ADIMI «TƏRANƏ» QOYDUN
                                      Anama

 Adımı «Təranə» qoydun,
Nənəmin oxuduğu
bayatıdan, ninnidən
kövrək ruhuma axan
təranəylə böyüdüm.
Rəngindən, görkəmindən yox,
təranəsindən tanıdım
palıdı, çinarı, söyüdü.

Ardını oxu...


 Əlirza HƏSRƏT:

 SEVSƏN, HƏR AYRILIQ SON HAQQ-HESABDI...

 Ah da göndərmirəm haçandı dağa,
 Yəqin xəbərin var, ay Əkbər qağa.
 Çırpısı olduğum oda-ocağa, -
 Çəkdiyim yollardır buxarı, vallah.

Ardını oxu...


 GƏZİRƏM
 
 Ovcumun içində itirdim səni,
 Düşübsən gözümdən iraq, gəzirəm. 
 Göyə bülənd olub ahım-fəryadım,
 Salmışam dünyaya soraq, gəzirəm. 

Ardını oxu...


 Yağış isladacaq bir azdan küçələri,
 Ayaq izlərini silməyə gəlib buludlar,
 Qulağımda isə köhnə melodiya
 susdu xəyallarım,
 deyiləcək sözüm qalmadı...
 itirdim içimdəki günahsız sevincləri,

Ardını oxu...

 
 Xatirə Nurgül (Sadıqova; 1981)
 Sosial İqtisad Kollecinin “Hüquq” fakültəsinin məzunu (2005) olan Xatirənin mətbuatda (əsasən  “Azərbaycan”, “Ulduz” jurnallarında) ilk yazıları 2000-ci ildən çap olunub.
Şahmar Əkbərzadə adına ödülün (2001), Gənclər-İdman Nazirliyinin ödülünün (2004) laureatı, “Qarabağ harayi” şeir müsabiqəsinin qalibidir (2005).
2002-ci ildə “Vektor”da “Göyərçin yuxusu” şeirlər kitabi işıq üzü görüb.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ardını oxu...

 “Dövlətdə dəvə-övladda nəvə”
 Nəvənin əlindən elə tutmusan,
 Çıxıbdı yadından uşağın ana.
 Deyəsən özünü lap unutmusan,
 Haqlımı, haqsızmı qınağın ana?!

Ardını oxu...

 
 Söz şairə qənim olur

 Bu dünyanın nə dərdi var,
 Hamsı hər gün mənim olur.
 Ürək qəmdən su içəndə
 Saçımda çox dənim olur.

Ardını oxu...