan anlayışının, türkçülük hərəkatının romantik dövrlərindən başlayaraq dövlətlərin və siyasətçilərin fəaliyyət göstərdiyi müstəviyə qədər gəlib çıxdığını vurğulayıb. M.Göyüşlü Osmanlıda, Qafqazda, Krımda, Türküstanda klassiklərimizin göstərdikləri fəaliyyətlərə, daha sonra müstəqil türk cümhuriyyətlərinin qurulmasına toxunaraq Sovet imperiyasının bu prosesi yarımçıq kəsdiyini açıqlayıb: "Müstəqillik qazandıqdan sonra türk dövlətləri və muxtar toplumları inteqrasiya istiqamətində addımlar atdılar, türk dövlət başçılarının zirvə sammitləri keçirildi. Bunun nəticəsi olaraq başda Türk Keneşi olmaqla TÜRKSOY, Türk Parlamenti və s. vacib qurumlar yaradıldı". Birlik sədri hər il 3 oktyabrda keçirilən Dünya Türklərinin Həmrəylik Günü, Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili, Ortaq Türk Tarix və Ortaq Türk Ədəbiyyat kitabları ilə bağlı da fikirlərini çatdırıb. O, son günlər erməni hərbi birliklərinin Azərbayacan hücumunu, Türkiyədki terror hadisələrini və s. misal göstərərək hərbi birliyin akual olduğunu qeyd edib. M.Göyüşlü bu birliklərin iqtisadi və hərbi münasibətlrlə daha da sıxlaşdırılacağına və dünyaya sülh, barış gətirəcəklərinə əminliyini ifadə etdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev çıxış edərək türk ölkələrinin birliyinə aparan məqamlardan danışıb. O, bununla bağlı yazdığı kitabdan mühüm məqamları iştirakçıların diqqətinə çatdırıb. D.Vəliyev türk birliyində iqtisadi məqamların mühüm faktor olduğuna diqqət çəkərək görülmüş işləri yüksək dəyərləndirib.
Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Yıldırım birlik məsələsində mədəniyyət amilinin çox mühüm yer tutuduğunu vurğulayıb. O, təmsil etdiyi qurum haqqında fikirlərini söyləyərək dünyanın bir çox ölkəsində fəaliyyət göstərdiklərini deyib. İ.Yıldırım hazırda yeni ofisdə fəaliyyətlərinə davam etdiklərini deyərək hər kəsi əməkdaşlığa dəvət edib. Onun sözlərinə görə Yunus Əmrə İnstitutunun mədəniyyət sahəsində gördüyü işlər də türk ölkələrinin mədni birliyində mühüm rol oynayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Qərb ölkələri ilə ünsiyyətdə dünyaya incilər bəxş etmiş türk böyüklərinin gördüyü işləri təqdim etməyi vacib sayıb. Onun sözlərinə görə avropalılara Nizami Gəncəvi, Yunus Əmrə, Mövlanə, Füzuli və s. haqqında fikirlər söyləməklə, onların çalışmalarından bəhs etməklə daha geniş işlər görmək olar.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov hazırda Ortaq Türk Tarxi kitabının yazıldığını qeyd edib: "Mənə həvalə olunan Qacarlarla bağlı bölüm olub, mən də onu yazıb təhvil vermişəm". H.Həsənov TurkuAz hərbi təlimlərinin gələcəkdə qurulacaq türk hərbi birliyinin əsası olacağına inandığını dilə gətirib.
Türkiyə Səfirliyinin təhsil müşavirliyinin əməkdaşı İdris Göbütoğlu hazırkı dönəmdə mövcud olan bəzi məqamlarla bağlı tənqidi qeydlərini bildirib. O, türklərinin assimliyasiya olunmağa meyilli olmalarından narahatlığını ifadə edib. İ.Göbütoğlu üzünü tələbə gənclərə tutaraq onları çoxlu mütaliə etməyi və öz üzərində çalışmağı tövsiyyə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov gənclərə bir sıra tövsiyyələr verib. O, milli-mənəvi dəyərləri yaşatmağı, milli və dini kimliyi əsas tutmağı, oxumağı və ictimai fəaliyyətdə aktiv olmağı vacib məqam kimi qeyd edib. A.Eyvazov Azərbaycan dövlətini və digər türk dövlətlərini qorumağın türk gəncliyinin mühüm vəzifəsi olduğunu söyləyib.
Azərbaycan Texniki Universitetinin tələbəsi Əjdər Babayev bu cür tədbirlərin önəminə diqqət çəkib və gələcəkdə də onların müntəzəm şəkildə keçiriləcəyinə ümid etdiyini vurğulayıb.
Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim Türk Dünyasının örnək şəxsiyyəti Turan Yazqanı hörmətlə anaraq onun qurduğu liseyin Azərbaycanda ilk olduğunu və 1992-ci ildən bu günə qədər çalışmalarına davam etdiyini söyləyib. O, ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin qurucusu olan Mustafa Kamal Atatürk haqqında fikirlərini bölüşüb.
Sonda tədbir iştiakçılarının Türk Keneşinə müraicəti oxunub, təklilfər səsləndirilib.
Novruz (YeniGün) Bayramı ərəfəsində baş tutacaq tədbirin sonunda “Novruz çiçəkləri”nin imza günü keçiriləcək
 

Martın 18-də (saat 14.00) Azərbaycan Yazıçılar Birliyinin NATAVAN Klubunda “İraq-Türkman Ədəbiyyatı” mövzulu konfrans düzənlənəcəkdir. Konfransı “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu“ İctimai Birliyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkil etdiyi, İraqdan Dr. Mustafa Ziya və Dr. Şəmsətdin Küzəcinin məruzə edəcəyi konfransda, Azərbaycandan Prof. Dr. Qəzənfər Paşayev, millət vəkili Qənirə Paşayeva, DGTYB Məsləhət Şurası başqanı Əkbər Qoşalı və b.nın çıxışları nəzərdə tutulub.
Proqramın ikinci bölümündə Kərkük Kültür Dərnəyi tərəfindən nəşr edilən, Dr. Şəmsətdin Kuzəci tərəfindən hazırlanan “Novruz çiçəkləri” (Türk Dünyası Qadın Şairlər Antolojisi) kitabının tanıtımı, “imza günü” gerçəkləşəcəkdir. 
Ayrıca, kitadda yer alan Azərbaycan şairələrinə Kərkük Kültür Dərnəyinin “Fəxri Fərman”ı veriləcək, habelə bir
sıra başqa yazarlar təltiflər olunacaqdır.
Əkbər QOŞALI
 
 
Bu günlərdə TÜRKSOYun dəvəti ilə Qazaxıstan və Qırğızıstanda səfərdə oldum. Səfər, bu iki qardaş ölkədə Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibəti ilə təntənəli tədbirlərdə, habelə TÜRKSOY tərəfindən nəşr edilmiş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın (eləcə də, başqa bir TÜRKSOY nəşri – “Teatr almanaxı”nın) təqdimat törənlərində iştirakla bağlı idi.
Gəlin öncə bu səfərlə bağlı Dövlət Teleqraf Agentliyimizin rəsmi bilgisini paylaşaq, sonra mən öz şəxsi düşüncələrimi, səfər təəsüratlarımı bölüşməyə çalışacam.

*** 
Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə Xalq Şairi, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi qeyd olunub. Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimat mərasimi keçirilib. 
Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar tədbirdə iştirak ediblər.
Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə uyğunlaşdırılaraq, çap edilməsindən danışıb.
Almatıda Azərbaycan diasporu nəzdində fəaliyyət göstərən “Bahar” rəqs ansamblının ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.
Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olan hər kəsə TÜRKSOY adından mükafatlar təqdim olunub.
*** 
TÜRKSOY, Azərbaycanın Qırğızıstandakı səfirliyi, bu ölkənin milli kitabxanası və Qırğızıstan Xalqları Assambleyasının təşəbbüsü ilə Bişkek şəhərində Xalq şairi, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi keçirilib.
Tədbirdə Qırğızıstan hökumətinin üzvləri, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, Bişkekdə yaşayan soydaşlarımız, həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstandan dəvət olunan qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimatı ilə əlaqədar sərgi də keçirilib.
Sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Qırğızıstan Milli Kitabxanasının direktoru, professor Jıldız Bakaşova böyük şairin yubileyinin bu kitabxanada keçirilməsindən məmnun olduğunu bildirib.
Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maksutov deyib ki, Bəxtiyar Vahabzadənin yubileyinin Bişkekdə keçirilməsi bir daha sübut edir ki, böyük şairi bütün türk dünyasında sevirlər. Nazir vurğulayıb ki, B.Vahabzadənin şeirləri gənclərə bir örnəkdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onu zəmanəmizin böyük şairi adlandırıb və bildirib ki, o Azərbaycan poeziyasının zirvələrindən biridir.
Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin də Bəxtiyar Vahabzadənin yaradıcılığına yüksək qiymət verdiyini qeyd edib. Səfir xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev şairin 90 illiyi yubileyinin keçirilməsi, Şəki şəhərində Bəxtiyar Vahabzadənin Ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncamlar imzalayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı belə böyük tədbirin Bişkekdə keçirilməsini təşkili etdiyi üçün səfirə təşəkkürünü bildirib, Hidayət Orucova, Jıldız Bakaşovaya, böyük şairin şerlərini qırğız dilinə uyğunlaşdıran Baxtıqul Çoturovaya TÜRKSOY-un xatirə hədiyyələrini verib.
Sonra Azərbaycandan dəvət olunan şair Əkbər Qoşalı, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balçı, Baxtıqul Çoturova, Bişkekdəki “Azər” İctimai Birliyinin sədri Əziz Əliyev şairin ölməz poeziyasından danışıb, belə tədbilərin keçirilməsinin bir-birimizi daha yaxından tanımağımıza xidmət etdiyini bildiriblər.
Sonda “Azəri Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs qruplarının iştirakı ilə böyük konsert proqramı keçirilib.

BÖYÜK ÜRƏKLİ BÖYÜK QAZAXISTAN

Mənim Qazaxıstana daha öncə 3 dəfə yolum düşsə də, Türküstan gözəli Almatıda olmamışdım. Almatı!.. – Bu adı ilk dəfə, 1982-ci ildə, (dənizdən 1500 m. yükəsklərdə) Tovuzun dağlar qoynunda yerləşən doğma Qoşa kəndində, “Kantata 104” radiosunun şüşəsi üzərindən, ALMA-ATA şəklində oxumuşdum... Radionun şüşəsi üzərindəki şəhər adları içərisində məhz ALMA-ATA uşaq marağıma səbəb olmuşdu: demək ki, BAKIdan savayı da... BAKIdan uzaqlarda – haradasa bir doğma şəhər var, doğma ad var..! – ALMA-ATA..! – bu adı anlamağa nə vardı?.. İllər keçdi, kəndimizdən qonşu kəndlərə, rayon mərkəzinə, başqa rayonlara, başqa şəhərlərə, başqa respublikalara yolum düşdü... şair demiş, dünya gözümdə kənd-kənd, şəhər-şəhər böyüdü... ancaq o böyümənin xəritəsinə ALMA-ATA heç cür düşmürdü ki... düşmürdü. Mən qardaş ölkənin bu şəhərini sevirdim, nə vaxtsa, onu görəcəyimə inamım vardı, ancaq ALMA-ATAnın məni öz doğması kimi qucağına alacağı gün üfüqlərdən bəridə deyildi sanki... Üstəlik, müstəqillik dönəmində bu qazax şəhərinin adı da “yuvarlaqlaşdırılıb” (dəyişdirilib) ALMATI şəklinə salınmışdı... Hətta, bu adı “yuvarlaqlaşdırılmış” şəhər, paytaxt (qazaxlar demiş, astana) statsunu da itirmiş və sanki üfüqötəsinə çəkilmişdi... Ancaq elə bil, bir hiss məni tələsdirirdi: sən bu şəhəri görməlisən, ona yetməlisən... Mən ora uçmalıydım! Üfüqötəsindəki şəhərə gedişin məhz uçuşla mümkün olması məntiqliydi, əlbəttə...
Budur, aylardan: noyabr... “AİR-ASTANA” uçağı BAKIdan havalanır... İstiqamət: Almatı... Mövzu: Şeir-sənət... Dəvət edən: TÜRKSOY... – Belə bir uçuşa mübarək uçuş deyərlər...
Nə gizlədim, bu dəfəki qarşılanma, bu dəfəki ortam Qazaxıstana daha öncəki (fərqli illərdə, fərqli heyətlərdə) səfərlərdəki qarşılanmadan, ortamdan daha sıcaq, daha hərarətli kimi gəldi mənə. Almatının, eləcə də səfər etdiyimiz digər qazax şəhəri Tarazın qardaş məhəbbəti, qardaş eşqi sarmışdı məni... Necə deyərlər, qazax elinin (– ustad Mikayıl Azaflının sözü ilə desək – ) “məhəbbəti soyuq, eşqi baharsız” deyildi...
Oğlunu bavurum, qızını qız qardaşım bildiyim, böyük ürəkli böyük Qazaxıstan! Mən səni köhnə və yeni paytaxtınla – Almatınla, Astananla, ala dağınla, qara dağınla, dərənlə, təpənlə, əngin göy üzünlə, bərəkətli torpağınla, göydə uçarınla, yerdə qaçarınla, gur çayınla, sızqa bulağınla – hər yönünlə - həncəri varsansa, elə sevirəm... Sən TURANın qazancısan, Qazaxıstan! Mən səni Dinmühəmməd Kunayevinlə, Nursultan Nazarbayevinlə... Muxtar Auezovunla, Sabit Muxanovunla, əlbəttə, Abayınla, ələlbət, Mağjan Jumabayınla... Nurlan Orazalinlə, Muxtar Şaxanovunla sevirəm! Sənin rəsmən 550 illiyini qutladığın qazax dövlətçilik tarixini gənəl türk tarixinin bir parçası olaraq, qəbul edib, dünəninlə, bugününlə... gələcəyinlə sevirəm, əziz Qazaxıstan!
Bu səfərdə bir daha gördüm ki, TÜRKSOYun Azərbaycanın mərhum Xalq şairinin yubileyi ilə bağlı keçirdiyi silsilə tədbirləri, eləcə də, yeni nəşrləri, yalnız keçmişə ehtiram əlaməti deyil, bugünkü ədəbi-ictimai fikrimizə yeni çalarlar qazandırmağın, sabaha boylanmağın ta özüdür..!
(Yeri gəlmişkən, artıq yeni kitablar (örnəyi, Bakıda işıq üzü görəcək “Gənc Qazax şeiri antoljisi”), yeni layihələr, yeni şölənlər üzərində işə başlayırıq, sağlıq olsun, işlər ovsanata keçdikcə, oxuculara bilgi verəcəyik...)
Almatıda TÜRKSOYa, TÜRKSOY nəşrlərinə, TÜRKSOYun düzənlədiyi tədbirlərə səliqə-səhmanlı, deyərdim qürurlu münasibəti yalnız bu quruma qazax aydını, keçmiş nazir, ünlü ictimai xadim sayın Düseyn Kaseinovun başçılıq etməsi, Qazaxıstanı bu qurumda intel-lektuallığı və çevik qərar qəbuletmə yetənəyi ilə seçilən Malik Otorbayevin təmsil etməsi ilə bağlamıram... – işin içində sevda, eşq... qan yaddaşının, yovşan qoxusunun, böyük çölün... duyğulandırmaları da var... Qazaxıstan Türk Dünyası ünvanlı qurum və quruluşlara sayğısı ilə yanaşı, onlara yer ayıran, ev verən, imkan tanıyan bir böyük ölkə, habelə belə qurum və quruluşları yaradan bir qardaş cümhuriyyətdir. – Eynən Azərbaycan kimi, Türkiyə kimi...
Almatıda ilk dəfə olmağın feyzi içində muzeyləri ziyarət etdim, kitab dükanlarına baş çəkdim, əlbəttə, jeltoksan (dekabr-1986) olaylarının yaşandığı meydanda, “Kayrat”ın stadionunda, “Qazax-film”də oldum; dostlarla birgə Tanrı Dağları ətəklərinə çıxdım; əlbəttə, Qazaxıstan Yazıçılar Birliyində şairlər, yazıçılarla söhbət¬ləşdim, ayrıca, Türk Dünyasının ünlü ədibi, tanınmış fikir adamı Muxtar Şaxanovla, 17 ildir üzünü görmədiyim uyğur balası, şair Vilyam Molutla, habelə “Azərbaycanın gənc dostu” fəxri ünvanı ilə tanıda biləcəyimiz yazarlar Nurğali Jusufbay, Erkinbek Serikbayla buluşdum; neçə yeni dost qazandım, neçə təzə bilgi əldə etdim... (Dostlarımın ən gənclərindən olan Erkin Serikbayı 2 il öncə “Türk Dünyası gənc yazarlarını birləşdirən ədəbi qurumlararasında məsləhət mühitinin yaradılması” adlı Layihə çərçivəsində Azərbaycana dəvət etmişdik, o da söz vermişdi ki, Azərbaycan dilini öyrənəcək, bir də görüşüncə, üçüncü dilə ehtiyac olmayacaq. Bu gənc dostumuz sözünün üstə durub, üstəlik, artıq Azərbaycan dilindən qazaxcaya uyğunlaşdırmalar edir...)

ALMATIDAN BİŞKƏKƏ...

Almatıdan Bişkəkə axşamüstü çıxdıq. Almatıdan ayrılmadan öncə, dəyərli TÜRKSOY təmsilçimiz Elçin Qafarlının ayarlaması ilə, bir də baxdım, M.Auezov adına Qazax Akademik Dram Teatrındayıq. – Səbəb: sən demə, qazax sənətçilər bugün “Arşın mal alan”ı oynayacaqlar... Bir gözəl şəhərdən belə bir gözəl ayrılışı qaçırmaqmı olardı? – Öyrəndik ki, ölməz Üzeyir bəyin bu əsəri qazax teatrının (sonra öyrəndik ki, həm də Qırğzı akademik teatrının) repertuarında uzun illərdir əsas yerlərdən birini tutur... Gözəl də oynadılar, tamaşaçılar da, maşallah: sayı say, sayğısı sayğı...
Beləcə, yol aldıq Bişkəkə doğru – ta Bişkəkədək tamaşadan əsintilənən xoşməramlı “atmaca”larla...
Yolüstü dayandığımız moteli Türkiyənin güneydoğu bölgəsindən olan işadamlarının işlətdiyini gördük. Səliqə-səhmanı, müştəri məmnuniyyəti üçün mümkün olan hər şeyi etmə çabası diqqətəşayan idi. Anadoluların öz sözü ilə desəm, iştə Anadolu insanı, iştə Türküstan... Şəhərdə, yolda, moteldə, oteldə, muzeydə... – harada desən, Azərbaycanlı olduğumuzu bilincə də, “bavurlarımız”, “başımız, gözümüz üstə...” kimi sözlər eşitmək, bu sözlərə uyğun yüksək qonaqpərvərlik görmək... özlüyündə bir aləmdir, bir aləm... Qazax sənə yalnız süfrəsini açmır, könlünü açır, könül süfərsini açır... Qırğız da eləcə, büsbütün Türküstan eləcə... Bu yerdə, Səməd Vurğunun sözlərini xatırlayıram “Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...” Mən “bizim ellər”i bütün Türküstan bilirəm, ulu Turan bilirəm... Bilirsiz, Səməd Vurğun bizim qonaqpərvərliyimizi elə bir yerə bağlayıb ki, onu, necə deyərlər, müzakirə etmək, dəyişdirmək, dərəcəsini aşağı salmaq... mümkün deyil, bir yol var: qəbul etmək, yaşamaq, yaşatmaq, sayğı duymaq..! – Ruh! Ruh bağlılığı! – Tanrının öz sonuncu elçisinə belə bu mövzuda hər şeyi demədiyi bir mənəvi ünvandır, varlıq içində varlıqdır, necə deyim, qədər üstündə qədərdir... Səməd Vurğun bizim qonaqpərvərliyimizi adətə, qaydaya, hansısa rejimin, quruluşun tapşırığına, nə bilim daha nəyə, haraya deyil, məhz ən ulu ünvana, ən uca yerə aid edib... Edərkən də, öz sözləri ilə düstur cızıb, formul yaradıb: məhz əziz qonaq inciməz! – Kimdir əziz qonaq? – özünü, sözünü bilən, qonaq getdiyi evin qızına-gəlninə pis gözlə baxmayan, süfrəsində kəm-kəsir axtarmayan, yaxşısını görməzdən gəlib də, əskiklərini aləmə car çəkməyən, bir sözlə, adam kimi adamdır əziz qonaq... Bax, Türküstan insanının, qazax, qırğız, uyğur dostlarımızın adam kimi adamlıq havası, ovqatı, qonağının ürəyini düzgün oxumaq və dəyərləndirmək ürəyi... qonağı Türküstanca qarşılamaları, əziz sayması məni bu sözlərə vadar etdi! Ruhun öləziməsin, əziz TÜRKÜSTAN!
Qazax-Qırğız sınır qapısında, illər öncə Özbək-Qazax sınır qapısında keçirdiyim duyğuları yenidən yaşadım... İki qardaşımızın arasındakı qapıdan keçirdim... Qardaşlığımız sınırsız olsun!
Bişkəkə gecə çatdıq, düşdüyümüz otelin adı da uyğundu: “Dostlık”. “Qardaşlıq” adı bir otel üçün rast gəlinən ad olmadığı üçün qırğızın, qazax sınırından uzaq olmayan bu otelə verdiyi adı “Qardaşlıq” kimi alqılayalım barı, dedim...
Almatıdakı Bəxtiyar Vahabzadə tədbirində konsulumuz iştirak edirdi, diaspor fəallarımız ordaydı, bacardıqlarını əsirgəməmişdilər; Qırğız Respublikasında isə səfirimiz, görkəmli ədib HİDAYƏT Orucov şəxsən özü işin başındaydı. Yəqin elə bu səbəbdən də iştirakçı sayı da yüksəkdi, habelə tədbirə nazir, səfirlər səviyyəsində qatılım olması mümkün olmuşdu. Bişkəkdəki diasporumuzun töhfələrini də vurğulamaq şərti ilə, gözəl bir poeziya gecəsi, ədəbiyyat şöləni yaşadığımızı deməliyəm. Tədbirsonrası səfirimizin qonaqların şərəfinə verdiyi ziyafət əsanasında edilən söhbətlər də, oxunan şeirlər, suallar-cavablar... şölən içində şölən oldu, sanki...
Səfirliyimizin gənc əməkdaşlarının çevik, ağıllı davranışları da diqqətimizdən qaçmadı, təbii. Bişkəkdə də, Almatıda da diplomatlarımızın bizlərə bəslədiyi xoş, işgüzar münasibəti bir cümlə ilə də olsa, təkrar qeyd edərkən, belə münasibətin vətəndaşın, respublikadan uzaqda dövlət nəzakətini hiss etməsi baxımından, yaddaşla yanaşı könülə yazılan hadisə olduğunu yazmağı özümə borc bilirəm... Dilimə Cabir Novruzun sözləri gəlir:
“Azərbaycanı sevin, sevin Azərbaycanı...
Adını uca tutun hər arzudan, diləkdən.
...O bizim hamımızın həyəcanı, harayı..!”

TARAZ...

Bişkəkdən sonra yolumuz yenidən Qazaxıstana doğruydu. Dünən axşamüstü qırğız sürücünün idarə etdiyi araba ilə Almatı-Bişkək yolçuluğuna çıxmışdıqsa, bugünün axşamüstüsündə atası uyğur, anası qırğız olan sürücünün idarə etdiyi araba ilə Bişkək-Taraz yolçuluğuna çıxmışdıq. Taraz Qazaxıstanın dövlətçilik tarixində önəmli olaylara məskən olmuş, pirləri, övliyaları, ocaqları ilə seçilən bir yerdir. 550 il öncə Qazax xanlıqlarını birləşdirən kişilərin əzəmətli heykəlləri də buradadır, ululardan TəkTurmaz, QaraXan və AyişəBibinin türbələri də Taraz mərkəzli Cambul vilayətindədir...
Taraz anladıldıqca anladılası bir yerdir. – Qısa deyim, Qazaxıstan tarixinin ruhunu yaşamaq üçün yalnız bir şəhər semək durumunda qalsan, o seçim, məncə, Tarazdan başqası olmasın gərək...
QaraXan türbəsini ziyarət edərkən, dedilər, bu azman kişinin hekayətini AyişəBibini də ziyarət etdikdən sonra danışacağıq... Danışdılar da..:
- QaraXan 25 yaşlarında bir dəli-dolu qazax baturudur, xan qızı olan AyişBibisə Ayparçası, susonası bir gözəldi... Bir-birlərini sevirlər, ancaq qızın ata-anası razı deyil bu evliliyə. Könül istəyincə, ürək vurunca, vurulunca, iki aşiq yanıb-qovrulunca, “razılıq sınırı” atlanır, QaraXan 19 yaşlı sevgilisini atın tərkinə alıb, qaçırır... Ancaq çatdıqları yerdə, macal tapıb da, razılıq üçün yenidən xan evinə üz tutmağa varmamış... Ayparçası Ayişəni ilan sancır... Vüsal yaşamamış iki ürək... Ayişənin sozalan gözləri, titrəyən dodaqları, QarXanın gərilən əzələləri, hədəqəsindən çıxan gözləri... Bu durumda kim... nə... nəyə yarar?! – zəhər sürətlə Ayişənin vücudunu sarmadadır... Qaraxanın şimşək kimi çaxan buyrğu ilə anındaca olay yerində bulunan bir övliya, cavan ömrünün son dəqiqələrini yaşayan Ayişə ilə ilə hələ uzun illər yaşayacaq QarXanın kəbinini kəsir, nigahını qıyır... Ayişənin eşitdiyi son söz, “Ayişəm, məni o dünyada gözləyərsən, bu dünyada əlim bir qız əli tanımayacaq, gözüm bir qadın gözü görməyəcək..! Burda qismət olmadı, barı orda vüsala yetərik!” sözləri olur... Qaraxanın gözlərinin ta içinə baxdığı, gözünə axdığı son qadın baxışı Ayişənin olur... QarXan düz 75 il yaşayır, kimsə ilə evlənmir, andına sadiq qalır..!
Ruhları şad olsun!
Bax, belə sevgidir, belə sevdadır Türküstanı Türküstan yapan...

***
Ulu övliya TəkTurmazın türbəsindən açılan möhtəşəm panorama baxarkən Malik Otorbayev ərəblərlə çinlilər arasında baş vermiş tarixi Talas döyüşündən söz açır; deyirəm, ərəb və Çin qoşunları niyə məhz Türküstanda üz-üzə gəlibmiş? – Bilməyinə bilirəm də, ancaq könül qəbul etmir, az qala tarixin bu üzündən o üzünə səslənmək istəyirsən: davasını öz torpağınızda edin! (Bir baxıma, bugün Suriyada ABŞ-Rusiya qarşıdurmasının Türkiyə sınırlarına, Bayır-Bucaq türkmanlarına təhdid olduğu kimi bir olay yəni...)
Sonra, Malik uzaqlardakı, ağ buludlarla qaplanmış dağları göstərib, Çingiz Aytmatovun Şəkər köyü o dağların qoynunda yerləşir, deyir... Ustadın “Ağ gəmi”sini, o möhtəşəm əsərin obrazlarını, olaylarını canlandırıram gözlərimdə, xəyalımda...
İndi, üstündən bir neçə gün keçdikdən sonra, Tarazda getdiyimiz, gördüyümüz yerləri, görüşlərimizi, söhbətlərimizi bir-bir xatırlamağa çalışıram, görürəm yaddaş mən istəyən dərəcədə hayıma gəlmir, sanki. Bilirsiz, niyə? – Çünki göz yaddaşa daha artıq nəsnələr ötürmək istəyirdi... göz yalnız özü bacarmırdı bunu, könlü haraya çağırırdı, könül gözü isə “yaddaşı”nı belə tezliklə kağızlara “daşıya” bilməyəcək, qaliba. Elə bil zərrə-zərrə, çalar-çalar, yarpaq-yarpaq, yol-yol, ürək-ürək paylanacaq könül gözünün gördükləri... – Elə bilirəm, neçə yeni duyğuda, düşüncədə, fikirdə, sözdə, yazıda, hərəkətdə, xarakterdə şəkillənəcək TÜRKÜSTAN GÖZƏLLİKLƏRİ...
Bu yerdə Məmməd İsmayılın “Çatacağım bir arzu var” şeirini xatırlayıram:
“...o böyüyüb əfsanələr,
                                    nağıllar qədər.
Keçmiş ilə gələcəyin vaxt ekranında
şimşək kimi çaxıb getmiş oğullar qədər,
Qarış-qarış gəzdiyimçün fəxr eləməyim,
qoy saxlayım əl altında ehtiyat yeri,
Görəcəyim gözəlliklər tükənir bir az,
hələ qalsın istəyimin qol-qanad yeri...
...Uzaq yerə yetəcəyim bir arzu qalsın,
xəyallarla öz-özümü yandırım, yaxım,
gözüm hələ gözəlliyə tamarzı qalsın.
Gözləri tox böyüməsin uşaq marağım.
əl-qolum da yetişməsin qucaqlamağa,
torpağımı birdən-birə dərk eləməyim.
Görəcəyim yerlər qalıb,
günlər qalınca
Narahatlıq duyğusunu tərk eyləməyim!”

TARAZ-ALMATI QATARI...

Şükür Tanrıya, qismətimizdə Türküstanın, qazaxın bir şəhərindən o biri şəhərinə qatarla gecə yolçuluğu da yazılıbmış... Elə bil, Çingiz Aytmatovun “Əsrə bərabər uzun gün”ündən keçən qatardı... Üstəlik, yol yoldaşın qazax şairləri Nurqali Orazla Töreqali Taşen ola... Almatı, Bişkək, Taraz qonaqpərvərliklərindən sonra, mənə qatarda da qonaqpərvərliyin mümkün olan ən yuxarı həddini yaşatdı əziz qazax şairləri...
Qatar Almatıya o başdan çatdı... Şair dostlarımın dostu bizi qarşılamaqçün Dəmir Yol vağzalındaydı. Bir az sonra isə, artıq Nurğali bəyin evində idik. Səhərin o çağında, sanki nahar süfrəsiymiş kimi zəngin süfrə hazırlamış Almas abla gülərüzlə qarşıladı bizi. Evi şen olmuş Nurqali bəy özü də, xanımı da, evlərini öz evin sanmağın üçün elə səmimi ortam yaradır ki, minnətdarlıq duyğusu içində azıb qalırsan... var olun, gözəl insanlar!
Nurqali bəyin zəngin süfrəsi yığışdılımamış könül süfrəsi açıldı, könül süfrəsi açılmışkən, kitab rəfinə göz gəzdirdik, dərdləşdik, vədələşdik, kitablaşdıq, qardaşlaşdıq, uğurlaşdıq...
Sonra Erkinbek gəldi, Almatıda bir xeyli dolaşdıq. “Almatıdan almasız getmək olmaz” dedi, alma aldı, “Abi, bu bal Altay qazaxlarının sovqatıdır, xoşunuza gələcək” dedi, “...“Kayrat”ın şərfini aparmasaz, evdə uşaqlar inciyər” dedi, şərf aldı, sonra, “Almatıdan “Turan dəftəri” aparmasaz daha nooldu?” deyə sual qarşısında qoydu məni... ha bucağız, ha ocağız deyə-deyə, bir də baxdıq vaxt hava limanınının yolunu döyəcləyir...
Hələlik, bu qədər...
Bilirəm, Qazaxıstandan, Qırğızıstandan, Türküstandan... oradakı ziyarətlərdən, söhbətlərdən çox danışmaq, çox yazmaq olar... Olacaq da, inş. Bu bir başlanğıc olsun!

***
Mən bu sətirləri yazarkən, KİV-lər TÜRKSOYun Türkmənistanın Mari (Mərv) şəhərində düzənlədiyi festival barədə bilgi verirdi...
Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari (Mərv) şəhərini 2015-ci ildə “Türk Dünyasının mədəni paytaxtı” elan etmişdi. Bu münasibətlə il ərzində Mari (Mərv) şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.
Yazıya nöqtə qoymaq istərkən bizim Şəkinin TÜRKSOY tərəfindən 2016-cı ildə “Türk Dünyasının mədəni paytaxtı” elan edildiyini oxudum. Məncə, bu xəbər bu yazı üçün yaxşı sonluqdur...
Təbriklər, ŞƏKİ!
Təşəkkürlər, TÜRKSOY!

Bakı-Almatı-Bişkək-Taraz-Almatı-Bakı... 2015
 
 
Türkçenin XI. Şiir Şöleninde gerçekleşen Şiir Atolyesi Sonucu

(Hazırlayanlar: Çulpan ZARİF, Robert MİNNULLİN, Redif GATAŞ)


Tatar edebiyatı çok eski asırlara uzanan bir gelişme sürecine sahiptir. Tatar Türkleri de bütün başka Türk boyları gibi kendilerine ait olan söz sanatının başlangıcı olarak Runik yazı ile kaydedilen eserleri sayarlar. Tatar yazılı edebiyatının ilk devri olarak, yarattığı üstün medeniyeti ile dünya çapında ün kazanan İdil Boyu Bulgar Devleti’nin hüküm sürdüğü devir kabul edilir. Bu dönem Tatar edebiyatının, Tatar şiirinin en ünlü temsilcisi kuşkusuz Kul Ali’dir. XIII. Yüzyılın ortaları ile XV. Yüzyılın ortaları, Tatar edebiyatı tarihinde Altın Ordu Devri Tatar edebiyatı olarak nitelenir. Bu dönem Tatar edebiyatı Doğu ve bütün başka Türk boyları edebiyatı ile el ele gelişti.
Kazan Hanlığı döneminde eserler veren birçok şairin adı ise günümüze ulaşmamış durumda olup, bugün bu devir Tatar şiirini biz daha çok Kazan Hanlığını yöneten Han Muhammet Emin, Han türbesinin bekçisi ve elçi Muhammedyar, Seyit şair ve hem imam hem şair Kul Şerif isimleri ile anıyoruz.
Kazan Hanlığı yıkıldıktan sonra toplum hayatında gözlemlenen durgunluk çok uzun sürer ve kendini yeniden toparlamaya başlayan Tatar şiirinde, XVIII. yüzyılın ikinci yarısından itibaren toplumun gelişmesini dünyevî temelde belirleyen eğitim modeli ve akılı öne çıkarma eğilimi belirler. XVIII.-XIX. yüzyılların en ünlü şairleri A.Kargalıy, Ş.Zeki, A.Kandalıy, Akmolla vb. olup, bunlar Orenburg, Sterlibaş, Troitsk gibi şehirlerde ve Orta Asya’da yaşayıp eserler vermişlerdir. Onlar günümüzde de birçok Türk boyunun ortak şairi sayılırlar. Örneğin, Akmolla hem Tatar, hem Başkurt, hem Kazak boyları tarafından millî şair olarak kabul edilmiştir. Aynı durum XX. Yüzyıl başı Tatar şiiri için de geçerlidir. Ş.Babiç ve Mecit Gafuri gibi şairler hem Tatar hem Başkurt edebiyatının gurur kaynağıdır. Şunu da söylemek gerekir, XX. Yüzyıl başında Tatar edebiyatı artık yalnız Doğu’ya değil, Batı’ya da yönelmeye başlar. Ayrıca, bu dönem Tatar edebiyatı ve şiiri doğrudan doğruya ‘Ceditçilik’ hareketine bağlı fikrî-estetik gelenekleri geliştirip, Avrupa’nın eriştiği medeniyeti de örnek alarak devam etti. Tatar edebiyatını yeni temeller üzerinde geliştirmede matbu kitabın rolü gayet büyüktü. Bu dönemde Tatar Türkleri neredeyse bütün Türk dünyasını aydınlatmış, medreseler açmış, dergi ve gazeteler yayınlamış ve edebiyatta birçok Türk boyuna rehberlik rolünü üstlenmiştir.
XX. yüzyıl başında Tatar şiiri zirveye ulaşır ve tarihinin en parlak dönemini, altın çağını yaşar. Aruz ile yazmaya çalışan Tatar şairleri yaratıcılıklarında halk şiiri örnekleri de verirler. Bu dönem Tatar edebiyatında hem romantizm, hem realizm, hem halkçılık arayışlarının en güzel örneklerini görebiliriz. Tabiî ki, bu dönemin en gözde, en parlak ismi, kısacık hayatında halkına fedakârca hizmet eden şair Abdullah Tukay oldu. Fakat bu dönemde anılması gereken çok özel yaratıcılığa sahip olan Derdmend, Sagit Remiyev, Ş.Babiç, M.Gafuri gibi birçok başka şair de vardır. En önemlisi, bu dönemde yaşayan Tatar şairleri Doğu ve Türk dünyası edebiyatını orijinal kaynaklarından okudu ve kendileri de değişik Türk lehçelerinde –örneğin, Osmanlı Türkçesi ile- şiirler yazmayı başardılar.
1917 yılı devriminden sonra Sovyet ideolojisine bağlı olarak gelişen Tatar edebiyatı birçok eksiklere rağmen XXI. yüzyıla zengin bir miras bıraktı. Fakat bu süreçte Tatar şairlerinin Doğu ve Türk dünyası ile iletişimden mahrum kalması sonucunda, Tatar şairlerinin kardeş Türk boyları edebiyatı ve temsilcileri ile iletişimden mahrum kaldılar. Oysa başka Türk boyları kendi şairlerini Tatarların meşhur şairi Abdullah Tukay ve Taktaşları örnek alarak yetiştirmeye devam ettiler.
XX. yüzyılın 20’li-30’lu yıllarında Stalin döneminde F.Kerim, H.Tufan gibi bazı Tatar edipleri komünizm ideolojisine eklemlendi. II. Dünya savaşında yaşanan kayıplar da Tatar edebiyatını, Tatar şiirini olumsuz etkiledi. Fakat şunu da belirtmek gerekir ki, bu savaş sırasında kahraman şairler de ortaya çıktı. 1941-1945 yıllarında en zor şartlarda yıldızı parlayan Musa Celil buna en güzel örnektir.
Asırlardır Doğu ve Batı edebiyatının en güzel kazançlarını örnek alarak gelişen Tatar şiiri, geçen yüzyılın 1960’lı yıllarında S.Hakim, İ.Yuziyev, A.Bayan, Ş.Galiyev, S.Süleymanova, R. Ahmetcanov, R.Minnillin, E.Şerifullina, R.Feyzullin, R.Gataş, G.Rehim, R.Haris gibi felsefi ve lirik şiir ustalarının eserleri ile yeniden zirveye çıktı. II. Dünya Savaşı sonrası yetimliğin hüznü ile babasız büyüyen ve şiirlerinde genelde hiç görmedikleri babalarına özlem çekerek artık barış ve huzur içinde yaşama dileği bildiren bu kuşaktan sonra; 1970’li,1980’li yıllarda F.Yarullin, Zülfet, M.Aglemov, L.Şakircan, İ.Möeminova, K.Bulatova, A.Halim, G.Rahim, Nizami, daha sonra R.Zaydulla, H.Eyüp, Ş.Cihangirova, N.Gambar, F.Tarhanova, L.Zülkerney, Z.Mansurov, G.Murat, R.Rahman kuşağı geldi. Bu dönem şiirinde genelde her zaman geçerli olan ortak konular işlendi; köy doğası, insan gönlünün güzelliği, ahlâkî değerler, hayat ve ölüm üzerine düşünce ve endişeler, aşk, arkadaşlık. Bu dönemde milletine sadık kalıp gönlü ile güneşi arayarak yola çıkan R.Ahmetcanov, insanların en ince duygularını halk edebiyatı kazançları temelinde yansıtan İ.Yüziyev, Zülfet, M.Aglam gibi şairleri ile Tatar halkı her zaman gurur duydu. Felsefî şiirleri ile tanınan R.Feyzullin, aşk konusunda Doğu klasik şairlerini ustaları olarak kabul eden, gazel ve rubailerinde aşkın bin bir yüzünü vasfeden, Mecnun gibi aşk için yaratılan şair R.Gataş. Ayrıca, Tatar şiirinde çocuklar için yazan şairler de çoktur ve toplumun geleceğini düşünerek ortaya çıkan şiirin bu dalı hiçbir zaman önemini kaybetmemiştir. Tukay, Celil, Aliş gibi çocuklar için eserler veren şairlerin izinden 1960’lı yıllarda Ş.Galiyev, B.Rahmet, R.Minnullin, A.Feyzi, daha sonraki dönemlerde G.Gıylman, R.Korban gibi şairler bu alanda eserler verdiler. Onlardan R.Minnullin, Andersen ödülüne lâyık görüldü. H.Tufan, M.Nugman, İ.Yuziyev, G.Zeynaşeva, S.Süleymanova, R.Minnullin, R.Feyzullin, R.Veliyev, F.Safin, Ş.Ci¬hangirova, M.Galiyev gibi şairlerin ise birçok şiiri sadece şiir olarak yaşamakla kalmadı, besteciler tarafından sahneye de taşınarak Tatar halkının gönlünde ikinci kez hayat kazandı.
Fakat Sovyet döneminde Tatar şiirinde siyasî sebeplerden dolayı konular daraldı, şiir halka daha yakın ve anlaşılır olsun diye basitleştirildi. Millîlik gizlendi, şairler duygularını âdeta Ezop dili ile yazmaya başladılar. Klasik şiir ölçüleri yerine şairler serbest nazımı tercih ettiler. Doğu ve Türk dünyası edebiyatı ve medeniyeti ile olan bağlantılar zayıfladı, neredeyse yok oldu. Bu sebepten dolayı Doğu ve Türk halklarının yarattığı eserler yüzyıllardır süregelen geleneğe göre orijinalden okunmak yerine artık Rusça çevrileri aracılığı ile takip edilebildi. N.Hikmet gibi ünlü Türk şairinin şiirlerini dahi Tatar şairleri Rusçaya çevrilmiş hâli ile tanıdılar. Sovyet döneminde de A.İshaki, N.Arslan gibi birkaç Tatar şairi Doğu edebiyatı klasiklerini Tatar Türkçesine orijinalden çevirmeyi başardılar.
Sovyet döneminde Tatar şairleri şiire Rus şiiri aracılığı ile Avrupa şiirini ve onun özelliklerini taşıdılar. Parti ideolojisine bağlılık sebebiyle, Sovyet dönemi Tatar edebiyatı konu bakımından iyice Rus edebiyatına benzeşti, hem nazım hem nesir artık Rus edebiyatı etkisi altında kaldı. İdeolojik baskı hüküm sürdü. Böylece Tatar şiiri Doğu ve Türk dünyasından tamamen koptu ve ne yazık ki ozanlık, âşıklık (çiçenlik) gibi en eski dönemlerden beri süregelen geleneklerini yetirdi diyebiliriz.
Daha sonra 1990’lı yıllarda yaşlı, usta şairler kendi duygu ve düşünceleri ile dikkati çekmeye devam ederken, artık genç kuşak şairler de onlar ile beraber şiirde kendi yerlerini bulmaya çaba gösterdiler ve bugün onların yazdıkları şiirlere baktığımızda bunu başardılar diyebiliriz: İ.İksanova, M.Mirza, R.Sulti, Süleyman, M.Zakir, R.Aymet, C.Ahtyamova, Tançulpan, Ç.Zarif, R.Camal vb.
1990’lı yıllardan bugüne şairler, çağdaş insanın ruhsal dünyasını tasvir ederek evrensel endişe ve umutlara bağlandılar. Ülke, halk ve ana dilinin kaderini, dine dönüş, hayat ve ölümle ilgili felsefî düşünceler, ülkede olup biten kargaşalarla ilgili endişe, bazen ümitsizlik, ama yine de gelecekle ilgili umut gibi duyguları yansıtmaya çalıştılar. Yeni devir Tatar şiirinde tasvir ve fikir birliği, şiirde his ve akılın bütünlüğü, halk edebiyatı ve Doğu klasik şiir geleneklerinin canlanması söz konusu oldu. Özellikle birçok Tatar şiirinde Tataristan’ın bağımsızlığı ümidi de görebiliriz (A.Halim, Zülfet, M.Aglam, R.Aymet vb). Şiir, bu dönemde millî ruhu, dili ve beraberliği korumakta çok önemli bir rol üstlendi, siyasetle yakından alâkalı olmak yoluna girdi. Tatarların bir millet olarak kalmasına öncülük, rehberlik etti. Tatar şiirinde şairin kaderi ile milletin kaderinin el ele geliştiğini bir kez daha kanıtlamış oldu.
Artık bu dönemde Türkiye, Doğu ve Türk dünyası ile ilişkiler yeniden canlanmaya ve kuvvetlenmeye başlar, birçok Tatar şairi bu yıllarda en ünlü Doğu ve Türk dünyası edebiyatı klasikleri ve çağdaş şairlerin eserlerini Tatar Türkçesine çevirir. Uluslararası Şiir Şölenleri 1990’lı yıllardan günümüze kadar Türk boylarının en gözde şairlerini bir araya getirip, kendi halkının edebiyatını tanıtmalarında ve başka halkların edebiyatını tanımada önemli rol oynamaya başladı. Türkiye Cumhuriyeti’nin bu tür etkinliklerde öncülük etmesi ve bütün Türk dünyasına kucak açarak kol kanat germesi özellikle takdire lâyıktır.
2000’li yıllarda Tatar debiyatı ve şiirini yeni ve ilginç konu ve tasvirlerle zenginleştiren kabiliyetli kalem ustaları yetişti: Luiza Yansuar, L.Şeih, Rifat Salah, Ruzal Muhammetşin, Liliya Gıybadullina, Yıldız Minnullina, Elvira Hadiyeva, Fanil Gilaji vb. İlginç olanı önceki dönemlerden farklı olarak bunların birçoğu kadın şairlerdir. Belki de kadınların doğalarında anaçlık barındırdıkları ve her zaman daha yaratıcı, hayata daha sıkı sarılıp daha duygusal olduklarından kaynaklıdır bu durum?
Tatar şiirinin en önde gelen başka bir özelliği daha var: Tatar hayat tarzı hep köy ve köy hayatı ile bağlı idi. Son yirmi yıl içinde köylerin küçülmesi hatta birçoğunun yok olması ve köyden şehre göç, şairleri olumsuz bir şekilde etkiledi. Halk giderek ana dilini, aslını yitirmeye ve helak olmaya başladı. Şiire şehir kültürü ve dili sızdı. Ama diğer taraftan bu durum, Tatar şiirini şehir âhengi, şehir bezekleri ile zenginleştirdi.
2000’li yıllarda yine toplumun durumu, yeni hayatın anlamı ve değerleri ile ilgili derin felsefî düşünceler Tatar şiirine yeni bir boyut kazandırdı. M.Mirza’nın şiir dünyasında güçlü yankı yaratan ve Tatar Türkçesi, Türkçe, Rusça ve İngilizce olarak yayınlanan “Âdemoğlu” adlı güldestesi buna en güzel örnektir. Diğer taraftan, XX.Yüzyıl Tatar şairleri şiiri aynı zamanda millî ve ilâhi âhenklerle de zenginleştirdiler.
Tatar şiiri günümüzde sadece şiir olarak değil, sahneye taşınıp, opera ve bale olarak da yaşamayı sürdürmekte. Örneğin, R.Haris, R.Muhammetşin gibi şairler opera ve bale için librettolar hazırladılar. Bu da Tatar şiirine yeni bir veche kazandırdı.
Globalleşen dünya Tatar şairlerini de olumsuz etkiledi. Çünkü şair global olamıyor. Şair, bir birey olarak yaşar ve kendi dünyasını korumak ve bu dünyada sanatını ortaya koyar. Tatarların coğrafî konumları gereği, Rus ve Avrupa hayat tarzı ve edebiyatından, başka Türk boylarına nazaran daha çabuk etkilenmesi, özünden uzak düşmelerine, halkçılığı, geleneksel şiir ölçülerini ve âhengini kaybetmelerine yol açan faktörlerin en önde gelenlerindendir.
XX. Yüzyıl sonu XXI. Yüzyıl başı Tatar şiirinin en önemli özelliği, toplumun beklentilerini karşılayacak millî ruha sahip, bütün zorluklara göğüs geren çağdaş bir kahraman arayışıdır. Bu kahramanın halkın içinden olması da çok önemli. Fakat olumlu bir kahraman bulmak her zaman kolay olmuyor. Belki de bu yüzden birçok şair şiirlerinde ünlü şahıslara seslenmekte, onları şiirin merkezine koymaktadır.
Günümüz Tatar şiirinde, hüzünlü ve hayat dolu olarak iki yol alan, romantizme dayanan, insanın iç duygularına yönelen lirik eserler de yazılmakta. Hüzünlü romantizm, hayatın acımasız ve adaletsiz olmasına yanan, dünyanın ve insanların değişimine inanmayan romantik kahramanı; hayat dolu romantizm ise hayattan zevk almayı metheden ve aşka, geleceğe umutla bakan neşeli kahramanı koyar ortaya.
Günümüz genç şairlerin şiirerinde bir başka yenilik, sadece onlara özgü bir fikir yürütme çabasıdır. Doğaya, hayata olan sevgi, köyün güzelliği ve sadece şehre özgü bir asalet… Bu şairlerin hayalleri ile hep yüksekte, âdeta gökteler ve genelde aşk ve halkın kaderi, geçmişi ve bugünü ile alâkalı şiirler yazmaktalar. Şiirlerinde ayrıca gönül sızısı, samimiyet, dürüstlük var. Ana temaları aşk olmakta. Şair Lenar Şeyih’in de dediği gibi: “Genelde şiirlerin adı yok… Sanki şair, duygularını belli bir kalıba koymak istemiyor. Onların bağımsız, özgür kalmasını istiyor….”
Çağdaş Tatar şiirinin bir özelliği daha var: Şairler doğaya çok yakın, doğa ile kendilerini bir bütün olarak görürler. Onların şiirleri gök, bulut, yıldız, güneş, ay, yel, rüzgâr, yağmur, tan, gece gibi kelimelerden dokunmuş. Bütün bu kelimeler çok renkli, çok hareketli, değişik şekil ve halette verilmekte. Bunun nedeni bir taraftan şairlerin köy hayatı ile yakından alâkalı olması, diğer taraftan ise globalleşen dünyada şairin birey olarak kalma çabası ile insanlardan ve toplumdan uzaklaşarak, kendi iç dünyalarına kapanmaları, yalnızlığı tercih etmeleri ddiyebiliriz.
Çağdaş şiirin temalarından biri de,Tatarların şanlı tarihinin içeriği oluşturmasıdır . Şairler sadece bugünün sorunları ile yaşamıyor, onlar geleceğe geçmişi anarak, onunla gurur duyarak bakmakta. Bu yüzden şiirlerde sık sık “Eski Bulgar”, “Saçları ağarmış İdil”, “Akidil”, “Yar Çallı”, “İjav” gibi Tatarların geçmişte ve bugün de yaşadıkları yer adları geçmekte. Ayrıca, Tatar mitolojisi (Sak Suk, Şüreli vb.), Tatar halk edebiyatına göndermeler, İslam dini ile ilgili motifler, Hıristiyan dininde olan Kereşin Tatarlarının şiirlerinde Hıristiyan dinî motifleri, genel olarak romantik şiiri biçimlendiren İspanyol motifler ile de karşılaşmaktayız. Bir başka eğilimde, bazı şairlerin eğitim almak için gittikleri ya da artık yaşadıkları değişik coğrafyalar da Tatar şiirine ayrı bir renk kattı. Böylelikle şiirde Arap ve Türk motifleri yer aldı. (Ç.Zarif, R.Salah, E.Hadiyeva vb.). Bu yolla Tatar şiiri yeni tasvirler ve kıyaslamalarla zenginleştirildi. Fakat bütün bu güzelliklerin şiiri olumsuz etkileyen bir hususu da söylemek gerekir: Şiir daha çok didaktik, bilgi verme niteliğinde kaldı, estetik arayışlar zayıfladı. Yeni kuşak şairlerde bir başka olumsuzluk da şiirlerinde dünya ve Türk medeniyeti ile ilgili bilgi eksikliği hissedilmekte. Günümüz Tatar şairlerinin ana dillerini, dünya edebiyatını iyi bilmeleri ve sahip oldukları bilgilenmeyi gelişmiş bir şiir dili ile yansıtmaları gerekmektedir.
Fakat bütün bu eksiklerin yanında sevindirici ve umut verici bir şey var: Tatar şiirine gelen yeni nesil şairler, özüne yabancılaştırma siyasetine rağmen ana diline sadık kalmakta, onu bütün incelikleri ile yaşatmaya çalışmaktadırlar. En önemlisi ise, Tatar şiiri asırlarca devam eden geleneğe sadık kalarak günümüzde de kafiye kullanarak şiirler yazmaya devam etmektedirler.
 9. TÜRK DÜNYASI GAZETECİLER BULUŞMASI YALOVA DEKLARASYONU

YAFEM 18. Türk Boyları Kültür Şöleni kapsamında 21-23 Temmuz 2015 tarihlerinde Yalova’da Kent Müzesi Konferans Salonu’nda gerçekleştirilen 9. Türk Dünyası Gazeteciler Buluşması’nda; Doğu Türkistan (Uygur Özerk Bölgesi), Kırım, Suriye ve Irak Türkmenleri, sözde Ermeni iddiaları ve Karabağ Soykırımı başta olmak üzere, Ortadoğu’dan Kafkaslar’a, Balkanlar’dan Orta Asya’ya uzanan Tük Kültür Coğrafyası’nın temel sorunları ele alınmış; yapılan konuşmalar, teklif, öneriler ve istişareler neticesinde aşağıdaki kararlar “Yalova Deklarasyonu” olarak yayınlanmıştır.

Ardını oxu...

 Dünən (16.07.2015) Azərbaycanda Atatürk Mərkəzində “Alpaqut Turan Döyüş Sənəti və onun elan olunmamış müharibəyə məruz qalan ölkəmiz üçün yararları” mövzüsünda konfrans keçirildi. Tədbirdə ictimaiyyət nümayəndələri, idman mütəxəssisləri, məşqçi-müəllimlər, idmançılar, araşdırmaçı-yazarlar və digər qonaqlar iştirak etdi.
Konfransı Dünya Alpaqut Federasiyası İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı açaraq, iştirakçıları salamlayıb, qutsal Ramazan Bayramı münasibəti ilə təbriklərini çatdırdı. Tədbirin Atatürk Mərkəzində keçirilməsini də anlamlı bulan natiq, Alpaqut haqqında iştirakçılara yığcam bilgilər bilgilər verdi.

Ardını oxu...