Bu gün (01 iyul) Dünya Gənc Türk Yazarlar Birliyi Uluslararası Gənəl Koordinatoru, Türk Dünyası Gənc İlətişimçilər Birliyi başqanı, eyni zamanda Dünya türk Gəncləri Birliyinin divan üzvü olan ünlü yazar, ictimai xadim dr. Şəmsəddin Kuzəçinin ad günüdür.

Ardını oxu...



May ayının 1-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun 50 yaşı tamam oldu. Bu münasibətlə doğulub boya-başa çatdığı Salyan rayonunun Qaraçala qəsəbəsində İlham İsmayılovun 50 illik yubileyi geniş qeyd olundu. Yubiley tədbirində Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin üzvü Əkrəm Abdullayev, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnar Məmmədli, Türkiyə böyük elçiliyinin mədəniyyət müşaviri Aytəkin Yılmaz, Türkiyə “Eko Avrasiya” təşkilatının başkanı Hikmet Eren, Ankara Folklor Araşdırma dərnəyi başkanı Sami Narter, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və İdarə Heyətinin üzvləri, Mətbuat Şurasının icra katibi Rəhim Hüseynov, “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın üzvləri, QHT və Media rəhbərləri, el ağsaqqalları, ziyalılar, elm adamları və geniş ictimayyət nümayəndələri iştirak edirdi.

Ardını oxu...



Aprelin sonu GünAzTv-nin ad gündü. Yaranmasından nə az, nə də çox - düz 5 il keçən bu televiziya teleməkana öz imzasını şərəf və qürurla atanlardandı.
 O taylı, bu taylı Azərbaycanımızı birləşdirən, qovuşduran bir kanaldı, GünAzTv. Parçalanan bir xalqın tarixini araşdıran bir televiziyadı, Güney Azərbaycan Televiziyası. Əzilən bir millətin, döyülən bir xalqın, işgəncələrə, edamlara məruz qalan insanların haqq səsinin carçısıdı. İllərdir əlimiz çatmayan, ünümüz yetməyən yurdumuzun o biri tayıyla bizi vizual yaxınlaşdıran bir məkandır. Dili bir, dini bir, canı, qanı bir qardaşların görüş yeridir.

Ardını oxu...



DƏYƏRLİ TÜRK AYDINI OLAN QARDAŞIMIZI ÜRƏKDƏN QUTLAYIR, ŞƏXSİ HƏYATINDA VƏ YARADICILIĞINDA YENİ-YENİ UĞURLAR DİLƏYİRİK!  NEÇƏ (və də NECƏ) QUTLU GÜNƏ!

 Sayğılarla,

 DGTYB Başqanlığı



TÜRK DÜNYASININ ULU BAYRAMI - BƏŞƏRİYYƏTİN MƏNƏVİ SƏRVƏTİ YENİGÜN - NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ BÜTÜN ULUSUMUZU ÜRƏKDƏN QUTLAYIR, ƏN XOŞ DİLƏKLƏRİMİZİ YETİRİRİK!

Ardını oxu...


Bu gün yeni nəsil Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, DGTYB Məclisinin başqanı, ATXƏM-in "Birlik" dərgisinin baş redaktoru İlqar İLKİNin doğum günüdür.
Şair qardaşımızı ürəkdən təbrik edir, yaradıcılığında, şəxsi həyatında uğurlar diləyirik!
Vasif SÜLEYMAN
 

 DƏRDİM NAXIŞ-NAXIŞ, DÜZÜM-DÜZÜMDÜ…

 İbrahim İlyaslıdan eşitdim Zirəddin  Qafarlının 55 yaşa gəlib çatdığını. Yaşı 55-ə indi çatsa da, mənə elə gəlir, onu həmişə beləcə ahıl görkəmdə, yetgin düşüncədə görmüşəm. Üstəlik də bu yaşda, bu ilhamda  olan şairin edə biləcəyi nə vardısa Zirəddin etdi.
Yubileyi ilə bağlı çapa hazırladığı yeni kitabında yazılacaq DOST SÖZlərinin arasında mənim də qeydlərimin olmasını özü istəyibmiş. Mən dost kimi yox, Zirəddinin bir oxucusu ola¬raq yazıram bu qeydləri. Hərdən düşünürəm, - mən Zirəddinə dost kimi daha yaxınam, yoxsa oxucu kimi!?. Hər dəfə də bunu düşünəndə üstünlüyü Oxucuya verirəm.
Zirəddin Qafarlını məni kimi sevən oxucular çoxdur. “Məni kimi” deməyim bir az qeyri-təvazökar səslənməsin… Onun xalq yaradıcılığından qaynaqlanan və damcı-damcı süzülüb gələn poeziyasını sevməyə başladığım müddət iyirmi beş ili keçir. O zaman müddətində oxuduğum şeirlərindən bir çox misralar hələ də yaddaşımdadır:

Ardını oxu...



Ümummilli lider Heydər Əliyevin fərmanına əsasən 1997-ci ildən başlayaraq hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri günü kimi qeyd olunur. Gənclər gününün geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Ardını oxu...


Tanınmış telejurnalist Qulu Məhərrəmlinin 55 yaşı tamam olur
 Çağdaş Azərbaycan jurnalistikasının parlaq simalarından biri, tanınmış telejurnalist, aparıcı və publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin 55 yaşı tamam olur. 
 Q.Məhərrəmli 1978-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Elmi-kütləvi, tədris, təbliğat verilişləri redaksiyalarında redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb.
 1991-ci ildən xəbər aparıcısı kimi ekrana çıxıb, bir sıra ictimai-siyasi verilişlərin, publisistik proqramların aparıcısı və şərhçisi, beynəlxalq mövzuda dolğun icmalların müəllifi kimi tamaşaçıların rəğbətini qazanıb.

Ardını oxu...