İlki 1992-ci ildə Bursada, daha sonra Alma-Ata (Kazakistan), Aşqabad (Türkmənistan), Girnə (QKTC), Strasburq (Fransa), Akməscid (Simferopol - Kırım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkəkdə (Qırğızıstan) gerçəkləşdirilən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisi Kazanda (Tatarıstan) keçiriləcəkdir.

Ardını oxu...

Nofəl ÜMİD


RAHAT OLASAN*

Hər zaman Allah qapısın
döyəsən rahat olasan.
Tanrının evində boyun
əyəsən rahat olasan.

Tapasan haqqın izini,
Tutasan şərin üzünü,
Hər yerdə sözün düzünü,
deyəsən rahat olasan.

Bürüyüb nahaq hər tini,
Görmək olmur heç mərdini...
Özün elə öz dərdini,
yeyəsən rahat olasan.

Duymasan qəlbin tonunu,
Gözləmə ömrün sonunu,
Nur ətirli ağ donunu,
geyəsən rahat olasan.

(* Rahat olmaq istəyən digər gənc şairlər üçün bax))) -  http://www.bizimyazi.com/?p=7418)

 


 

 Ə. QOŞALI

 Aşıq Avdı (Telman oğlu Musayev) 20-ci yüzilin 74-cü ilinin 7-ci ayının 6-cı günündə Qazağın Şıxlı elində doğulub. Deyirəm, İnsan olasan, Türk olasan, yurdun Azərbayan, mahalın Qazax, elin də Şıxlı ola... – daha adama nə lazımdır?!. Üstəlik, Tanrı sənə aşıqlıq istedadı verə, səni ulu yola çıxarda – adamın dərdi qalarmı?!. Avdı məhz belə xoşbəxtlərdəndir. Bəri başdan bu xoşbəxt yığvalı alqışlayır, aqibət sevincini bölüşürəm. – Bu taleyin yiyəsi nə bəxtəvərdir!

Ardını oxu...


  Mahnı Zənganlı
/Güney Azərbaycandan mühacir və tanınmış şairə Mahnı Zənganlı yaşadığı Norveçdən “Qafqaz.info”ya öz şeirlərini göndərib. Şeiri olduğu kimi, yəni yazıldığı türkcədə təqdim edirik./

Ardını oxu...

İyunun 14-də gənc yazar, DGTYB üzvü Orxan İsmayılın ilk kitabı olan ADSIZ ROMANın təqdimatı keçirildi.
 

  Qeyd edək ki, romanın adı oxucular tərəfindən təklif olunan adlar arasından seşilib. Münsif heyətinin qərarı ilə roman "Göndərilməmiş Dəvətnamələr" adına layiq görülüb.

Ardını oxu...


 Bəlli olduğu kimi Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının qorunmasına təminat verən dövlət quruluşu ilə hüquqi-demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini özünün inkişaf yolu olaraq müəyyənləşdirib – mütsəqillik illərinin gələnəyinə çevirib. 

Ardını oxu...

Hörmətli yazarlar! May ayının 1-də saat 11:00-da “Atatürk Mərkəzi”ndə Dünya Gənc Türk Yzarlar Birliyi İdarə Heyətinin növbəti toplantısı keçiriləcəkdir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri,prezident mükafatçısı şair-publisist Namiq Hacıheydərlinin yazarlarla görüşü baş tutacaqdır.

bizimle.org