Zbiqnev Herbert /Polşa;
 Şair, dramaturq və esseist. 
 1924-cü ildə Lvovda anadan olan air çağdaş polyak ədəbiyyatının ən önəmli simalarındandır. Əsərləri dünyanın bir çox dillərinə çevrilib. 
 "Koşçelski adına Fondun Ödülü"nə (1963), "Internationaler Nikolaus Lenau Preis" (1965), "Uels İncəsənət Şurasının Uluslararası Yazıçılıq Ödülü"nə (1984), "Yan Parandovski adına Polyak PEN Klubunun ödülü"nə (1990), "T.S.Eliot ödülü"nə (1995) layiq görülüb.
 1988-ci ildə Varşavada vəfat edib./
 
 SƏNİN HAQQINDA HEÇ VAXT
 
Heç vaxt sənin haqqında danışmağa cəsarət etmirəm
mənim məhəlləmin böyük səması
nə də sizin haqqınızda hava axınını saxlayan damlar 
gözəl yumşaq damlar bizim evlərin səthləri 
həmçinin sizin haqqınızda susuram bacalar qəm laboratoriyaları
ay tərəfindən tərk edilmiş dartılmış boyunlar
və sizin haqqınızda acılıb-bağlanan pəncərələr
biz dənizdə öləndə sizlər uzununa çartlayırsınız
 
Hətta evi təsvir etmirəm
mənim bütün qaçışlarımı və qayıdışlarımı bilən
kiçik olmağına baxmayaraq bağlı göz qapağını buraxmayan sizi
nə yanan lampaya aparan pilləkənlərin cırıltısı 
nə də darvazanın yanındakı yarpaqlar
yaşıl örtüyün iyini vermir
 
Məhz bu evin dəstəyi barədə yazmaq istəyərdim
onun kobud qucağı və dost cırıltısı haqqında
və onun haqqında çox şeyi bilməyimə baxmayaraq
mən sözlərin zalımcasına yalnız ümumi ayinini təkrar edirəm
 
Bütün bu hisslər birinci və ikinci ürək döyüntüsü arasında yerləşir
 
bu qədər şeyləri iki əldə tutmaq olar
 
Dünyanı təsvir edə bilməməyimizə təəssüflənməyin
ancaq əşyaların adıyla sevərək danışırıq
 
 DAXİLİ SƏS
 
Mənim daxili səsim
heç nəyi canlandırmır
 
nə hə deyir
nə də yox
 
zəif eşidiləndi
və demək olar ki tələffüz edilməyəndi
 
lap dərinə əyildikcə 
ayrılıq səsi gəlir 
hecaların mənasından 
 
onu boğmamağa çalışıram
onunla yaxşı davranıram
 
görünür mənə lazım olduğundan
onunla belə davranıram
 
hərdən elə olur ki
onunla danışmağa çalışıram
- bilirsən dünən inkar etdim
ancaq heç vaxt inkar etmirdim
indi də etməyəcəm
 
- qlu - qlu
 
- demək düşünürsən ki
düz etdim
 
- qa - qo - gi 
 
sevinirəm ki razılaşırıq 
 
- ma - a -
 
indi isə dincəl
sabah yenidən danışmağa başlayarıq
o heç mənə lazım deyil
amma nə olsun
onu unutmağa ümidim yox
hətta uzananda belə
mərhəmətlə əhatə olunur
ağzıyla
çətinliklə nəfəs alır
və keyləşmiş başını
güclə qaldırmağa çalışır
 
 
 ÇAY DAŞI
Çay daşı böyük 
bir varlıqdır
özü üçün bərabər
öz sərhədlərini qoruyan
 
daş həssaslığı ilə 
dəqiq yerinə yetirilən
  
qoxusu heç nəyi xatırlatmır
heç nəyi qorxutmur  istək oyatmır 
 
onun coşğusu və soyuğu 
ədalətlidi və qürurla doludu
 
onu əllərimdə tutanda
ağır bir tənbeh hiss edirəm
və onun alicənab vücudu
saxta istilik bəxş edir.
 
çınqıllar öyrədilmiş ola bilməzlər
sona kimi onlar bizə baxacaqlar
sakit açıq rəngli gözlərlə...
 
 İMPERATOR
 
Bir imperator vardı. Onun sarı gözləri və yırtıcı
hürməyi vardı. Mərmər 
və polislərlə dolu sarayda yaşayardı. Təkbaşına.
Gecələr oyanar və qışqırardı. Heç kim onu sevməzdi.
 
Üzgüçülüyü və terroru
daha çox sevərdi. Ancaq güllərin əhatəsində
 
uşaqlarla  şəkil çəkdirərdi.
O öləndə isə heç kim cəsarət edib onun portretini çəkə bilmədi.
 
Baxın bəlkə 
sizin evinizdə onun maskası var.
 
 KRAKOVA SƏYAHƏT
 
Qatar hərəkətə başlayanda
hündür əsmər sözə başlayır
və dizinin üstündə kitab olan
oğlana belə deyir
- həmkar oxumağı xoşlayır
 
- Xoşlayıram- deyə o cavab verir
vaxt tez keçir
evdə həmişə iş
burdasa gözə heç kim dəymir
- Əlbəttə  haqlısınız
bəs indi nə oxuyursunuz
 
- Kəndlilər - o cavab verir-
çox həyati kitabdı
ancaq bir az çox uzundu
və əsl qış vaxtınındı 
 
Toyu da oxumuşam
bu əsl incəsənətdi
başa düşmək çətindi
adamlar lap çox
 
Daşqın bu bir az başqadı
oxuyursan və sanki yaxşı 
bir şey görmüsən - deyir- 
demək olar yaxşıdı kino kimi
 
Hamlet - əcnəbi müəllifindi
o da maraqlıdı
ancaq bu danimarka kitabı
bir az çox ağlağandı
 
tunel
qatarda qaranlıq 
söhbət birdən qırıldı
əsl şərhçi susdu 
 
ağ zolaqlar üzərində
barmaqların və torpağın izi
codlaşmış dırnaqla qeyd edilmiş
heyranlıq və məzəmmət
 
 
 BİZİM QORXU
 
Bizim qorxu
gecə köynəyi geyinmir
onun bayquş gözü yox
yaşı artırmır
şamları söndürmür
 
həmçinin ölü üzü yox
 
bizim qorxu
cibdə tapılan
kağızdı
„uzun müddət yanan məkanı 
Voyçikə xəbər etmək”
 
bizim qorxu
fırtınanın qanadlarında uçmur
kilsə qülləsində oturmur
yerə yaxındı
 
tələsik bağlanmış boxça formasında
isti geyimli
quru yeməkli
və silahlı
 
bizim qorxunun
ölü üzü yox
ölülər bizi mülayimləşdirir    
 
bir yorğanın altında yatırıq
onları kürəyimizdə daşıyırıq
gözləri bağlayırıq
ağızı düzəldirik     
quru yerlər seçirik
və basdırırıq
 
nə dərin
nə də dayaz...
 /Çevirmən: Rəfail TAĞIZADƏ/ 
 

 İyunun 14-də gənc yazar, DGTYB üzvü Orxan İsmayılın ilk kitabı olan ADSIZ ROMANın təqdimatı keçirildi.
 Qeyd edək ki, romanın adı oxucular tərəfindən təklif olunan adlar arasından seşilib. Münsif heyətinin qərarı ilə roman "Göndərilməmiş Dəvətnamələr" adına layiq görülüb.
 "Qalib adı" təklif edən oxucuya 100 azn dəyərində hədiyyə kartı təqdim olunub. Üç nəfər isə 50 AZN-lik hədiyyə kartı qazanıb.
 Beləliklə, Qalib: İlahə Məhəmmədzadə, fərqlənənlər: Nərmin Kərimova, Niyaməddin Məmmədov, Turan İbrahimzadə olub. 
 Əlavə edək ki, bir roman adının bu "texnologiya" ilə müəyyənləşdirilməsi Azərbaycanda ilk təcrübədir və oxucuların kitaba, oxuya, ədəbiyyata ilgisinin artırılmasına xidmət edir.