Sara Selcan (Sara Tofiq qızı Şirinova)
- Hacıqabuluun Muğan qəsəbəsində doğulub. 2002-ci ildə  ADPU-nun pedaqoji fakultəsini bakalavr pilləsi üzrə, 2008-ci ildə isə həmin universitetin  magistraturasını bitirib. Hazırda Muğan qəsəbəsində ibtidai sinif müəlliməsidir. Dövri mətbuatda şeirləri ilə çıxış edir. Sara Selcanın şeirlərindən örnəklərin DGTYB-nin saytında yayımlanmasını gərəkli hesab edirəm.

Ardını oxu...

 Çoxdan, gənclik illərində bir nazənin xanıma şeir ithaf etmişdim, amma bu şeiri ona təqdim etməyə nədənsə cəsarətim çatmırdı. Nə düşündümsə, yazdığımı o vaxtlar bir neçə bədii-publisistik  layihə üzərində birgə çalışdığımız rəhmətlik Xəlil Rza Ulutürkə göstərdim. Bilənlər bilir, Xəlil bəyin yaradıcılığının xüsusilə ilk dövrləri üçün səciyyəvi olan çox nəfis aşiqanə - məhəbbət lirikası var. Xəlil bəy bu beş bəndlik ithafı oxuyub, yəqin mənim heysiyyatıma toxunmamaq üçün, yazı haqqında rəy bildirmədən, onun adı ilə maraqlandı, soruşdu :
-Madriqal nədir?

Ardını oxu...


 QUZEY BƏNÖVŞƏSİ
 
 Bənövşə gözləri gülür baharın,
 Götürüb aləmi quşların səsi.
 Tumurcuq-tumurcuq çıxır canından,-
 Çılpaq ağacların soyuqdəyməsi.

Ardını oxu...