DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİnin TƏBRİKi

 Hörmətli Vüsalə xanım!
 APA-nın 5 illik yubileyi münasibəti ilə Sizi,

Ardını oxu...



Noğay türklərinin tanınmış nümayəndəsi, yeni nəsil noğay yazarlarının öndə gələn ismi, Dünya Türk Gəncləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, tanınmış ictimai xadim YANQURÇİ ACInı doğum günü münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetiririk!

Necə-necə və də neçə-neçə gözəl günlərə, YANQURÇİ BƏY!!!



İyulun 24-də “Kultaz”çılar - Zahir Əzəmətlə
Sevinc Çılğının “Oazis”də toyu olub. 
Yeni nəsil ədəbiyyatımızın nümayəndələri olan
hər iki gənci təbrik edir,
xoşbəxtlik arzulayırıq!
Oğullu-uşaqlı olsunlar!
Osman Ənvəroğlunun 50 yaşı tamam olur. İkidən-birdən 50 yaşım olmadığından, «əllini aşırdım, yüzə nə qaldı» söyləyənlərin içdən-içə nə düşündüklərini yaşamamışam, təbii... Və Osman müəllimi nə Aşıq Alı kimi «əllini aşırdım, yüzə nə qaldı» qayğısında, nə də Osman Sarıvəlli kimi «Kim ki yüz il yaşamasa günah onun özündədi» deyən görmüşəm. Sözüm ona, hər nə qədər sabitqədəm insansa da, sanki həmişə harasa tələsən gördüyüm Osman müəllimi 50 yaş ərəfəsində daha öncələr mühahidə etmədiyim bir təhər-tövürdə gördüm. Bu təhər-tövürün adı kədər deyil, sevinc də deyil amma... Bu hissin adını deyə bilmirəm, - bəlkə də 50 yaş ərəfəsinə çatanda biləcəyəm. …Bu gün onu bilirəm ki, baş redaktoru olduğu «Dəli Kür»də tanıdıqlarının xeyir-şərinə, ziyalıların yubi¬leylərinə həmişə diqqət göstərən Osman Ənvər¬oğlu 50 illik yubileyi ilə bağlı hər türlü dost təbrikini, ürək sözlərini haqq etmişdir!

***
Osman müəllimin elmi titulu yoxdur, amma ixtisasını - filolojini alimdən az bilmir. Şair deyil, Sözü şairdən az tanımır, Sənətin ruhunu sənətkardan az duymur. Amma o ədəbi duyumu ilə nə qədər yetkin insansa da, təvazökarlıq baxımından daha çox fərqlənir, desək, yanlış olmasın gərək. İstəsə bir çox gənc qocadan, qoca gəncdən daha yaxşı şeir, hekayə ortaya qoya bilər. Di gəl, bu vaxta qədər bunu etməyib, «müəllim babalığ»ı ilə uğraşıb və bundan sonra da öyrətmənliyində qalcağını yəqin bilirəm. Onu da bilirəm ki, Öyrətmək və Öyrənmək Osman müəllimdən ötrü özəl anlam daşıyır.
***
Hələ sovet dönəmində Qafqazı və Türküstanı gəzib-dolanmış Osman mü¬əllim nəhayət bu il Türkiyəni də ziyarət edə bildi. Bu coğrafiyanı niyə cızıram, bilirsizmi? O yerləri bir çoxumuz gəzmişik, görmüşük. Ancaq nə gizlədim, mənə elə gəlir təəssüratlarını onun kimi zövqnən və onun sayaq canlı çatdıra bilmək hər oğulun işi deyil. Xalq şairi Fikrət Qocanın sözü olmasın, elə «adi həqiqətlər»i, elə məqamları tutur ki, sağolmuş, yerində donub qalırsan. Özü də söz-söhbət bir balaca «rels üstə çıxdı»mı, sən gəl «qiyamət»i gör, də... - əgər yanındakılar könlünə yatan insanlardısa durub ozanlar kimi gərdiş edə-edə danışacaq.
***
Mən Osman Ənvəroğlunun Azərbaycanda Atatürk Mərkəzinin müdir müavini, Odlar Yurdu Universitetinin «Azərbaycan dili və ədəbiyyatı» kafedrasının müdir müavini, «Dəli Kür» qəzetinin isə müavinsiz baş redaktoru olduğunu xatırlatmağa xüsusi ehtiyac duymuram. Əsas harda olmaq deyil, necə olmaqdır, elə deyilmi? Bu anlamda o hardadırsa öz insanlıq keyfiyyəti, əgər belə demək olarsa, özünməxsus insanlıq etiketi ilə tanınıb. Bu elə ən böük görəv deyilmi, dostlar?
Yubileyin mübarək, abi!
Sevənlərindən və sevdiklərindən əskik olmayasan!

Ə.QOŞALI