Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) "Yeni nəsil Azərbaycan aşıqları" toplusunun 2-ci cildi üçün məqalə və müsahibələrin  qəbulunu davam etdirir. Toplu 2011-ci ilin sentyabr ayında işıq üzü görəcək. (Yazılar yaşı 40-dan az olantanınmış Azərbaycan aşıqları və istedadlı gənc saz ifaçıları haqqında olmalıdır.)

Ardını oxu...


 Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Milli sənətə yazarlardan töhfə" adlı layihə çərçivəsində “Seçmə aşıq şeirləri” üçcildliyinin birinci cildi çapdan çıxıb.

Ardını oxu...

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Elnur BAYRAMın şeirlər kitabı işıq üzü görüb. "Vaxt olsa" adlanan kitabın redaktoru və "ön söz" yazarı DGTYB Məclisinin üzvü Ələmdar Cabbarlıdır.

Ardını oxu...

DGTYB başqanı Əkbər Qoşalı Azərbaycan Yazıçılarının XIII Qurultayı qarşısında keçirilən silsilə tədbirlər çərçivəsində, 2011-ci il iyunun 6-da Azərbaycan Yazıçılar Birliyində (Bakı, Xəqani-25/NATƏVAN Klubu) "Ədəbiyyat(ımız)da Türk Dünyası, Türk Dünyasında Ədəbiyyat" mövzusunda məruzə edəcək.  Tədbirdə AYB başqanlığı, şair və yazıçılar, millət vəkilləri, KİV təmsilçiləri iştirak edəcək. Tədbir saat 14.00-da başlanacaq. Maraqlananlar dəvət olunur.

Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi dos.dr. Rəsmiyyə SABİRin "SAHİLSİZ ADAM" adlı şeirlər kitabı qardaş Türkiyədə  Avrasya Ekonomik və Sosial İlişkilər Dərnəyinin (www.ekoavrasya.net "EkoAvrasya Yayınları" seriyasından (EkoAvrasya Yayın No: 2011/2 ISBN 978-605-87972-1-5) ilk şeir kitabı olaraq çıxmışdır. Dərnəyin bir kültür xidməti olaraq yayınlanan  əsər ücrətsiz olaraq Türkiyədə, başda universitet kitabxanalarıi olmaqla bütün rayon (şəhər) Xalq Kitabxanalarına göndərilmişdir. Kitabın elektron (CD) variantı da hazırlanmışdır. 
 "Sahilsiz Adam" üçün iyun ayında Bakıda tanıtım toplantısı düzənlənəcəkdir.

 Kitabın redaktoru və "Ön söz" yazarı  DGTYB başqanı Əkbər QOŞALI, Texnik redaktoru Vəfa RAMAZANOVA, Qrafik Tasarımçısı Fatih ÇƏTİNdir. Kitab "SATA Reklam Tasarım Basın Yayın Matbaacılık"da nəşr olunmuşdur.  

 "Sahilsiz Adam"ın "Sunuş" yazısını (orijinal halda) dgtyb.org oxucularına təqdim edirik:

 

 

***

SUNUŞ

 Resmiyye SABİR yeni kuşak Azerbaycan şiirinin önde gelen isimlerindendir.

Ardını oxu...

Dünya Gənc Türk Yazarlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

Ardını oxu...