“İctimai” Tele-radio Şirkətinin əmakdaşı, “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydına

 Hörmətli Yusif müəllim!

Ardını oxu...



Tanınmış telejurnalist, ədəbiyyatşünas alim, əlitəmiz müəllim, özgün yorumlar müəllifi olan politoloq, istedadlı çevirmən… - Onun “titul”larının hamısı bu deyil, təbii. – Mən Yusif Günaydının ictimaiyyət tərəfindən tanınan fəaliyyət yönlərini qeyd etdim burada. Ancaq onunla bir yerdə çalışan, yoldaşlıq etmiş, sevinc bölüb çoxaltmış, kədər bölüb azaltmış insanlar üçün daha bir çox diqqətçəkici məqamlardan söhbət açmaq mümkündür. Bu mümkünat içində bütün yönləri, özgü özəllikləri birləşdirən ən uğurlu sözü isə axtarmağa dəyməz, çünki o söz Yusif müəllimin adı ilə qoşa çəkilir: GÜNAYDIN! – YUSİF GÜNAYDIN! Onunla hər görüş münasibətlərdə, əməli çalışma alanlarında, həssas məqamlarda irəliyə daha bir addımdır, qalxınmadır. Onunla söhbət könül xoşluğu, qəlb rahatlığıdır. Onun yazdıqları yenilikdir, aydınlıqdır, günaydınlıqdır!..

Ardını oxu...



Ə.QOŞALI

 “Bakı, Səbail, 64-cü məhəllə, Neftçilər prospekti - 39” – artıq üç ildir bu ünvan Türk Dünyasına könül vermiş aydınların sıx görüşdüyü yerlərədən biridir.

Ardını oxu...



 Bu gün, Dünya Türk Gəncləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin veteran üzvlərindən biri, "Dilmanc" Təşkilatının başqanı, hazırda Hollandiyada mühacir həyatı yaşayan Güneyli soydaşımız Muxtar Şəms Zadəməliklinin 40 yaşı tamam olur. Dəyərli soydaşımızı yubileyi münasibəti ilə qutlayır, tezliklə, doğma Vətənə və milli ideallarının gerçəkləşdiyi günü qovuşmasını arzulayırıq!



Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəylik Cəmiyyətinin yaranmasından 15 il ötür

Ardını oxu...



 Sibirdə (Omsk şəhərində) fəaliyyət göstərən "MOLDİR" Qazax Mədəniyyət Mərkəzinin başqanı, Dünya Türk Gəncləri Birliyinin fəal üzvü Altınay Junusovanın 45 yaşı tamam olur!

Ardını oxu...



Azər Həsrət

 Adətən başqalarının doğum günü haqqında yazarlar. Çox zaman da bu yazılar tərif yüklü olar. Hələ bir adam dünyasını dəyişibsə, ümumiyyətlə onu dağ başına qaldırarlar. Layiq olsa da, olmasa da…
Mənsə öz doğum günüm haqqında yazıram. Daha doğrusu arxada qoyduğum 42 il haqqında bəzi diqqətədəyər xatirələri qələmə almaq fikrim var. Nəsə içimdən gəldi də, ona görə…
Bəri başdan deyim ki, mən heç vaxt doğum günümü qeyd etməyi xoşlamamışam. Gənc və subay olduğum dönəmlərdə doğum günüm heç yadıma da düşməzdi. Birdən ayılardım ki, neçə günsə öncə mənim doğum günümmüş…

Ardını oxu...